Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3084/2025 20.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X32 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu ildə Kirovabad (Gəncə) şəhərində anadan olmuş oğlunun xx.xx.1998-ci il tarixində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə verərək, Ərizəçi mərhum oğlu xx.xx.1989-cu ildə Kirovabad (Gəncə) şəhərində anadan olmuş X3 xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Ərizəçi ilə X7 xx.xx.1985-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından xx.xx.1986-cı il təvəllüdlü X8, xx.xx.1987-ci il təvəllüdlü X9, xx.xx.1989-cu il təvəllüdlü X13, xx.xx.1990-cı il təvəllüdlü X17 və xx.xx.2001-ci il təvəllüdlü X14 adlı beş övladları dünyaya gəlmişdir. xx.xx.1989-cu il təvəllüdlü X13 adlı övladları təxminən 6-7 yaşlarında olarkən uşağın xayasında həkimlər tərəfindən qrija aşkarlanmış, müxtəlif müayinə və müalicələrə baxmayaraq həmin vaxt yaşadıqları ünvan 1 ünvanında xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Mərhum Nicat bir neçə müddət anası Rəna ilə birgə Bakı şəhərində 1 saylı X23 (Semaşko) stasionar müalicə almışdır. Onu Göygöl rayonu Lüləli kənd qəbiristanlığında dəfn etmişlər. Lakin onların maddi vəziyyətləri pis olduğu üçün uşaqlarının qəbir daşını düzəltdirə bilməmişlər. Ərizəçi adına ünvan 2 ünvanı mövcuddur. Həmin evə dair hər hansı sənədləşmə işləri apardıqda ərizəçinin mərhum oğlu orada qeydiyyatda olduğu üçün sənədləşmə işlərində problem yaranmışdır. Eyni zamanda gələcəkdə sağ olan uşaqlar arasında vərəsəlik qaydasında ev bölgüsü olanda da hər hansı çətinlik yaşanmasın deyə mərhum oğlu Nicatın ölüm haqqında şəhadətnaməsi lazım olacaqdır. Ərizəçi ölüm şəhadətnaməsinin alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, oradan ona imtina cavabı verilmiş, məhkəməyə müraciət etməsi izah olunmuşdur. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, X13 1996-cı ildən etibarən müalicə olunmuş, 1998-ci ildə vəfat etmişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X18 ərizənin təmin olunmasına etirazları olmadığını bildirdi. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, ərizəçi ilə qonşudurlar. Hazırda yaşadıqları ünvana 1985-ci ildə köçmüşdürlər, ərizəçi isə 1986-cı ildə gəlmişdir. Gəldiyi vaxt 2 böyük qızı da olmuşdur. Nicat adlı uşağı köçüb gəldikdən sonra dünyaya gəlmişdir. Həmin uşaq 9-10 yaşlarında olarkən təxminən 1996-1997-ci illərdə rəhmətə getmişdir. Onun uşaqlarını müalicə edən həkim, həmin Nicat adlı uşağı da müalicə etdiyindən məlumatı vardır. Onlar Xoşbulağa getmiş, uşaq orada xəstələnmişdir. Əvvəl pnevmaniya olmuş, sonra sürətlə arıqlamağa başlamışdır, dediklərinə görə xayasına su yığılmışdır. Uşağı Bakıya da müalicəyə aparmışdırlar, ancaq sağalmamışdır. Uşağı Göygöl rayonu, Lüləli kəndində dəfn etmişdirlər. Onun 3 aylıq körpə qızı da rəhmətə gedəndə qayınatasıgil Lüləli kəndinə aparıb dəfn etdiyindən həmin uşağın da orada dəfn olunduğunu bilir. Evlərində qohum-əqrəbalarının iştirakı ilə yas mərasimi keçirmişdirlər. Nicatdan sonra ərizəçinin 2 oğlan uşağı da olmuşdur. X1 ifadəsində göstərdi ki, ərizəçi bacısıdır. Rənanın 5 uşağı olmuş, biri körpə yaşlarında Gəncə şəhərində vəfat etmişdir. Uşaq sağlam, kök uşaq olmuş, sonradan xəstələnmiş, sürətlə arıqlamışdır. Özü həmin vaxt yeni ailə qurmuş, körpə uşaqları olmuş, ona görə də tez-tez gedib gələ bilməmişdir. Ancaq xəbər almış, anasıgil demişdirlər ki, uşağın xayasından su çəkilmiş, ondan sonra uşaq sürətlə geriləmişdir. Həmin vaxt bacısıgilin imkanları zəif olduğundan uşağı Lüləli kəndində dəfn etmişdirlər. Dəfndə iştirak etməmiş, ancaq evlərinə getmişdir. Təxminən 1990-cı illərdə, uşaq 9-10 yaşlarında olarkən rəhmətə getmişdir. Uşağı həm burda, həm də Bakıda müalicəyə aparmışdırlar. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-T 032788 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X2 nikahları xx.xx.1985-ci ildə Daşkəsən rayon İHB Qaraqollar İƏD üzrə nümayəndəliyində 13 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. XİV-JQ 299630 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1989-cu ildə Kirovabad şəhərində anadan olmuş X5 ata qrafasında X7, ana qrafasında Ərizəçi kimi qeyd olunmuşdur. MA ******* seriya nömrəli, xx.xx.2010-cu il tarixli, ********** nömrəli, **********90-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə Ərizəçi adına rəsmi reyestrdə qeydə alınmışdır. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X35 “X31” X35 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-2/2-1965/2025 nömrəli məktubdan görünür ki, X23 1996-1997ci ildə müayinə və müalicə olunmuş X10 aid xəstəlik tarixinin 25 il saxlama müddəti keçdiyindən məlumat verilməsi mümkün olmamışdır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında Ərizəçi qızı xx.xx.1986-cı il təvəllüdlü X11, xx.xx.1987-ci il təvəllüdlü X12, xx.xx.1989-cu il təvəllüdlü X16, xx.xx.1990-cı il təvəllüdlü X17 və xx.xx.2001-ci il təvəllüdlü X14 qeydiyyatdadırlar. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-935 nömrəli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X3 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, ərizəçinin xx.xx.1989-cu ildə Gəncə şəhərində Nicat adlı oğlan uşağı anadan olmuş və yetkinlik yaşına çatmamış xəstəlikdən vəfat etmişdir. Uşağın ölümü barədə akt qeydi aparılmadığından ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi əldə edə bilməmişdir. Ərizəçi həmin sənədi əldə edə bilmədiyi üçün özünə məxsus daşınmaz əmlaka dair sərəncam verməsini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. (mad.307.2.8) MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması nəticəsində ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə sübut olundu ki, ərizəçinin oğlu xx.xx.1989-cu ildə Kirovabad (Gəncə) şəhərində anadan olmuş X13 xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1989-cu ildə Gəncə (Kirovabad) şəhərində anadan olmuş X3 xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1989-cu ildə Gəncə (Kirovabad) şəhərində anadan olmuş X3 xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-3084/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3084/2025
20.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver