Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-286/2023 20.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X19 Əli oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçi X1 etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakı ilə, Ərizəçi X1 ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi X5 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 16.*5.1953-cü ildə anadan olmuş qardaşı X8 1955-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi X1 etibarnamə üzrə nümayəndəsi və vəkili X6 məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə edərək bildirmişdir ki, X1 qardaşı X13 16.*5.1953-cü ildə anadan olmuş, 1955-ci ildə ölmüşdür. Mərhum anası Firuzənin adına ünvan 1 ünvanında ev vardır. X5 mirası faktiki qəbul edib idarə edir. Ərizəçi qanun üzrə vərəsə kimi mirası adına keçirmək istəyir. Ancaq qardaşı X8 qeydiyyat şöbəsində ölüm qeydi aparılmadığı üçün mirası adına keçirə bilmir. Ona görə də məhkəmə qaydası ilə 16.*5.1953-cü ildə anadan olmuş X8 1955-ci ildə ölməsi faktı məhkəmə qaydası ilə müəyyən edilməlidir. Həmçinin bildirmişdir ki, X8 1955-ci ildə ölməsini məhkəmədə şahid kimi dindiriləcək şəxslər təsdiq edəcəklər. Odur ki, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X22 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçinin atası Nəriman ilə qonşu olmuşlar. Nəriman dayının oğlunun doğuldunu və öldüyünü yaxın qohumlarından eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 verdiyi ifadəsində göstərmişdir ki, X5 onun qudasıdır. O, Gəncə şəhərində anadan olsa da, 1975-ci ildə Göy-göl şəhərinə köçmüşdür. Ərizəçi X5 ilə 1* il qonşu olmuşlar, həmçinin 2* il də qohumluq münasibətləri var. Nəriman dayının 1953-cü ildə Mahir adlı bir oğlunun olduğunu və 1955-ci ildə öldüyünü qohum və qonşulardan eşitmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X15 verdiyi ifadəsində göstərmişdir ki, X5 onun bacısıdır. X3 isə onun qardaşı olmuşdur. X8 1953-cü ildə anadan olduğunu və 1955-ci ildə öldüyünü qohum və qonşulardan eşitmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X16 verdiyi ifadəsində göstərmişdir ki, X5 onun bacısıdır. X8 1953-cü ildə anadan olduğunu və 1955-ci ildə öldüyünü qohum və qonşulardan eşitmişdir. İşdə olan Gəncə şəhər VVAQ şöbəsi tərəfindən verilmiş İE № 157*77 saylı evlənmə haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 ilə X9 27.*6.1952-ci ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 537 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mehtiyeva soyadı verilmişdir. İşdə olan Gəncə şəhər VVAQ şöbəsi tərəfindən verilmiş *3.*3.1956-ci il tarixli, İ-İE №1**822 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx xxxxxx 1956-cı ildə doğulmuşdur, atası X12, anası X7r. İşdə olan Gəncə şəhər Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19.*4.2*22-ci il tarixli məktubdan görünür ki, ərizədə göstərilmiş məlumatlar əsasında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və şöbənin arxivində yoxlama aparılmış, lakin vətəndaş X8 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm bərpa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il tarixli 1 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları” ilə müəyyən edilir. Belə ki, həmin qərara əsasən ölüm bərpa həqiqətən bu cür qeydlərin olduğunu təsdiq edən sənədlər əsasında aparılır. Odur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkəməyə müraciət etmək hüququ var. İşdə olan Gəncə şəhər Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19.*4.2*22-ci il tarixli arayışdan görünür ki, X13 16.*5.1953-cü ildə doğulmuşdur, atası X12, anası X1*r. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş *8.*2.2*23-cü il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X11 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, ərizəçi X1 16.*5.1953-cü ildə anadan olmuş qardaşı X13 1955-ci il tarixdə ölmüşdür. Hazırda müəyyən sənədləşmələr aparılması üçün X8 ölüm şəhadətnaməsi tələb olunur. Lakin, X8 ölümü haqqında akt qeydi aşkar olunmadığından dövlət qeydiyyatını aparan orqan şəxsin vəfat etməsi qeydinin bərpa edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 3*7.2.8-ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 3*8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 31*-cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İş materialları ilə müəyyən olunur ki, qardaşının vəfat etməsi faktının təsdiq edilməsi ərizəçiyə mirasın qəbulu ilə bağlı müvafiq sənədləşmə aparmaq üçün lazımdır. Şəxsin vəfat etməsi tarixindən xeyli müddət keçdiyindən, Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi ərizəçinin mərhum oğluna şəxsin vəfat etməsinə dair hüquqi sənəd verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi haqlıdır və bu səbəbdən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–22*, 233, 312–316 və 36*–cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 16.*5.1953-cü ildə anadan olmuş X8 1955-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçi X4 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-286/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-286/2023
20.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver