Məhkəmə qərarları › İş №2(125)-2534/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2534/2025

16.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2534/2025 16.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1958-ci il tarixdə anadan olmuş X3 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xx.xx.1958-ci il tarixdə anadan olmuş X3 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, mərhum X5 onun əri olmuşdur. O və X5 arasında olan nikah xx.xx.1984-cü il tarixdə qeydə alınmış, sonuncu vəfat edən günədək isə həmin nikah münasibətləri davam etmişdir. F.İ.Məmmədov uzun müddət kordioloji xəstəlikdən əziyyət çəkmişdir. X5 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində «Qala bazarı» adlanan ərazidə olarkən səhhəti pisləşmiş və qəflətən vəfat etmiş, xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində yerləşən «Səbizkar» adlanan məzarlıqda dəfn edilmişdir. X9 çağırılmasına baxmayaraq, tibbi yardım avtomobili gələnədək F.İ.Məmmədovun ölümü baş vermişdir. F.İ.Məmmədovun ölümü ilə əlaqədar Gəncə şəhəri Baş Polis İdarəsi 1-ci Polis şöbəsində araşdırma aparılmış və xx.xx.2025-ci il tarixdə «cinayət işinin başlanmasının rədd edilməsi» haqqında qərar qəbul edilmişdir. O, F.İ.Məmmədov barəsində ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. Hazırda F.İ.Məmmədovun ölməsi faktının başqa qaydada müəyyənləşdirilməsi mümkün olmadığına görə o, vərəsəlik işlərini, eləcə də digər sənədləşmə işlərini apara bilmir. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə ərizəçinin xahişinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan İİİ-ЖГ seriyalı, 429520 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X4 arasında olan nikah xx.xx.1984-cü il tarixdə Gəncə şəhəri Qeydiyyat şöbəsində 1186 akt qeyd nömrəsi ilə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası «Tibbi ərazi X2»nin «Gəncə şəhər Birləşmiş xəstəxanası» publik hüquqi şəxsinin Təcili və Təxirəsalınmaz Tibbi yardım mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 150 nömrəli məlumatından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X5 adına xx.xx.2025-ci il tarixdə saat 14:45-də çağırış olmuşdur. Xəstəyə çağırışa qədər ölüm diaqnozu qoyulmuşdur. İşdə olan Gəncə şəhəri 1-ci Polis şöbəsinin TB-nin təhqiqatçısı Altun Hüseynov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” haqqındaxx.xx.2025ci il tarixli qərarın surətindən görünür ki, X3 ölməsi faktında cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanılmasından rədd edilmişdir. İş materiallarında Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-554 nömrəli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə vəfat etmiş X3 barəsində ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamə yazılması barədə ərizəsinə baxılmışdır. X1 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Ərizəçi ərizəsinin təmin edilməsi mümkün deyildir. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ Ərizəçi izah edilmişdir. Azərbyacan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçinin xx.xx.1958-ci il tarixdə anadan olmuş X3 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.1958-ci il tarixdə anadan olmuş X3 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilməli, həmin şəxsin ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. xx.xx.1958-ci il tarixdə anadan olmuş X3 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X5 barəsində ölüm haqqında şəhadətnamə verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar