Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2154/2022 04.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X23 Şakir oğlunun sədrliyi, X6 iclas katibliyi, Ərizəçi nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X7 11 iyul 2*22-ci ildə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 ilə anası X11 1985-ci ildə nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından üç övladı anadan olmuşdur. Valideynləri bir müddət Azərbaycan Respublikasında yaşadıqdan sonra işləmək üçün Rusiya Federasiyasına köçmüşlər. Atası 25.*6.2**6-cı ildə Rusiya Federasiyasında vəfat etmişdir. Ona məxsus Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 6, 37 nömrəli mənzil miras qalmışdır. 2*19-cu ildə anası ilə birgə atasından miras qalmış mənzilin rəsmiləşdirilməsi üçün Gəncə şəhərinə qayıtmış və atasına məxsus evdə yaşamağa başlamışlar. Bir müddətdən sonra dünyada “Covid 19” virusunun yayılması səbəbindən ölkələr arasında sərhədlər bağlanmış və bu səbəbdən Azərbaycan Respublikasının ərazisində qalmalı olmuşlar. Bu müddət ərzində qardaşları da Azərbaycan Respublikasının ərazisinə gələ bilməmişlər. Bu səbəbdən atasına məxsus miras əmlaka dair müvafiq sənədləşdirilmə aparılması mümkün olmamışdır. Təxminən 2*22-ci ilin iyun ayında həmin mənzilə dair vərəsəlik haqqında şəhadətnamə alınması üçün zəruri sənədləri toplamağa başlamışdır. Tələb olunan sənədlərin toplanmasından sonra anası xəstələnmişdir. Onun xəstəliyi o qədər gözlənilməz olmuşdur ki, heç bir müalicə onun sağalmasına kömək olmamış etməmiş və nəhayət o, 11.*8.2*22-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Elə həmin gün qohumlarının iştirakı ilə anası doğulub boya-başa çatdığı Tovuz rayonu Əyyublu kəndinə aparmış və orada dəfn etmişlər. Bundan sonra anasına el adətinə uyğun olaraq orada yas mərasimi təşkil etmişlər. Anasının qəfil vəfat etməsi onun burada lazımi qaydada sənədləşdirilmə işi aparmasına da çətinlik yaratmışdır. Ona sonradan məlum olmuşdur ki, anası vəfat etdiyi zaman tibbi sənəd alınmalı idi. Lakin hər şey o qədər gözlənilməz olmuşdur ki, o, aidiyyəti sənədi ala bilməmişdir. Məhz bu səbəbdən də hazırda ölüm haqqında şəhadətnamə ala bilmir. Hətta bu barədə Maraqlı şəxsnə də müraciət etmişdir. Lakin qeydiyyat orqanı tələb olunan sənədləri təqdim edə bilmədiyindən ona ölüm haqqında şəhadətnamə verə bilməmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi (vəkil) Nümayəndə ərizənin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq nümayəndəsi üzrlü səbəblər göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə baxışını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, X2nın baldızı olmuşdur. Ərizəçi isə onun qardaşı qızıdır. X2 ağır şəkər xəstəsi olduğu üçün 2*22-ci ilin iyul ayının 1*-dan 11-nə keçən gecə vəziyyəti pisləşmiş və 11 iyul 2*22-ci ildə vəfat etmişdir. X2 Tovuz rayonu, Əyyublu kəndində dəfn edilmiş və o, Gəncə şəhərində təşkil olunan dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1* ifadəsində göstərdi ki, X2nın qardaşıdır. Ərizəçi isə onun bacısı qızıdır. Bacısı X2 ağır şəkər xəstəsi olmuşdur. 2*22-ci ilin iyul ayının 1*-u axşam radələrində bacısı qızı Ərizəçi ona zəng edərək Zeynəbin komaya düşdüyünü və rəhmətə getdiyini demişdir. Bundan sonra X3 rayonu Əyyublu kəndində dəfn edilmiş və mərhumun Gəncə şəhərində təşkil olunan yas mərasimində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZ İİ seriyalı, 149587 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X12 arasında 2*.*9.1985-ci il tarixdə Gəncə şəhəri Nizami rayonu Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 317 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Həsənov”, arvada “Həsənova” soyadı verilmişdir. AЗ seriyalı, 1*13458 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 *1 fevral 1966-cı ildə Tovuz rayonu Əyyublu kəndində anadan olmuşdur. Xİ-ЖГ seriyalı, 486285 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 11 sentyabr 1986-cı ildə anadan olmuşdur. X1, anası X9r. Xİİİ-ЖГ seriyalı, 46*582 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 14 noyabr 1989-cu ildə anadan olmuşdur. X1, anası X9r. Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti Başçısının Əyyublu Kənd İƏD Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 31.*8.2*22-ci il tarixli, 46 nömrəli məktubdan görünür ki, X3 rayonu, Əyyublu kənd qəbiristanlığında dəfn edilmişdir. Maraqlı şəxs 24 avqust 2*22-ci il tarixli, 1544 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.1*.2**3-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X7 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. Odur ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş üzrə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, *1.*2.1966-cı il təvəllüdlü X11 11 iyul 2*22-ci ildə tarixdə vəfat etmiş və Tovuz rayonu, Əyyublu kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin müvafiq icra hakimiyyəti ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamə olmamasını əsas gətirərək X7 ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun övladı olan ərizəçiyə vərəsəlik üzrə hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 3*7.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**3-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, *1.*2.1966-cı il təvəllüdlü X7 11 iyul 2*22-ci ildə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X7 vəfat etməsi (ölməsi) faktı müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 3*5, 3*7, 357 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. *1.*2.1966-cı il təvəllüdlü X7 11 iyul 2*22-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı müəyyən edilsin. Qətnamə, ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2154/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2154/2022
04.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver