Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-247/2023 26.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh1 Fərhad qızının, Cavabdeh2 və Cavabdeh3 Fərhad qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Fərhad qızına, Cavabdeh2, Cavabdeh3 Fərhad qızına və Cavabdeh4 qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı qanuni nümayəndəsi X1 cavabdehlər Cavabdeh1 Fərhad qızına, Cavabdeh2, Cavabdeh3 Fərhad qızına və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən mülkiyyətində olan zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində inşa etdirdiyi tikilinin cavabdehlərin hesabına sökülməsi və həmin torpaq sahəsinin istifadəsinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsinə əsasən Gəneə şəhəri Nizami rayonu, Yeni-Gəncə qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən həmin mülkə çıxarış alınmışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdehlər ona məxsus torpaq sahəsini zəbt etmişlər, tikinti işləri aparmışlar. Dəfələrlə cavabdehlərin könüllü olaraq torpaq sahəsini boşaltmasını tələb etsə də, cavabdehlər həmin torpaq sahəsini onun qanuni sahibliyinə qaytarmaqdan imtina etmişdirlər. Məhz bu səbəbdlərdən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə müraciət edərək mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə koordinatlarının göstərilməsini xahiş etmişdir. Bundan sonra həmin idarənin aidiyyatı şəxləri tərəfindən torpaq sahəsinin kadastr göstəriciləri göstərilmiş və müəyyən edilmişdir ki, cavabdehlər qanunsuz olaraq mülkiyyətində olan torpaq sahəsini zəbt edərək özləri üçün qaraj tikib, barı çəkdirmişlər. Bu fakt ərizəyə əlavə edilmiş foto şəkillər və torpaq sahəsinin plan və ölçüsünə dair sənədlə öz təsdiqini tapır. Odur ki, bir mülkiyyətçi kimi öz mülkiyyətindən sərbəst istifadə edə bilmədiyi və mülkiyyət hüquqları pozulduğu üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Fərhad qızı iddianı qəbul etməyərək izahatında gömstərdi ki, onlara məxsus 0,04 ha torpaq sahəsini Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətindən almışlar. İddiaçının torpaq sahəsi onlar zəbt edilməmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Fərhad qızı iddianı qəbul etməyərək göstərdilər ki, onların istifadəsində olan torpaq sahəsinin sərhədlərinin müəyyən olunması üçün ölçü işləri aprılmışdır. Hər dəfə fərqli-fərqli nöqtələr göstərilmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdilər. Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni- Gəncə qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi üzərində İddiaçı istifadə hüququ rəsmi reyestrdə qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsi üzərində Cavabdeh4 istifadə hüququ rəsmi reyestrdə qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli, RX ******* seriyalı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi üzərində Cavabdeh1 Fərhad qızının istifadə hüququ rəsmi reyestrdə qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli, RX ******* seriyalı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi üzərində Cavabdeh2 istifadə hüququ rəsmi reyestrdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1348 nömrəli rəyindən görünür ki, ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli çıxarış üzrə İddiaçı istifadəsində olan Gəncə şəhəri, Yeni- Gəncə qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin 9,0 kv,m hissəsinin faktiki olaraq Cavabdeh1 Fərhad qızının istifadəsində, 7,0 kv,m hissəsinin isə Cavabdeh2 və Cavabdeh3 Fərhad qızının istifadəsində olması müəyyən edilmişdir. Bununla yanaşı qeyd olunan həmin rəydən görünür ki, ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli çıxarış üzrə İddiaçı istifadəsində olan 0,02 ha torpaq sahəsinin, **********33 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh1 Fərhad qızının istifadəsində olan 0,04 ha torpaq sahəsi, **********32 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 istifadəsində olan 0,04 ha torpaq sahəsi və **********35 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh4 istifadəsində olan 0,07 ha torpaq sahəsi ilə üst-üstə düşməsi halı aşkar edilməmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Göründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsi istifadəsində olmaqla rəsmi reyestrdə qeydə alınmış dır. İddiaçının istifadəsində olan 0,02 ha torpaq sahəsinin 9,0 kv.m hissəsinin faktiki olaraq Cavabdeh1 Fərhad qızı tərəfindən, 7,0 kv.m hissəsinin isə Cavabdeh2 və Cavabdeh3 Fərhad qızı tərəfindən zəbt olunduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. MM-in 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar əmlak hüquqları sayılır. MM-in 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. MM-in 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunan qanunvericilikdən görünür ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqlarının istənilən şəxs tərəfindən pozulmasının müdafiəsinə dövlət təminat verir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli çıxarış üzrə İddiaçı istifadəsində olan 0,02 ha torpaq sahəsinin zəbt olunmuş 9,0 kv.m hissəsindən Cavabdeh1 Fərhad qızı, 7,0 kv.m hissəsindən Cavabdeh2 və Cavabdeh3 Fərhad qızı çıxarılmalı və onlar tərəfindən torpaq sahəsinin zəbt olunmuş hissəsində inşa olunmuş tikililər öz hesablarına sökülməlidir. Cavabdeh4 münasibətdə iddia tələbi əsassız olduğundan yəni onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunması müəyyən olunmadığından təmin olunmamalıdır. İddia tələbinin torpaq sahəsinin istifadəyə qaytarılmasına gəldikdə isə məhkəmə qeyd edir ki, torpaq sahəsi yer səthinin bir hissəsi olmaqla daşınmaz əmlak olduğundan iddia tələbi həmin hissədə də təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsində yerləşən, ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli çıxarış üzrə İddiaçı istifadəsində olan 0,02 ha torpaq sahəsinin zəbt olunmuş 9,0 kv.m hissəsindən Cavabdeh1 Fərhad qızı, 7,0 kv.m hissəsindən Cavabdeh2 və Cavabdeh3 Fərhad qızı çıxarılsınlar və onlar tərəfindən torpaq sahəsinin zəbt olunmuş hissəsində inşa olunmuş tikililər öz hesablarına sökülsün. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1 Fərhad qızından, Cavabdeh2 və Cavabdeh3 Fərhad qızından müştərək qaydada alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-247/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-247/2023
26.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver