Məhkəmə qərarları › İş №2(125)-2323/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2323/2022

06.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2323/2022 06.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" inşaat MMC arasında 22 aprel 2*22-ci il tarixdə bağlanmış Tikinti üçün Podrat Müqaviləsinin ləğv edilməsi, "xxxx" inşaat MMC-nin ona vurduğu 8*** (səkkiz min) manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 21 aprel 2*2*-ci il tarixdə sosial şəbəkədən məlumat almışdır ki, Gəncə şəhəri, Müseyib Bağırov küçəsi, ev 1, mənzil *-da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyət göstərir, onun fəaliyyət sahəsini yaşayış evlərinin tikintisi əhatə edir. Həmin günü o, Gəncə şəhəri, M.Bağırov küçəsi ev 1, mənzil *da yerləşən "xxxx" inşaat MMC-nin ofisinə gəlmiş orada məsul şəxs X4 ilə görüşmüş, onunla müqavilə şərtləri ilə razılaşmış, müqavilə bağlamış və notariat kontorunda təsdiq etmişdir. Müqaviləyə əsasən "xxxx" inşaat MMC ona məxsus olan torpaq sahəsində yeni tikili inşa edərək tikilini tam hazır formada ona təhvil verməli, o isə tikilinin dəyərini əvvəlcə 3* faiz, daha sonra tam ödəməyi öhdəsinə götürmüşdür. O, öhdəliklərindən irəli gələn yeni-tikintinin dəyərinin 16*** (on altı min) manatını "xxxx" inşaat MMC-nin ofisində X3 vermiş, bu barədə qəbzləri almışdır. Lakin "xxxx" inşaat MMC-nin vəzifəli şəxsi öhdəliklərindən irəli gələn yeni tikintini başa çatdırmamışdır. Həmçinin müqavilədə göstərilən müddətdə işi başa çatdırmamışdır. O, bu barədə dəfələrlə "xxxx" inşaat MMCnin məsul şəxsi X3 xatırladaraq öhdəliklərindən irəli gələn işi başa çatdırılmasını tələb etsə də heç bir reaksiya verilməmişdir. Cavabdeh "xxxx" inşaat MMC ona məxsus torpaq sahəsində ancaq mişar daşlarından divarı yarımçıq hörərək, yaşayış sahəsini başa çatdırmaması hal-hazırda işin davam etdirilməsi üçün heç bir tədbir görülməmə, cavabdehin telefon zənglərinə cavab verilməməsi müqavilənin icra edilməməsi kimi qiymətləndirir, bu səbəbə görə müqavilə birtərəfli pozulmalıdır. O, hal-hazıra kimi "xxxx" inşaat MMC-nin hesabına 16*** (on altı min) manat pul köçürmüşdür. "xxxx" inşaat MMC ancaq 8*** (səkkiz min) manat iş görmüşdür. Bu səbəbdən "xxxx" inşaat MMC ona məxsus 8*** (səkkiz min) manatı birmənalı qaytarmalıdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi X5 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Digər İddiaçı2 və cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 2*.*4.2*22-ci il tarixli notarial qaydada təsdiq olunmuş tikinti üçün podrat müqaviləsindən görünür ki, X4 ilə İddiaçı1 arasında Gəncə şəhər 6 saylı notarial ofisində tikinti üçün podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı1 ilkin olaraq "xxxx" inşaat MMC-yə 15*** (on beş min) manat, yekun məbləğ olaraq 5**** (əlli min) manat ödəməlidir. Tikinti üçün Podrat müqaviləsinə əlavə edilmiş İddiaçı2 arasında bağlanmış sazişdən görünür ki, müqavilə üzrə işlərin başlanma vaxtı 23.*4.2*22-ci il tarixdə başlayıb 23.*9.2*22-ci il tarixdə bitir. 21.*4.2*22-ci il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı2 "xxxx" MMC-yə 9*** (doqquz min) manat ödəmişdir. *1.*5.2*22-ci il tarixli "Kassa mədaxil orderi"ndən görünür ki, İddiaçı2 "xxxx" MMCyə 48** (dörd min səkkiz yüz) manat ödəmişdir. *1.*5.2*22-ci il tarixli "Kassa mədaxil orderi"ndən görünür ki, İddiaçı2 "xxxx" MMCyə 12** (min iki yüz) manat ödəmişdir. 17.*5.2*22-ci il tarixli "Kassa mədaxil orderi"ndən görünür ki, İddiaçı2 "xxxx" MMCyə 1*** (bir min) manat ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına təminat verilir. Konstitusiyanın göstərilən müddəalarına müvafiq olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. Mülki Məcəllənin 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 39*-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39*-cı maddələrinin şərh edilməsinə dair” 2*12-ci il 12 mart tarixli Qərarı). Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Mülki Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Mülki Məcəllənin 759.2-ci maddəsinə görə, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. İşin məhkəmə iclasında müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinə məxsus torpaqda təmir tikinti işlərinin aparılması üçün "xxxx" inşaat MMC-yə müraciət etmişdir. Bu məqsədlə "xxxx" MMC-nin direktoru X4 ilə İddiaçı1 arasında Gəncə şəhər 6 saylı notarial ofisində 2*.*4.2*22-ci il tarixli tikinti üçün podrat müqaviləsi bağlanmışdır. Məhkəmə hesab edir ki, İddiaçı1 ilə cavabdeh "xxxx" MMC arasında 2*.*4.2*22-ci il tarixdə Gəncə şəhər 6 saylı notarial ofisində tikinti üçün podrat müqaviləsi bağlanmış bununla da tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Sazişə əsasən iddiaçılar tikinti işlərinin görülməsi üçün "xxxx" MMC-yə 16*** (on altı min) manat pul vermişdir. Cavabdeh "xxxx" MMC müqavilə üzrə vəd etdiyi işi sonacan görməmiş, 16*** (on altı min) manat pulun 8*** (səkkiz min) manatı dəyərində iş görmüş, qalan 8*** (səkkiz min) manatı isə qaytarmamışdır. Bu baxımdan məhkəmə iddianın “pul” tələbinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissə də əsaslıdır. Bundan başqa, məhkəmə, iddia tələbinin müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, podrat müqaviləsində tərəflər üçün müəyyən olunan öhdəliklər, yəni müqavilənin qüvvədə olma müddəti 23.*9.2*22-ci il tarixdə bitdiyindən həmin hissədə iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi 26.*7.2**7-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*7-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 8*** (səkkiz min) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 1** (bir yüz) manat tutularaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 233, 3** və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 8*** (səkkiz min) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 1** (bir yüz) manat tutularaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar