Məhkəmə qərarları › İş №2(125)-2399/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2399/2025

30.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2399/2025 30.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdeh X3 iştirakı ilə, İddiaçı X5 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8) qarşı «mənzilə köçürmə» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8) qarşı cavabdehlər X3 və Cavabdeh2 iddiaçının xüsusi mülkiyyətində olan Gəncə şəhəri, N.Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 nömrəli mənzildən çıxarılmaları və iddiaçının həmin mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, İddiaçı onun xüsusi mülkiyyətində olan Gəncə şəhəri, N.Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 nömrəli mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, İddiaçı ilə X9 arasında olan nikah xx.xx.2014-cü il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. İddiaçı ilə E.Cavabdeh1 birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X13 və xx.xx.2018-ci il tarixdə isə X10 adlı iki uşaq anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2514/2024 nömrəli qətnaməsi ilə İddiaçı və E.Cavabdeh1 arasındakı nikah pozulmuş, birgə nikahından doğulmuş uşaqların İddiaçı yanında qalmaları müəyyən edilmişdir. Cavabdeh1 S.Cavabdeh1 sabiq qaynatası, Cavabdeh2 isə sabiq qaynanasıdır. İddiaçı mübahisə predmeti olan Gəncə şəhəri, N.Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 nömrəli mənzilini xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin mənzilə İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və buna dair xx.xx.2024-cü il tarixli, 15245978 qeydiyyat nömrəli çıxarış verilmişdir. Buna baxmayaraq X7 və Cavabdeh2 maneələr yaradaraq, fiziki və psixoloji şiddət tətbiq edərək İddiaçı və onun azyaşlı övladlarını həmin ünvanda yaşamağa imkan vermirlər. İddiaçı azyaşlı uşaqları ilə birlikdə Goranboy rayonu, Nadirkənd kəndində yerləşən öz valideyinlərinə məxsus evə köçmüşdür. Lakin bu İddiaçı və onun uşaqları üçün əlverişsizdir. Buna görə də İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, N.Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 nömrəli mənzilə köçmək, mülkiyyətçi kimi həmin mənzildə yaşamaq, həmin mənzilə sahiblik etmək və ondan istifadə etmək istəyir. Sonda iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı onun oğlu X9 ilə birgə nikahda olmuş və onlar arasında olan nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. İddiaçı onun keçmiş gəlindir. Bununla yanaşı mübahisələndirilən Gəncə şəhəri, N.Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 nömrəli mənzil İddiaçı ilə E.Cavabdeh1 birgə nikah dövründə əldə olunmuşdur. Buna görə də həmin mənzil hərracda satılaraq onlar arasında bölünməlidir. Sonda Cavabdeh1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçınının nümayəndəsini (vəkilini) və Cavabdeh1 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan Gəncə «ASAN xidmət» mərkəzi notariat ofisində xx.xx.2017-ci il tarixdə, 4Ə-1373 reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, N.Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 mənzilini X1 almışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, N.Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 mənzilinə (Yeni qaydalarla: AZ 2013, Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 13, M3, m3) İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2514/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə X8 arasında olan nikah pozulmuş, xx.xx.2015-ci ildə anadan olmuş X13 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X10 anaları İddiaçı yanında saxlanılması müəyyən edilmiş, X4 həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3*21- 3-33-4941/2025 nömrəli arayışından görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 nömrəli mənzili Gəncə şəhəri 1 saylı notariat kontorunda 02 sentyabr 1993-cı il tarixli, 2-3-683 reyestr nömrə ilə təsdiq edilmiş mənzilin özəlləşməsinə dair müqaviləyə əsasən X2 adına özəlləşmiş və ona 14 sentyabr 1993-cü il tarixli, 10956 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisində bağlanmış 18 aprel 2003-cü il tarixli, 4Ə-1-70 reyestr nömrəli müqaviləyə əsasən X6 10956 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə «ASAN xidmət» mərkəzində notariat ofisində bağlanmış 13 iyun 2017-ci il tarixli, 4Ə-1373 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mənzilə dair İddiaçı 17 iyun 2017-ci il tarixli, **********98-05101-093041 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 nömrəli mənzilə sonuncu dəfə 27 fevral 2024-cü il tarixli, **********52-05101-093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı Dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 nömrəli mənzili (Yeni qaydalarla: AZ 2013, Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 13, M3, m3) İddiaçı mülkiyyətindədir. Hazırki halda cavabdehlər X7 və Cavabdeh2 İddiaçı həmin mənzildən istifadə hüququna və iddiaçının həmin evdə yaşayış hüququnun həyata keçirilməsinə mane törədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz mərhum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ 2013, Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 13, M3, m3) mülkiyyətçisidir. Buna görə də İddiaçı həmin mənzildən istifadə etmək (evdə yaşamaq) və ona sahiblik hüququ vardır. Bu hüquqların həyata keçirilməsinə Cavabdeh1 və Cavabdeh2 maneə yaratdığından, həmin maneə aradan qaldırılmalı və İddiaçı Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 nömrəli mənzilinə (Yeni qaydalarla: AZ 2013, Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 13, M3, m3) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 3-cü döngədə yerləşən 5 nömrəli evin 25 nömrəli mənzilinə (Yeni qaydalarla: AZ 2013, Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 13, M3, m3) köçürülsün. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar