Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2989/2025 24.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 xx.xx.2002-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X16 (1943-cü il tarixində Xanlar rayonun Ziyadlı kəndində anadan olmuş) və anası Orlovskaya (Salmanova) Nadejda Sapronovna (1949-cu il tarixində X1 şəhərində anadan olmuş) ilə xx.xx.1968-ci il tarixdə ailə həyatı qurmuşlar. Nikahları xx.xx.1968-ci il tarixdə Moqilev şəhər Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin şəhər bürosunda rəsmi olaraq akt qeydləti kitabında 865 nömrə ilə qeydə alınmış və Hİ-İİ5İ nömrəli “Nikah haqqında şəhadatnamə" verilmişdir.Birgə nikahdan dörd övladları olmuşdur: X10 - xx.xx.1973-cü il tarixdə; Səlmanova (Abbasova) Zülfıyyə Emin qızı - xx.xx.1975-ci il tarixdə; X11 - xx.xx.1977-ci il tarixdə; Ərizəçi - xx.xx.1981 -ci il tarixdə anadan olmuşlar.Anası X7 xx.xx.2002-ci ildə vəfat etmiş və həmin günü də Samux rayonunun Ziyadlı kənd qəbristanlığında dəfn olunmuşdur. X6 isə xx.xx.2005-ci ildə vəfat etmiş və Samux rayonunun Ziyadlı kənd qəbristanlığında dəfn olunmuşdur. Ailəsi atasının xüsusi mülkiyyəti olan ünvan 1 ünvanda yerləşən mənzilində qeydiyyatda olaraq yaşayıb. Bacıları Sevinc, Zülfıyyə və Anjela ailə həyatı qurmuşlar. Ərizəçi isə bu günə kimi həmin mənzildə ailəsi ilə birgə yaşayır (həyat yoldaşı və iki övladı). Bütün kommunal xərcləri də ödəyir. Atasına məxsus mənzilin, Ərizəçi, adına qeydiyyana alınmasına barədə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi səxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş,lakin lazımi sənədlərin toplanması zamanı məlum olmuşdur ki, anası X2 “Ölüm haqqında şəhadətnaməsi” yoxdur. Atası mərhum X17 anasının ölüm faktını təsdiq edən sənədi almamış və bu səbəbdən də anasının xx.xx.2002-ci ildə vəfat etməsi barədə “Ölüm haqqında akt qeydləri kitabı nda qeydlər aparılmamışdır. Ancaq buna baxmayaraq. xx.xx.2002-ci il tarixdə Gəncə Dəmir yolu xəstəxanası tərəfindən anasının ölümü haqqında “Tibbi ölüm şəhadətnaməsi" verilmişdir.xx.xx.2002-ci ildə vəfat etmiş anası X5 ölüm haqqında şəhadətnaməsinin verilməsi barədə Maraqlı şəxsnə müraciət etmiş,lakin xx.xx.2025-ci il tarixli. 3-16-5/815- 878 nömrəli cavab məktubu ilə Ərizəçi bildirilmişdir ki. “X2 ölüm haqqında avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi və Qeydiyyat şöbəsində akt qeydi aşkar olunmamışdır”. Buna görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxsnə daxil olmuş «xx.xx.2002-ci ildə vəfat etmiş X3 ölüm haqqında tibbi şəhadətnamə olmadan ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamə yazılması barədə» ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Hazırda X3 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənizin təmin edilməsi mümkün deyil. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İş materiallarında olan Samux rayonu Ziyadlı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 16 nömrəli arayışdan görünür ki, X8 xx.xx.2002-ci il vəfat etmiş və xx.xx.2002-ci ildə Ziyadlı kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş ölüm haqqında tibbi arayışın surətinə əsasən, 1949-cu il təvəllüdlü X7 xx.xx.2002-ci il vəfat etmişdir. İş materiallarında olan xx.xx.1958-ci il tarixli, Hİ-ПЯ seriyalı, 106175 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən 1943-cü il təvəllüdlü X17 və 1949-cu il təvəllüdlü X7 xx.xx.1968-ci ildə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan xx.xx.1982-ci tarixli, 358303 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.1981-ci il təvəllüdlü Ərizəçi X6, anası X4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Ərizəçi qardaşıdır, münasibətləri yaxşıdır. Onlareyni ana-atadan olan bacı və qardaşdırlar. Anaları X7, ataları X17 idi. Anaları xx.xx.2002-ci ildə Gəncədə, ataları isə xx.xx.2005-ci ildə vəfat edib. Anası xəstəlikdən vəfat etmişdir, Samux rayonu Ziyadlı kəndində dəfn edilmişdir. Anası vəfat edəndə yas mərasimi təşkil olunmuşdu. O, anasının yas mərasimində və dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X11 ifadəsində bildirdi ki, Ərizəçi qardaşıdır, münasibətləri yaxşıdır. Onlar eyni bir ananın və atanın övladırlar. Anaları X8 xx.xx.2002-ci ildə Gəncə şəhərində xəstəlikdən, ataları X17 2005-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Hər iki valideyn üçün yas mərasimi təşkil olunmuşdu. O həm anasının, həm atasının yas mərasimində və dəfnində iştirak etmişdir. Anası və atası Samux rayonu Ziyadlı kəndində dəfn olunmuşdur. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 1949-cu il təvəllüdlü X7 xx.xx.2002-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum anası 1949cu il təvəllüdlü X2 ölüm haqqında şəhadətnaməsini ala bilməməsi, X2 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə 1949-cu il təvəllüdlü X2 xx.xx.2002-ci il tarixdə Gəncə şəhərində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1949-cu il təvəllüdlü X2 xx.xx.2002-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2989/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2989/2025
24.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver