Məhkəmə qərarları › İş №2(125)-2787/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2787/2025

19.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2787/2025 19.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.1980-ci il təvəllüdlü X2 xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində şəkərli diabet xəstəliyindən vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1988-ci ildə Ermənistan Respublikasından qaçqın düşərək, ailəsi ilə birlikdə Gəncə şəhərində məskunlaşmışdır. Qızı, xx.xx.1980-ci il təvəllüdlü X7 uşaq yaşlarından şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. Həmin xəstəliyə görə Aynur xx.xx.1998-ci il tarixdə komaya düşərək vəfat etdi. Aynuru Goranboy rayonunun Nizami kənd qəbiristanlığında dəfn etmişdir. Lakin, ölüm haqqında tibbi arayış almadığına görə ölüm barədə akt qeydi tərtib olunmamışdır. O, özünə məxsus mənzili digər övladına bağışlamaq istəyir. Lakin, Aynurun ölümü haqqında şəhadətnaməsi olmadığından bunu edə bilmir. 2025-ci ilin fevral ayında o, qızı Aynurun ölümü haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, qızı Aynurun ölümü haqqında tibbi şəhadətnamə olmadığından Qeydiyyat Şöbəsi imtina etdi. Buna görə X1 vəfat etmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. X1 xx.xx.1998-ci il tarixdə Gəncə səhərində şəkərli diabet xəstəliyindən vəfat etməsini şahidlər (qonşuları) X5, X3, X9 və X10 təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat verərək, ərizəsinin təmin edilməsi və mərhum X1 xx.xx.1998-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.1980-ci il təvəllüdlü X2 xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Ərizəçi onun doğma qardaşıdır. Qardaşı olan ərizəçinin 3 övladı dünyaya gəlmiş və həmin uşaqlardan Aynur xx.xx.1980-ci ildə doğulmuş, lakin 15 dekabr 1998-ci il tarixdə şəkərli diabet xəstəliyindən komaya düşərək vəfat etmişdir. Həmin uşağın dəfn mərasimində iştirak etmiş və Aynur Səfərova 15 dekabr 1998-ci il tarixdə vəfat edərək Goranboy rayonu, Nizami kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, Ərizəçi onun doğma qardaşıdır. Qardaşının böyük qızı Aynur şəkərli diabet xəstəsi olmaqla 15 dekabr 1998-ci il tarixdə vəfat etmişdir. Aynur 4 yaşından şəkərli diabet xəstəsi olmuşdur. Aynur adlı uşağı Goranboy rayonu, Nizami kənd qəbiristanlığında dəfn etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - İİİ-SL seriyalı, 313155 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 24 iyul 1980-ci il tarixdə doğulmuşdur. Atası – Ərizəçidur. - Məzar daşını əks etdirən foto şəkillərdən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X7 xx.xx.1998-ci il tarixə vəfat etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 14 fevral 2025-ci il tarixli, 3- 16-5/8-15-403 nömrəli məktubunda Ərizəçi hazırda X6 ölüm haqqında tibbi şəhadətnamənin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəsinin təmin edilməsinin mümkün olmadığı və ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək, təqdim edilmiş sübutlara hüquqi qiymət verməklə hesab edir ki, 24 iyul 1980-ci il təvəllüdlü X7 15 dekabr 1998-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Lakin müvafiq icra hakimiyyəti ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamə olmamasını əsas gətirərək X2 ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, xx.xx.1980-ci il təvəllüdlü X2 15 dekabr 1998-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X2 vəfat etməsi (ölməsi) faktı müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1980-ci il təvəllüdlü X2 xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı müəyyən edilsin. Qətnamə, ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar