Məhkəmə qərarları › İş №2(125)-2326/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2326/2025

01.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2326/2025 01.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci ildə anadan olmuş X2 xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, övladı xx.xx.1979-cu il tarixdə anadan olmuş X5 10 aylıq olanda vəfat etmişdir. Uşağının heç bir xəstəliyi olmamışdır. Bir gecə uşaq yatmış, səhər yuxudan oyanmamışdır. Bununla bağlı nə həkimə, nə də başqa orqana müraciət etməmişdir. Uşaq öldükdən sonra keçmiş Şaumyan rayonu, indiki Goranboy rayonunun Totan kənd qəbiristanlığında dəft etmişdirlər. Hazırda həyat yoldaşı X6 ölümü ilə əlaqədar miras qalmış evi adlarına rəsmiləşdirmək istəyirlər. Lakin qızının ölüm haqqında şəhadətnaməsi olmaması səbəbindən bu mümkün olmamışdır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışda bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən ölüm şəhadətnaməsinin verilməsi mümkün deyildir. Ölümün qeyd edilib-edilməməsi üçün X11 müraciət etdikdə yazılı cavab verməkdən imtina etmiş və şifahi olaraq bildirmişdirlər ki, uzun illər keçdiyindən arxiv məhv edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, ərizədə texniki səhvlik olmuş, qızı X5 xx.xx.1977-ci ildə anadan olmuş, xx.xx.1978-ci ildə Gəncə şəhərində, öz evlərində rəhmətə getmişdir. Başqa evə köçəndə uşağın doğum haqqında şəhadətnaməsini itirmişdir. Yoldaşı Todan kəndindən olmuşdur, buna görə uşağı da orada dəfn etmişdirlər. Hazırda yoldaşından miras qalmış evi öz adına keçirmək istəyir. Qızının ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan vərəsəlik işlərini icra edə bilməmişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X7 ərizənin təmin olunmasına etirazlarının olmadığını göstərdi. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, ərizəçi bacısıdır. Bacısı Qaratelin yoldaşı isə dayısıoğludur. 5 uşaqları olmuşdur. Uşaqları Mətanətin doğum tarixi, həmçinin ölüm tarixi dəqiq yadında deyildir. Uşaq öləndə heç bir yaşı olmamışdır. Uşağı Goranboy rayonu Todan kənd qəbiristanlığında dəfn etmişdirlər. Qaratelin yoldaşı oralı olmuşdur. Dəfndə iştirak etmişdir, ehsan verməmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilən Əliyeva (Həsənova) Reyhan Həsən qızı ifadəsində göstərdi ki, ərizəçi Qaratel bacısıdır. Bacısının yoldaşı Nağı isə dayısıoğludur. Onların 5 uşaqları olmuş, biri rəhmətə getmişdir. Gəncədə yaşamışdırlar. Uşaq rəhmətə gedəndə bir yaşı olmamışdır. Nədən rəhmətə getdiyini dəqiq bilmir, bildiyinə görə qızdırması olmuşdur. Uşaq Goranboy rayonu Todan kəndində dəfn olunmuşdur. Dəfndə iştirak etməmişdir. Nağı yeni rəhmətə getmiş, ili çıxmamışdır. Digər uşaqları yaşayırlar. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2025-ci il tarixli, 3-16-5/8-70-Q-755/2025 nömrəli doğum haqqında arayışdan görünür ki, xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş X2 ata qrafasında X8, ana qrafasında isə Ərizəçi kimi qeyd olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/09İS/028070-25 nömrəli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə ölmüş X6 ailə tərkibinə dair məlumatlarda xx.xx.1977-ci ildə anadan olmuş qızı X5 da qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-532 nömrəli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X2 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, ərizəçinin qızı xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş X1 olarkən ölmüşdür.Ərizəçinin qızının ölümü ilə bağlı tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Buna görə də ərizəçi qızı X2 ölüm faktını təsdiq edən sənədi əldə edə bilmədiyi üçün əri X3 miras qalmış əmlakın vərəsəlik qaydasında qəbul etməsini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. (mad.307.2.8) MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə sübut olundu ki, ərizəçinin qızı X5 xx.xx.1978-ci ildə Gəncə şəhərində ölmüşdür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş X2 xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar