Məhkəmə qərarları › İş №2(125)-2323/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2323/2025

17.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2323/2025 17.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1964-cu il tarixdə anadan olmuş yoldaşı X2 04 noyabr 2024-ci il tarixdə Gəncə şəhəri Avtozavod qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, yoldaşı-xx.xx.1964-cü il tarixdə anadan olmuş X3 il 04 noyabr 2024-ci il tarixdə Gəncə şəhəri Avtozavod qəsəbəsində fəhlə kimi işləyən vaxt qəflətən ürək tutması olmuş və vəfat etmişdir. Onun yanında olan fəhlələr TTY-a zəng etmişdir. TTY gələnədək artıq həyat yoldaşı vəfat etmişdir. Gəncə şəhər TTTYS-nin xx.xx.2024-cü il 2397 nömrəli arayışında göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 14:00-da X2 adına çağırış olub. Xəstəyə “həkimə qədər ölüm” diaqnozu qoyularaq polisə məlumat verilmişdir.Gəncə şəhər 1-ci polis şöbəsi 08 dekabr 2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Qərarda qeyd edilmişdir ki, X2 ölməsi faktında cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Ərizəçi yoldaşı Əliyev İslamın ölümünün hansı xəstəlik səbəbindən baş verdiyin bilmək üçün meyitin yarılıb daxili müayinə olunmasına etiraz etmişdir. Ona görə də ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişdir. Daha sonra ərinin ölümü haqqında qeydiyyat aparılması üçün müraciət etmişdir,lakin Maraqlı şəxs ölüm faktını təsdiq edən tibbi sənəd olmadığı üçün ölüm qeydi aparmaqdan imtina etmişdir. Hazırda mərhum Əliyev İslamın vərəsəsi kimi ölüm haqqında şəhadətnamə olmadığından Ərizəçi miras mülkə görə notariat kontoruna müraciət edə bilmir, həmçinin dəfn xərcini ala bilmir. Məhkəmədə Ərizəçi iştirak edərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs-Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Şahid1 ifadə verərək, göstərmişdir ki, xx.xx.1964-cü il tarixdə anadan olmuş X3 onun atasıdır. Atası 04 noyabr 2024-ci il tarixdə Gəncə şəhəri Avtozavod qəsəbəsində ölmüşdür. Məhkəmədə digər Şahid2 da ifadə verərək göstərmişdir ki xx.xx.1964-cu il tarixdə anadan olmuş X3 onun qardaşıdır. Qardaşı İslamın 04 noyabr 2024-ci il tarixdə Gəncə şəhəri Avtozavod qəsəbəsində ölməsini təsdiq etmişdir. Məhkəmə Ərizəçi izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1964-cu il tarixdə Ermənistanda doğulmuş X3 13 oktyabr 1986-ci ildə Ərizəçi ilə rəsmi nikah bağlamışdır.. Qeyd edilən sübutdan müəyyən olunur ki, Ərizəçi barəsində ərizə verilən X2 yoldaşıır və hazırki ərizə ilə məhkəməyə müraciət emək hüququ vardır. İşdə olan Maraqlı şəxs tərəfindən Şahid2 ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16- 5/8-15-2734 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’’nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X1 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından qeydiyyat şöbəsində ərizənin təmin edilməsinin mümkün olmadığı, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. Beləliklə, məhkəmədə iclasında ərizəçinin izahatı, ifadə vermiş şahidlərin ifadələri və iş materialları ilə təsdiq olundu ki, Ərizəçi əri-xx.xx.1964-cü il tarixdə anadan olmuş X3 04 noyabr 2024-cü il tarixdə Gəncə şəhərində ölmüşdür. Maraqlı şəxs tərəfindən mərhum X2 ölümü haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8-ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. Məhkəmə hesab edir ki, ərizənin təmin olunması üçün əsaslar vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. xx.xx.1964-cu il tarixdə Ermənistanda doğulmuş X2 04 noyabr 2024-cü il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar