Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2324/2025 12.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X16 iştirakı ilə, Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1947-ci il təvəllüdlü X4 xx.xx.2006-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxxxx 1978-ci il tarixində Gəncə şəhərində anadan olmuşdur. X3, anası isə İsgəndərova (Hacıyeva) Samirə Hacı qızıdır. Atası 27 may 2006-cı ildə Gəncə şəhərində vəfat etmişdir. Həmin vaxt ərizəçi Rusiya Federasiyasında olmuş və atasının yalnız dəfninə gəlib çata bilmişdir. Ona görədə sənədləşdirmə işlərinin arxasınca düşərək ölüm haqqında şəhadətnamə ala bilməyib. Hazırda isə atasına ölüm haqqında şəhadətnamə verilməsi üçün qeydiyyat şöbəsinə müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən ərizəsi təmin olunmamışdır. Ərizəçi bildirir ki, anası İsgəndərova(Hacıyeva) Samirə Hacı qızı da, 09 dekabr 2013-cü il tarixində vəfat etmişdir. Hazırda yaşadığı ev anasından miras qalmışdır və həmin əmlakı vərəsəlik yolu ilə adına rəsmiləşdirmək istəsə də, atasının ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən bunu edə bilməyib. Ona görə də, X3nun 27 may 2006-cı il tarixində Gəncə şəhərində ölməsinin qeydə alınma faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında ərizəçi ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxsnə daxil olmuş «xx.xx.2006-cı ildə vəfat etmiş X4 ölüm haqqında tibbi şəhadətnamə olmadan ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamə yazılması barədə» ərizəyə baxılmışdır. X1 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənizin təmin edilməsi mümkün deyil. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İş materiallarında olan xx.xx.1976-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1947-cı il təvəllüdlü X4 atası X17, anası X8r. Məhkəmə iclas zalında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşıdır, münasibətləri yaxşıdır. Eyni ata və anadan doğulmuşlar. X2, anaları X10r. Ataları 2006-cı ildə, anaları 2013-cü ildə vəfat etmişdir. Ataları xx.xx.2006-cı ildə Gəncə şəhərində vəfat etmişdir. Atası və anası Gəncə şəhərində dəfn olunmuşdur. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Atası beyninə qan sızdığı üçün vəfat etmişdir. Məhkəmə iclas zalında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Ərizəçi onun əridir, münasibətləri yaxşıdır. Ramilin valideynləri vəfat etmişdir. Ramilin X18 idi, anası İsgəndərova Samirə idi. Faxrəddin İsgəndərov xx.xx.2006-cı ildə insultdan Gəncə şəhərində vəfat etmişdir. Onun yas və dəfn mərasimlərində iştirak etmişdir. Faxrəddin vəfat edəndə Ramillə evli idi. O vaxt Faxrəddinlə eyni evdə yaşayırdılar, Faxrəddin Gəncə şəhərində dəfn olunmuşdur. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1947-cı il təvəllüdlü X4 xx.xx.2006-ci il tarixdə Gəncə şəhərində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum atası xx.xx.1947-ci il təvəllüdlü X6 ölüm haqqında şəhadətnamənin ala bilməməsi, X5 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1947-cı il təvəllüdlü X4 xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1947-cı il təvəllüdlü X4 xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2324/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2324/2025
12.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver