Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2440/2025 29.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1996-cı il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, müharibə veteranı, xx.xx.1996-cı il təvəllüdlü övladı X6 xx.xx.2025-ci il tarixdə həyatına qəsd edib, mexaniki asfıksiya nəticəsində həlak olub. Müharibədən salamat çıxmış cavan uşağını sülh vaxtında itirən ana kimi çox dəhşətli hal keçirdiyindən uşağının yarılmasına imkan vermədi, ona görə də ona oğlunun ölümü haqqında müvafiq formada tibbi sənədlər, onların əsasında isə ölüm haqqında şəhadətnamə verilmədi. Bu gün ona övladı Əlinin ölüm sənədi müxtəlif məqsədlər üçün, məsələn, maddi yardım almaq üçün lazımdır. Lakin Maraqlı şəxsndə ölüm qeydi aparılmadığından bunu edə bilmir. O, ölüm haqqında şəhadətnaməni almaq üçün Gəncə şəhər Qeydiyyat Şöhbəsinə müraciət etsədə ona ölüm qeydi aparılmadığından qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmadı və bununla bağlı məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Məhkəmə iclasında ərizəçi ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxsnə daxil olmuş «xx.xx.2025-ci ildə vəfat etmiş X3 ölüm haqqında tibbi şəhadətnamə olmadan ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamə yazılması barədə» ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X1 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənizin təmin edilməsi mümkün deyil. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İş materiallarında olan xx.xx.1996-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X3 atası X4, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2025-ci ildə saat 15:10-da Gəncə şəhər BPİ-nin 4-cü PB-nin növbətçi hissəsindən şəhər prokurorluğuna xx.xx.1996-cı il təvəllüdlü X3 yaşadığı ünvan 1 ünvanın yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dəmir məhəccərin dirəyinin dəmir milindən təsərrüfat təyinatlı kəndirlə boynundan asılıl vəziyyətdə meyitini naşkarlanması barədə məlumat daxil olmuş və həmin məlumat əsasında araşdırmanın aparılmış, toplanmış 25-3-2-2-415-0298 (65-c-25) nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1996-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Gəncə şəhər Birləşmiş Xəstahana” PHŞ Cavadxan Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən, mərhum 1996-cı il təvəllüdlü X2 şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının xx.xx.2025-ci il tarixli 359 nömrəli məlumatına əsasən xx.xx.2025-ci il tarixdə saat 14:49-da özünü asaraq mexaniki asfiksiya nəticəsində vəfat etmişdir. Gəncə şəhər Tibbi Pataloji Anatomiya Ekspertiza Məhkəməsinin rəyinin olmamasını nəzərə alaraq “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli “İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 saylı Qərarının 4.3 bəndinə əsasən, ölüm hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə imtina edilir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1996-cı il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum oğlu xx.xx.1996-cı il təvəllüdlü X5 ölüm haqqında şəhadətnamənin ala bilməməsi, X3 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1996-cı il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1996-cı il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2440/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2440/2025
29.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver