Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3161/2025 20.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, Maraqlı şəxs qismində göstərməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci il təvəllüdlü oğlu X2 xx.xx.2018-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə X5 xx.xx.1985-ci il tarixdə doğulmuşdur, atası – X3, anası - Ərizəçidır. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, oğlu X5 xərçəng xəstəsi idi. O, xx.xx.2018-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Onu ata yurdu olan Daşkəsən rayonu, Çanaxçı kənd qəbristanlığında dəfn etmişlər, evlərində hüzr mərasimi keçirilmiş və ehsan verilmişdir. Lakin başı qarışdığı üçün oğlunun ölümü haqqında Qeydiyyat şöbəsindən şəhadətnamə almamışlar. Ev mərhum həyat yoldaşının adınadır. Vərəsəlik əməliyyatının həyata keçirilməsi üçün mərhum oğlunun ölümü haqqında şəhadətnamə də tələb olunan səndlərin siyahısındadır. Belə ki, mərhum oğlu da mərhum həyat yoldaşının vərəsəsidir, lakin vəfat etmişdir. Oğlunun ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin orada rəsmi məktub verərək bildirmişlər ki, tibbi şəhadətnamə olmadığına görə ölüm faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilən faktın doğruluğunu şahidlər də təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi və əlavə etdi ki, oğlu xx.xx.1985-ci il təvəllüdlü X5 ağciyər xərçəngi xəstəliyindən xx.xx.2018-ci ildə Gəncə şəhərində ev şəraitində vəfat etmişdir. Onu ata yurdu olan Daşkəsən rayonu, Çanaxçı kənd qəbristanlığında dəfn etmişlər. Hazırda əmlakla bağlı zəruri hüquqi sənədlərin hazırlanması üçün qeyd olunan hüquqi faktın məhkəmə tərəfindən müəyyən edilməsinə zərurət vardır. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, ərizəçi onun xalası, X1 isə xalasıoğludur. X1 23 mart 2018-ci il tarixdə Gəncə şəhərində ev şəraitində ölmüşdür. Onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, ərizəçi onun bacısı, X1 isə bacısıoğludur. X1 23 mart 2018-ci il tarixdə Gəncə şəhərində ev şəraitində öldükdən sonra Daşkəsən rayonu, Çanaxçı kənd qəbristanlığında dəfn edilmiş, onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1985-ci ildə doğulmuş X2 xx.xx.2018-ci il tarixdə Gəncə şəhərində ev şəraitində vəfat etməsi tam sübuta yetirilir. Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Çanaqçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi üzrə icra nümayəndəsi və onun müavini tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 5-42-03/xx-xx/2024 nömrəli arayışa görə X5 həqiqətən vəfat etmişdir. Daşkəsən rayonu, Çanaqçı kənd qəbirstanlığında dəfn edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-15-971 nömrəli, xx.xx.2025-ci il tarixli ərizəçiyə cavab məktubundan görünür ki, hazırda X2 ölüm haqqında tibbi şəhadətnaməsinin olmaması nəzərə alınaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamış, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X9 “Respublika Təcili və X4 Mərkəzi” X10 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-88/2-M-379-31-236/2025 nömrəli ərizəçiyə cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələri (AZS 110/Q) üçün saxlama müddəti 1 (bir) il müəyyənləşdirildiyi üçün vaxtaşın həmin sənədlər aktlaşdırılıb silinir. Bu səbəbdən X5 adına 2018-ci ilin mart ayının 23-də “Respublika Təcili və X4 Mərkəzi” X10n Mərkəzi Çağrı Xidmətinə (103) çağırış daxil olması barədə məlumat verilə bilmir. Odur ki nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, xx.xx.1985-ci il təvəllüdlü X5 ərizəçinin oğludur və o, xx.xx.2018-ci il tarixdə Gəncə şəhərində ev şəraitində ölmüşdür. Bu fakt, şahidlərin ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni ala bilməmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində qeyd edilməsi mümkün olmamışdır. X2 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə əmlakına sərəncam vermək hüququnun həyata keçirilməsi üçün lazımdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 08 oktyabr 1985-ci il təvəllüdlü X2 23 mart 2018-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3161/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3161/2025
20.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver