Məhkəmə qərarları › İş №2(125)-2906/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2906/2024

23.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2906/2024 23.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, Ərizəçi “Cavabdeh qarşı – “mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia” ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyənetdi: Ərizəçi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MŞG/00706 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi, Cavabdeh ilə birgə ailə münasibətlərindən doğulmuş xx.xx.2013-cü il tarixdə anadan olmuş X3, xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 adlı üç övladlarının onun himayəsində qalmaqla yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa görə 100 manat sabit pul məbləğində olmaqla, hər ay 300 manat alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyindən ərizə geri qaytarılmalıdır. Hazırkı iddia, ərizəçi tərəfindən Cavabdeh qarşı irəli sürülsə də həmin cavabdehə hansı tələbinin yönəldiyi göstərilməmiş, tələbinin həmin cavabdehə hansı əsaslarla aid olması da əsaslandırılmamışdır. Ümumiyyətlə cavabdehlə iddiaçının konkret hansı mübahisəsinin olduğu ərizənin məzmunundan müəyyən edilmir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa aid tələblər öz əksini tapmışdır. Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. MPM-in 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Bu baxımdan lazımi sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla belə, prosessual qənaət prinsipi baxımından məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş xüsusi icraat qaydasında baxılmalı olan işdir, yəni ərizənin məzmununa görə əslində ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsini xahiş edir. Lakin ərizənin adı səhvən iddia ərizəsi kimi, maraqlı şəxs isə ərizədə cavabdeh kimi qeyd edildiyindən, iş məhkəmənin icraatına iddia icraatı kimi daxil edilmişdir. MPM-in 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi “Cavabdeh qarşı – “mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia” ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar