Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2683/2023 03.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X23 Şakir oğlunun sədrliyi, X8 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əri X3 31.*1.2*23-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 onun həyat yoldaşı olmuşdur. X2* 31.*1.2*23-cü ildə xəstəlikdən vəfat etmişdir. O, küçədə vəfat etmiş və bununla bağlı təcili tibbi yardıma müraciət edilmiş, lakin tibbi yardım gələnədək əri vəfat etmişdir. Bununla bağlı çağırış vərəqəsi və poliklinikadan cavab iş materiallarına əlavə edilmişdir. Canpolad Həsənovun ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etdikdə onlara verilməyəcəyini və bunun üçün məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Ölüm haqqında şəhadətnamə onlara vərəsəliklə bağlı hüququ prosedurla bağlıdır və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, mərhum əri X3 31.*1.2*23-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs rəisi Anar Əhmədov məhkəməyə məktub ünvanlayaraq, iş üzrə məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, X16 onun doğma qardaşıdır. Ərizəçi isə Canpoladın arvadıdır. Mərhum qardaşı Canpolad Həsənov 31.*1.2*23-cü ildə Bakı şəhərində vəfat etmiş, lakin Gəncə şəhərində dəfn edilmişdir. O, Canpoladın dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, mərhum X9 onun yaxın dostu olmuşdur. X16 31.*1.2*23-cü il tarixdə xəstəlikdən vəfat etmişdir. Canpolad Həsənovun dəfn və yas mərasimində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X18 Birliyi tərəfindən verilmiş Ə № *11*22 vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 İİ qrup müharibə əlili statusu verilmişdir. AZE seriyalı, 17368836 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi *3.*9.1992-ci il tarixində ünvan 2 ünvanında qeydiyyatdadır. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 2* fevral 2*23-cü il tarixli, 794 nömrəli arayışın surətindən görünür ki, 1992-ci il təvəllüdlü Ərizəçi Gəncə şəhəri, Vaqif küçəsi, 3-cü dalan, ev 12 ünvanında qeydiyyatdadır. AZ-İİİ seriyalı, 9731*3 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1* 31 mart 2*17-ci il tarixdə doğulmuşdur. Valideynləri atası – X9, anası – Ərizəçidır. AZ-İ seriyalı, 742982 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 ilə X6 arasında nikah *4 avqust 2*1*-cu il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında *4 avqust 2*1*-cu il tarixdə 24* nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Həsənov”, arvada “Həsənova” soyadı verilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” X24 1 nömrəli Şəhər Poliklinikasının 13 fevral 2*23-cü il tarixli, 57 nömrəli notarial qaydada təsdiq edilmiş məktubunda Gəncə şəhəri, Vaqif küçəsi, 3-cü dalan, ev 12 ünvanında qeydiyyatda olan Ərizəçi Fazil qızına bildirilmişdir ki, *9.*3.1962-ci il təvəllüdlü ünvan 4 ünvanında qeydiyyatda olmuş vətəndaş X9 1 nömrəli şəhər poliklinikasında ambulator qeydiyyatda olmağına baxmayaraq 31.*1.2*23-cü il tarixdə Binəqədi rayonunda küçədə rəhmətə getmişdir. Bu haqda Binəqədi rayon 16 saylı TTTY stansiyasına çağırış vərəqəsi vardır. X2 1 nömrəli şəhər poliklinikasına son müraciəti *2.*2.2*22-ci ildə olmuşdur. Ölüm hadisəsinin küçədə baş verməsi və ölüm səbəbi bilinmədiyinə görə ölüm haqqında şəhadətnamənin verilməsi poliklinika tərəfindən mümkün deyildir. Bakı şəhər Təcili və X7 Stansiyasının 16 saylı bölməsi tərəfindən verilmiş 6 nömrəli, 31 yanvar 2*23-cü il tarixli notarial qaydada təsdiq edilmiş məktubunda sorğuya (ərizəyə) cavab olaraq bildirilmişdir ki, 31 yanvar 2*23-cü il tarixində saat 11:35-də Binəqədi rayonu, ünvan 5 ünvanına X3 adına çağırış daxil olmuşdur. Çağırışı 16 saylı bölmənin həkimi Babayeva yerinə yetirmiş və ünvanda (küçədə) həkimə qədər ölüm kişi cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinin 15 fevral 2*23-cü il tarixli, 3-16-5/7-266/15/2* nömrəli məktubunda Gəncə şəhəri, Vaqif küçəsi, 3-cü dalan, ev 12 ünvanında qeydiyyatda olan Ərizəçi bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.1*.2**3-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilmişdir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən olunur. Ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, X1 qapalı kəlləbeyin travmasının davamlı qalıq əlamətləri (1992-ci il) Nevrasteniya, Kəskin ifadə olunmuş asteno nevrotik sindrom diaqnozu qoyulmuşdur. İİ dərəcəli əlildir. Fotoşəkildən görünür ki, *9.*3.1962-ci il təvəllüdlü X9 31.*1.2*23-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, təqdim edilmiş sübutlara hüquqi qiymət verməklə hesab edir ki, *9.*3.1962-ci il təvəllüdlü X9 31 yanvar 2*23-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonunda küçədə vəfat etmişdir. Lakin müvafiq icra hakimiyyəti ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamə olmamasını əsas gətirərək X3 ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ölüm haqqında şəhadətnamənin alınması ərizəçiyə vərəsəlik üzrə hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 3*7.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**3-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, *9.*3.1962-ci il təvəllüdlü X3 31.*1.2*23-cü il tarixdə Bakı şəhərində vəfat etməsi (ölməsi) faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X3 vəfat etməsi (ölməsi) faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 3*5, 3*7, 357 və 36*-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. *9.*3.1962-ci il təvəllüdlü X3 31.*1.2*23-cü il tarixində Bakı şəhərində vəfat etməsi (ölməsi) faktı müəyyən edilsin. Qətnamə, ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2683/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2683/2023
03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver