Məhkəmə qərarları › İş №2(125)-2322/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2322/2025

11.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2322/2025 11.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilərin iştirakı ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi1, Maraqlı şəxs qismində göstərməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qaynanası – 1919-cu ildə Göygöl rayonu, Aşıqlı kəndində anadan olmuş X7 xx.xx.1986-cı ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qeyd etmişdir ki, X14 onun qaynanasıdır. O, 1919-cu ildə anadan olmuş və 1986-cı ildə vəfat etmişdir. Qaynanası vəfat etdikdən sonra Göygöl rayonu Aşıqlı kənd qəbiristanlığında dəfn edilmişdir. X16 ölümü ilə bağlı üzrlü səbəblərdən doğum akt qeydi alınmamışdır. O, X7 oğlu X5 həyat yoldaşıdır. Həyat yoldaşı 1995-ci ildə vəfat etmişdir. Hazırda müəyyən sənədləşmə işlərində qaynanası Səmayə Abdullayevanın ölüm şəhadətnaməsi tələb olunur. Qaynanasının ölümü ilə bağlı Maraqlı şəxs tərəfindən ölüm haqqında şəhadətnamənin veirlməsindən imtina edilmişdir. Hazırda qaynanasının ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Həmin şəhadətnamənin başqa qaydada alınması mümkün deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə gedişində Ərizəçi2 da ərizəçi qismində işə cəlb edilmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1919-cu ildə Göygöl rayonunun Aşıqlı kəndində anadan olmuş qaynanası (Ərizəçi2 nənəsi) X7 xx.xx.1986-cı ildə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki hallarına görə 1919-cu il təvəllüdlü X14 Ərizəçi1 mərhum həyat yoldaşı X5 anası, yəni qaynanası, mərhum X5 oğlu olan digər Ərizəçi2 isə nənəsidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, mərhum X14 onun qaynanasıdır. Qaynanası xx.xx.1986-cı ildə ölmüşdür. Hazırda qaynanasının adına olan evin rəsmiləşdirilməsi üçün qeyd olunan hüquqi faktın məhkəmə tərəfindən müəyyən edilməsinə zərurət vardır. Məhkəmə iclasında iştirak edən digər Ərizəçi2 ərizənin təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, mərhum X14 onun ata nənəsidir. Nənəsi xx.xx.1986-cı ildə Gəncə şəhərində ölmüşdür. Nənəsi öldükdən sonra Göygöl rayonu, Aşıqlı kəndində dəfn olunmuşdur. Hazırda nənəsinin adına olan evin anası, yəni digər ərizəçinin adına qeydə alınması üçün sözügedən hüquqi faktın məhkəmə tərəfindən müəyyən edilməsinə zərurət vardır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 1984-cü ildən bəri X2n qonşuluğunda yaşayır, sağ ikən onu görmüşdür. Mərhum Səmayənin ərinin adı Məhərrəm olmuşdur. Uşaqlarından isə mərhum Əlyarı tanımışdır. Mərhum Əlyar Ərizəçi1 həyat yoldaşı, digər Ərizəçi2 isə atası olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, ərizəçilərin və X2n qonşuluğunda yaşayır. Ərizəçi1 X2n gəlni, Ərizəçi2 isə nəvəsidir. X2 sağ ikən görmüşdür, o, xx.xx.1986-cı ildə ölmüş, Göygöl rayonu, Aşıqlı kəndində dəfn olunmuşdur. Dəfn mərasimində valideynləri ilə iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçilərin izahatını, şahid ifadələrini dinləyib və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 1919-cu il təvəllüdlü X7 xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində ev şəraitində vəfat etməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş, Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-A/1- 161/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Ərizəçi1 cavab məktubundan görünür ki, ərizəçinin təqdim etdiyi sənədlər arasında ziddiyyət aşkar edilmişdir. Belə ki, ölüm və nikah haqqında şəhadətnamədə ərinin adı “Alyar”, "Əliyar” göstərilsə də, doğum haqqında akt qeydində adı “Eliyar” yazılmışdır. Ölüm haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə Maraqlı şəxsndə ölüm haqqında akt qeydləri üzrə yoxlama aparılmış və X7 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə əsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında nüəyyən edilir. Odur ki ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarına əlavə edilmiş, Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-A/1- 285/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Ərizəçi2 cavab məktubundan görünür ki, ərizəçinin təqdim etdiyi sənədlər arasında ziddiyyət aşkar edilmişdir. Belə ki, ölüm və nikah haqqında şəhadətnamədə ərinin adı “Alyar”, "Əliyar” göstərilsə də, doğum haqqında akt qeydində adı “Eliyar” yazılmışdır. Ölüm haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə Maraqlı şəxsndə ölüm haqqında akt qeydləri üzrə yoxlama aparılmış və X7 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə əsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə isasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında nüəyyən edilir. Odur ki ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarına əlavə edilmiş, Ərizəçi1 Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasının sahə həkimi Arzu xanım Məmmədovaya ünvanladığı teleqramda göstərmişdir ki, qaynanası X14 ağır xəstə olub, X17 gətirilib, 1986-cı ildə vəfat edib. Onun ölümü haqqında nə məlumat varsa, bu barədə məlumat verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X26 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X26 “Kəpəz Ailə Sağlamlıq Mərkəzi”nin X22 tərəfindən verilmiş məlumatda qeyd edilmişdir ki, Gəncə şəhər BX PHŞ Kəpəz ASM 2021-ci ildən fəaliyyət göstərir və xx.xx.1986-cı ildə vəfat etmiş X7 ölümü haqqında heç bir məlumatı yoxdur. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X32 Filialının 3-27-109-6/450 nömrəli, xx.xx.2025-ci il tarixli Ərizəçi1 cavab məktubunda qeyd edilmişdir ki, araşdırmaya əsasən aidiyyatı üzrə Gəncə RPF-nın 23 saylı poçt şöbəsinin müdiri vəzifəsini icra edən X3 verilərək yazılı cavab alınmışdır. Şöbə müdirinin verdiyi məlumata əsasən bildirilir ki, göndərilmiş ********** saylı teleqram xx.xx.2025-ci il tarixində 23 saylı poçt şöbəsinin poçtalyonu tərəfindən çatdırılması üçün aparılmış, lakin alıcı teleqramı qəbul etməkdən imtina etmişdir. Bundan başqa, Ərizəçi1 öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində mərhum qaynanası X7 qəbir daşının çəkilmiş fotoşəkilini təqdim etmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 031887 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 23 iyun 1995-ci il tarixdə “sepsis” səbəbindən Gəncə şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş ******* nömrəli, xx.xx.2019-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi2 06 sentyabr 2004-cü ildən ünvan 1 ünvanda yerləşən mənzildə qeydiyyatdır. Qeydiyyatda olan digər şəxslər X12, Ərizəçi1 və X13r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/2- 32146/2025 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Abdullayev (Abdulyev) Məhərrəm Salman oğlu ilə Həsənova (Abdullayeva, Abdulyev) Səmaya Musa qızı ilə Göygöl rayonunun Aşıqlı icra nümayəndəliyində xx.xx.1961-ci ildə nikaha daxil olduğu və bu nikahın pozulmasının Gəncə şəhər qeydiyyat şöbəsində xx.xx.1976-cı ildə qeydə alındığı müəyyən edilmişdir. Adıçəkilən şəxslər xx.xx.1980-ci ildə Gəncə şəhar qeydiyyat şöbəsində növbəti dəfə nikaha daxil olmuşdur. X1 ilə X15 olan xx.xx.1955-ci il təvəllüdlü İkram Abdullayevin, xx.xx.1957-ci il təvəllüdlü Eliyar Abdullayevin (Abdullev) doğumunun Göygöl rayonunun Əlibayramlı icra nümayəndəliyində, xx.xx.1961-ci il təvəllüdlü İslam Abdullayevin (Abdulyev) və xx.xx.1961-ci il təvəllüdlü Fərux Abdullayevin (Abdulyev) doğumunun Göygöl rayonunun Aşıqlı icra nümayəndəliyində, xx.xx.1962-ci il təvəllüdlü Elşən Abdullayevin doğumunun isə Gəncə şəhər qeydiyyat şöbəsində rəsmiləşdirildiyi məlum olmuşdur. İnformasiya sistemində Səmayə Abdullayevaya dair rəsmiləşdirilmiş digər vətəndaşlıq vəziyyəti akt qeydləri barədə məlumat aşkar edilməmişdir. Vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Vətəndaşlıq vəziyyəti aktlarının arxivində və qeydiyyat şöbələrinin arxivində 1948-ci ildən saxlanılır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Akt kitablarının saxlanılması qaydası və müddətləri”nin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Dövlət Arxivinə təhvil verilir. Səmayə Abdullayevanın doğulduğu il 1948-ci ildən əvvələ təsadüf etdiyindən məsələ ilə bağlı Milli Arxiv İdarəsinin Dövlət Arxivinə müraciət olunması tövsiyə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/2- 36694/2025 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Səmayə Abdullayevanın (Həsənovanın) xx.xx.1961-ci ildə Göygöl rayonunun Aşıqlı icra nümayəndəliyində 1913-cü il təvəllüdlü X8 ilə bağlanmış nikahının pozulması xx.xx.1976-cı ildə Gəncə şəhər qeydiyyat şöbəsində qeydə alınmışdır. S.Abdullayeva (Həsənova) ilə Ərizəçi2 xx.xx.1980-cı ildə Gəncə şəhər qeydiyyat şöbəsində bağlanmış nikahına isə xx.xx.1995-ci ildə sonuncunun ölümü ilə xitam verilmişdir. Onların birgə nikahlarından xx.xx.1944-cü ildə Elixan Abdullayev, xx.xx.1955-ci ildə İkram Abdullayev, xx.xx.1957-ci ildə Eliyar Abdullayev, xx.xx.1961-ci ildə Fərux Abdullayev, xx.xx.1962-ci ildə Elşən Abdullayev adlı övladları doğulmuşdur. Həmçinin informasiya sistemində S.Abdullayevanın (Həsənovanın) doğumunun və ölümünün, eləcə də başqa övladlarının doğumunun qeydə alınmasına dair hər hansı məlumat aşkar olunmamışdır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Hazırda vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Vətəndaşlıq vəziyyəti aktlarının arxivində və qeydiyyat şöbələrində 1948-ci ildən saxlanıldığından, eləcə də S.Abdullayevanın (Həsənovanın) doğumu haqqında akt qeydi qeyd edilən ildən əvvəlki dövrə təsadüf etdiyindən məsələ ilə bağlı Milli Arxiv İdarəsinə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3- 16-5/8-13-1268/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda və ona əlavə edilmiş nikahın bağlanması haqqında akt qeydinin, boşanma haqqında akt qeydinin və doğum akt qeydinin surətlərindən görünür ki, xx.xx.1919-cu il təvəllüdlü X14 barəsində Gəncə şəhər Qeydiyyat Şöbəsinin arxivində 357 saylı, xx.xx.1980-ci il tarixli nikah, 68 saylı, xx.xx.1976-cı il tarixli nikahın pozulması haqqında akt qeydləri və övladının 320 saylı, xx.xx.1963-cü il tarixli doğum haqqında akt qeydi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 3-13-57/2-13848/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, 1919-cu il təvəllüdlü X14 barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Qeydiyyat Məsələləri Şöbəsinina arxiv kartotekasında heç bir məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Göygöl Rayon İcra Hakimiyyəti Göygöl rayon Dövlət Arxivinin 3-48-16RA/2-56-6-2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Maraqlı şəxs 1919-cu ilə aid doğum aktının qeydi kitabları Göygöl rayon Dövlət Arxivinin mühavizəsində yoxdur. Odur ki, X7 doğum haqqında və digər məlumatları vermək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 3-48-TA/2-68/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Göygöl rayonu Aşıqlı kəndi üzrə 1919-cu ilə dair vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair sənədlər (doğum, ölüm, nikah, boşanma) X29 təhvil verilmədiyi üçün sorğunun icrası mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X10 xx.xx.1995ci ildə Gəncə şəhərində qəfləti koronar ölüm səbəbindən ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, 1919-cu il təvəllüdlü X14 20 noyabr 1986-cı il tarixdə Gəncə şəhərində ev şəraitində ölmüşdür. Bu fakt, şahidlərin ərizəçilərin izahatı ilə üst-üstə düşən ifadələri, eləcə də işin digər materialları ilə təsdiq olunur. Ərizəçilər ölümü təsdiq edən tibbi şəhadətnaməni ala bilməmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində qeyd edilməsi mümkün olmamışdır. X7 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçilərə əmlak barədə sərəncam hüququnun həyata keçirilməsi üçün lazımdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1919-cu il təvəllüdlü X7 20 noyabr 1986-cı il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar