Məhkəmə qərarları › İş №2(125)-2790/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2790/2025

19.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2790/2025 19.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəhimli Gülxarə İmaməddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xx.xx.1979-cu il tarixdə anadan olmuş X4 xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.1979-cu il tarixdə onun X6 adlı uşağı anadan olmuşdur. Belə ki, azyaşlı qızı X6 anadan olan vaxtdan sepsis xəstəliyindən əziyyət çəkmiş və hələ iki aylıq olan zaman Gəncə şəhərində vəfat etmişdir. Belə ki, həkim ona bildirmişdir ki, ölümü qeydə aldıracaqdır. Lakin sonra ona məlum olmuşdur ki, M.Q.Namazovanın ölümü qeydə alınmamışdır. Belə ki, onun Məranətdən başqa daha bir necə övladı olmuş, onlar da sepsis xəstəliyindən əziyyət çəkmişdirlər və ölmüşdürlər. Həmin uşaqların ölümü qeydə alınmışdır.X1 ölümünün rəsmiləşdirilməsi və ölümün qeydə alınması zərurəti olmamış, sonradan 2024-cü ilin oktyabr ayında vəfat etmiş mərhum əri məxsus olmuş əmlaka dair sənədləşmə işləri apararkən mərhum qızının razılığı tələb olunmuşdur. Bundan sonra o, Gəncə şəhəri qeydiyyat şöbəsinə müraciət edərək, X4 ölümünün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında qeydə alınmasını xahiş etmişdir. Lakin həmin şəxsin ölümü haqqında tibbi şəhadətnamənin alınması, eləcə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında müvafiq qeydiyyatın aparılması mümkün olmamışdır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahid ifadəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır. Ü.X.X2 ilə nikaha daxil olmuş, həmin şəxslərin birgə nikahlarından 8 uşaqları anadan olmuş, həmin uşaqlardan 5 uşaq kiçik yaşlarında vəfat etmiş, 3 uşaq yaşamışdır. Həmin uşaqların adı Şahin, Qəhrəman, Murad, Muhəmməd, Şəfəq, Mətanət, Mətanət, Məlahət olmuşdur. Şahin, Qəhərəman, Murad, Şəfəq, Mətanət vəfat etmiş, Muhəmməd, Mətanət və Məlahət sağ qalmışdır. xx.xx.1979-cu il tarixdə anadan olmuş Mətanət sepsis xəstəliyinə düçar olmuş, təxminən 2 ay yaşadıqdan sonra 1979-cu ilin dekabr ayında ölmüşdür. Həmin vaxt o da Gəncə şəhərində olmuş və Mətanəti ölü vəziyyətdə görmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-16-5/8-70-N-773/2025 nömrəli arayışdan görünür ki, xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuş X4 atası X11, anası isə Ərizəçidır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-553 nömrəli məktubun surətindən görünür ki, X4 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/09İS/030399-25 nömrəli arayışdan görünür ki, xx.xx.1946-cı il tarixdə anadan olmuş xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 arvadı xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi, oğlu xx.xx.1971-ci il təvəllüdlü X15 (xx.xx.1971-ci il tarixdə vəfat edib), oğlu xx.xx.1973-cü il təvəllüdü X16 (xx.xx.1974-cü ildə vəfat edib), oğlu xx.xx.1975-ci il təvəllüdlü X7, qızı xx.xx.1979-cu il təvəllüdlü X6, qızı xx.xx.1981-ci il təvəllüdlü X6 və xx.xx.1985-ci il təvəllüdlü X3r. İşdə olan Azərbaycan Respublikası «Tibbi ərazi bölmələrini idarəetmə birliyi» X24 Gəncə Şəhər Birləşmiş X13 X14 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-37-2/2- 22/2025 nömrəli məktubundan görünür ki, M.Q.Namazovanın vəfatı ilə bağlı Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan tibb müəssisələrinə məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, ərizəçinin xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş X4 xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində ölməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş X4 xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş X4 xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar