Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3182/2024 01.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X21 Şakir oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə) qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınması və miras əmlaka bütövlükdə payının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə) qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınması və miras əmlaka bütövlükdə payının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X4 miras qalmış Gəncə şəhəri, Sadıllı qəsəbəsi, kvartal B-4, sahə 21 (yeni qaydalarla Gəncə şəhəri, Sadıllı qəsəbəsi, X20 küçəsi, 8) ünvanda yerləşən torpaq sahəsinə onun vərəsəliik hüququnun tanınması və miras əmlaka bütövlükdə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o mərhum əri Sarıyev Yaşar ilə 21 dekabr 1976-cı ildə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan üç övladları olmuşdur. Oğlanları Niyaməddin, Nurəddin və qızı Yeganə. Təxminən 1992-1993-cü illərdə onlar ailə olaraq hal-hazırda yaşadıqları evi tikdirərək oraya köçmüşlər. Miras əmlak yeni qaydalarla Gəncə şəhəri, Sadıllı qəsəbəsi, X20 küçəsi, 8 ünvanında yerləşir. Hal-hazırki vaxta qədər o, bu evdə yaşayır. 3 saylı Gəncə Ərazi İdarəsinin ********** qeydiyyat nömrəsi ilə torpağa dair tam pay üzrə sahib mərhum əri Sarıyev Yaşar olmuş lakin üzərində inşa edilmiş tikili üzrə sənədləşmə aparılmamışdır. 07 sentyabr 2010-cu ildə mərhum əri Yaşar Sarıyev vəfat etmişdir. O, indi həmin mirası adına rəsmiləşdirmək istədikdə ona Notariusa müraciət etmək lazım olduğunu bildirmişlər. O, artıq uzun müddətdir sözügedən mirasları qəbul etmişdir və onun tərəfindən idarə olunur. Lakin, Notariat Kontoruna müraciət etdikdə ona imtina etmişlər. Faktiki hallar ondan ibarətdir ki, ərindən qalan digər miras əmlakları qəbul etmişdir. (müəyyən kitabları, ev əşyaları və s.) Bütün dəfn xərclərini və ya yas mərasiminin xərclərini çəkmişdir. O, məcbur olub əmlaka vərəsəlik hüququnun tanınması və miras əmlaka payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, mərhum əri Yaşar Sarıyev 07 sentyabr 2010-cu il tarixdə vəfat etmişdir. Mərhum ərindən yeni qaydalarla Gəncə şəhəri, Sadıllı qəsəbəsi, X20 küçəsi, 8 (köhnə qaydada Gəncə şəhəri, Sadıllı qəsəbəsi, kvartal B-4, sahə 21) ünvanında yerləşən 0,04 ha torpaq sahəsi miras qalmışdır. Həmin miras əmlakı qəbul etmək üçün notariusa müraciət etmiş, lakin, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin “notariat hərəkətlərinin aparılmasından imtina edilməsi” barədə 07 aprel 2024-cü il tarixli qərar qəbul edilmişdir. Mərhum ərindən miras qalmış əmlak üzərində onun birinci növbə vərəsə kimi miras payı vardır. Digər vərəsə olan cavabdehlər notarial qaydada ərizə verərək, sözügedən miras əmlakdan imtina etmişlər. Ona görə də onun mübahisəli miras əmlak üzərində tam payı müəyyən edilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək izahatında bildirdi ki, mərhum atası Yaşar Sarıyev 07 sentyabr 2010-cu il tarixdə vəfat etmişdir. Mərhum atasından yeni qaydalarla Gəncə şəhəri, Sadıllı qəsəbəsi, X20 küçəsi, 8 (köhnə qaydada Gəncə şəhəri, Sadıllı qəsəbəsi, kvartal B-4, sahə 21) ünvanında yerləşən 0,04 ha torpaq sahəsi miras qalmışdır. 04 dekabr 2023-cü il tarixdə 8İ-28522 reyestr nömrəli **********522 nömrəli ərizə ilə notariat ofisinə müraciət edərək atası X7 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payı qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etmədiyini, indi də etmədiyini və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmədiyini bildirmişdir. Odur ki, iddia tələbinin təmin edilməsinə razıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, lakin, xx.xx.2024cü il tarixdə AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərərək, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, kvartal B-4, sahə 21 (yeni qaydalarla Gəncə şəhəri, Sadıllı qəsəbəsi, X20 küçəsi, 8) ünvanında yerləşən torpaq sahəsinin İddiaçı adına keçməsinə etiraz etmədiyini və məhkəmə proseslərinə onun iştirakı olmadan baxılıb qərar verilməsini xahiş etmişdir. Məhkəmə işə digər Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bundan başqa məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə məktub göndərərək, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması, məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazlarının olmadığını bildirmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İ seriyalı 439648 nömrəli, 07 sentyabr 2010-cu il tarixli Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X13 07 sentyabr 2010-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 07 sentyabr 2010-cu il tarixdə 719 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi kəskin miokard infarktıdır. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin “notariat hərəkətlərinin aparılmasından imtina edilməsi” barədə 07 aprel 2024-cü il tarixli qərarından görünür ki, mirasqoyan X7 adına qalmış miras əmlakın qəbulu müddətini ötürdüyü üçün İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır. İ-JQ seriyalı, 392367 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X13 ilə X3 arasında nikah 21 dekabr 1976-cı il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 dekabr 1976-cı il tarixdə 1459 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Sarıyev”, arvada “Sarıyeva” soyadı verilmişdir. V-JQ seriyalı, 433879 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxx 1978-ci il tarixdə doğulmuşdur. Atası: X13 anası: İddiaçıdır. Vİ-JQ seriyalı, 456046 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxxxx 1979-cu il tarixdə doğulmuşdur. Atası: X13 anası: İddiaçıdır. Vİİİ-JQ seriyalı, 367337 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx xxxxx 1982-ci il tarixdə doğulmuşdur. Atası: X13 anası: İddiaçıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Gəncə “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 iyun 2024-cü il tarixli, 05/09İS/055705-24 nömrəli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X10 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibi nə dair məlumatlar aşkar edilmişdir: əri (arvadı) - İddiaçı (xx.xx.1955); qızı - Cavabdeh3 (xx.xx.1978); oğlu - Cavabdeh1 (xx.xx.1979); oğlu – Cavabdeh2 (xx.xx.1982) 04 dekabr 2023-cü il tarixli, 8İ-28527 reyestr nömrəli, **********527 nömrəli Cavabdeh1 tərəfindən notariat ofisinə ünvanlanmış ərizəsindən görünür ki, atası – X13 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payı qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişdir, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. 04 dekabr 2023-cü il tarixli, 8İ-28522 reyestr nömrəli, **********522 nömrəli Cavabdeh2 tərəfindən notariat ofisinə ünvanlanmış ərizəsindən görünür ki atası – X13 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payı qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişdir, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. 04 dekabr 2023-cü il tarixli, 8İ-28521 reyestr nömrəli, **********521 nömrəli Cavabdeh3 tərəfindən notariat ofisinə ünvanlanmış ərizəsindən görünür ki, atası – X13 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payı qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişdir, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. 04 dekabr 2023-cü il tarixli, 8İ-22788 reyestr nömrəli, **********788 nömrəli Cavabdeh4 tərəfindən notariat ofisinə ünvanlanmış ərizəsindən görünür ki, atası – X13 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payı qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişdir, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. 28 noyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi Hüququn ölmüş şəxsə mənsub olması haqqında dövlət reyestrdən arayışdan görünür ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, kvartal B-4, sahə 21 yeni qaydalarla: Gəncə şəhəri, Sadıllı qəsəbəsi, X20 küçəsi, 8 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi tam pay olmaqla X7 xüsusi mülkiyyətindədir. AZ-İ seriyalı, 148534 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X9 arasında nikah 13 may 2005-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 may 2005-ci il tarixdə 293 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Huseynov” arvada “Huseynova” soyadı verilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1967/2020 nömrəli, 06 oktyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş Sarıyeva (Nəsirova) Sədaqət Nəsrəddin qızı ilə X13 arasında Gəncə şəhər Kəpəz Rayon VVAQ şöbəsində 13 sentyabr 1995-ci il tarixdə 451 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın etibarsız hesab edilməsi qət edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin e-2(043)-690/2022 nömrəli, 11 aprel 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev prospekti, 2-ci döngə, bina 1, 11 nömrəli mənzilə dair X13 tərəfindən verilmiş 10 mart 2010-cu il tarixli vəsiyyətnamə, həmin vəsiyyətnamə əsasında verilmiş 19 iyun 2015-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 19 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin e-2(043)-690/2022 nömrəli, 11 aprel 2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər X2 Cavabdeh4 üçüncü şəxslər (maraqlı şəxslər) Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisinə və 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı “vəsiyyətnamənin vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi”nə dair iddia tələbinə “hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır. AZ-İİ seriyalı, 419355 nömrəli, 17 may 2024-cü il tarixli, Azərbaycan Respublikası 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh4 Yusif oğlu 11 aprel 2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 16 aprel 2018-ci il tarixdə 765 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi beyindaxili qansızmadır. AZ-İİ seriyalı, 419356 nömrəli 17 may 2024-cü il tarixli, Azərbaycan Respublikası 1 saylı Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X5 03 oktyabr 2005-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 oktyabr 2005-ci il tarixdə 785 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi ürək qan damar çatmamazlığıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Gəncə “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 may 2024-cü il tarixli 05/09İS/041506-24 nömrəli arayışdan görünür ki “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: əri (arvadı) – X13 (xx.xx.1956) vəfat edib (xx.xx.2010); qızı - Cavabdeh3 (xx.xx.1978); oğlu - Cavabdeh1 (xx.xx.1979); oğlu – Cavabdeh2 (xx.xx.1982) Məhkəmə, işdə iştirak edən tərəflərin izahatlarını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, mərhum X13 ilə İddiaçı 21 dekabr 1976-cı il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx xxxxx 1978-ci il təvəllüdlü X9, xx xxxxxx 1979-cu il təvəllüdlü Cavabdeh1 və xx xxxxx 1982-ci il təvəllüdlü Cavabdeh2 adlı 3 uşaqları doğulmuşdur. Digər Cavabdeh4 isə mərhum Yaşar Sarıyevin başqa münasibətindən olan övladıdır. Miras qoyan X13 07 sentyabr 2010-cu il tarixdə vəfat etmişdir. 28 noyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi Hüququn ölmüş şəxsə mənsub olması haqqında dövlət reyestrdən arayışa əsasən Gəncə şəhəri, Sadıllı qəsəbəsi, kvartal B-4, sahə 21 yeni qaydalarla: Gəncə şəhəri, Sadıllı qəsəbəsi, X20 küçəsi, 8 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi tam pay olmaqla X7 xüsusi mülkiyyətindədir. Yəni, mərhum Yaşar Sarıyevin vəfatından sonra mübahisə predmeti olan yeni qaydalarla Gəncə şəhəri Sadıllı qəsəbəsi X20 küçəsi 8 (köhnə qaydada Gəncə şəhəri Sadıllı qəsəbəsi kvartal B-4 sahə 21) ünvanında yerləşən 0,04 ha torpaq sahəsi miras qalmışdır. İddiaçı mərhum əri Yaşar Sarıyevdən miras qalmış əmlakı qəbul etmək üçün notariat ofisinə müraciət etmiş, lakin 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin “notariat hərəkətlərinin aparılmasından imtina edilməsi” barədə 07 aprel 2024-cü il tarixli qərarı ilə mirasqoyan X7 adına qalmış miras əmlakın qəbulu müddətini ötürdüyü üçün İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı mərhum əri Yaşar Sarıyevdən miras qalmış əmlakda yaşamış, istifadə etmiş və idarə etmişdir. Bununla mübahisəli miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmiş və həmin əmlakı faktiki qəbul etmişdir. Cavabdehlər Cavabdeh1 04 dekabr 2023-cü il tarixli, 8İ-28527 reyestr nömrəli, **********527 nömrəli, Cavabdeh2 04 dekabr 2023-cü il tarixli, 8İ-28522 reyestr nömrəli, **********522 nömrəli, Cavabdeh3 04 dekabr 2023-cü il tarixli, 8İ-28521 reyestr nömrəli, **********521 nömrəli və Cavabdeh4 04 dekabr 2023-cü il tarixli, 8İ-22788 reyestr nömrəli, **********788 nömrəli ərizələr ilə notariat ofisinə müraciət edərək ataları – X7 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan onlara çatası miras payı qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etmədiklərini, indi də etmədiklərini və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmədiklərini bildirmişlər. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 iddia tələbini qəbul etdiyini bildirərək, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin digər Cavabdeh4 məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ərizə göndərərək Gəncə şəhəri, Sadıllı qəsəbəsi, kvartal B-4, sahə 21 (yeni qaydalarla Gəncə şəhəri, Sadıllı qəsəbəsi, X20 küçəsi, 8) ünvanında yerləşən torpaq sahəsinin İddiaçı adına keçməsinə etiraz etmədiyini və məhkəmə proseslərinə onun iştirakı olmadan baxılıb qərar verilməsini xahiş etmişdir. Eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə məktub göndərərək, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazlarının olmadığını bildirmişdir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı mülki qanunvericiliyin aid normalarını qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət eməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əvvəlcə, məhkəmə qeyd edir ki, irəli sürülən iddia tələbi üzrə yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən irəli gəlir və miras əmlaklara dair mülkiyyət hüququnun əldə edilməsi baxımından mübahisəyə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququnu tənzimləyən normaları tətbiq edilməlidir. “G.Qəhrəmanovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiq edilməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin edilməsi məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın qəbulu dedikdə elə hərəkətlər başa düşülür ki, bu hərəkətlər vasitəsi ilə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüquqlarını hərəkətə keçirir və miras əmlakı qəbul etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirası qəbul etmək vərəsənin vəzifəsi yox, hüququdur. Bu o deməkdir ki, o, mirası qəbul edə bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbulu birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu birincisi xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədi ilə həyata keçirilir, ikincisi o yalnız bir tərəfin vərəsəliyə çağırılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağırılan digər vərəsələrin iradə ifadəsindən asılı deyildir. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o, vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur. Mirasın qəbulu iki yolla formal üsulla və qeyriformal üsulla həyata keçirilir. Mirasın qəbulunun formal üsulu dedikdə, vərəsinin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olma niyyətini mübahisəsiz olaraq sübut edir. Qeyri-formal üsulla mirasın qəbulu edilməsi, dedikdə vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıqaşkar təsdiqləyir və sübut edir. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə olan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Öz hüquqi hərəkətinə görə bu konludent hərəkətlərdir. Ona görə ki, bu hərəkətərlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Həmin üsul müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyduğu evə köçməsi, miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 oktyabr 2022-ci il tarixli qərarında belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Mülki Məcəllənin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Mülki Məcəllənin 1268.2-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin miras əmlakdan imtinası ilə bağlı məhkəməyə müraciət edilməsinə həmin Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddəti şamil edilir. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin formalaşdırdığı hüquqi mövqe ondan ibarət olmuşdur ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. Qanunda miras əmlakın vərəsələrə keçməsinin üç əsası nəzərdə tutulmuşdur: birincisi qanun üzrə, ikincisi vəsiyyətnamə üzrə, üçüncüsü hər iki əsasla, yəni həm qanun, həm də vəsiyyət üzrə. Birinci əsas o zaman qüvvədə olur ki, əmlaka dair vəsiyyətnamə olmasın. Hazırki mübahisə üzrə mərhum Ofelya Məmmədəliyeva tərəfindən miras əmlaka dair vəsiyyətnamənin verilməsi iş materialları ilə müəyyən olunmur. Odur ki, hazırki mübahisə üzrə yalnız birinci əsas, yəni qanun üzrə vərəsəlik hüququnun yaranması qaydası mövcuddur. Mülki Məcəllənin müddəalarında qanun üzrə vərəsəliyin yaranmasının dispozitiv şərtləri nəzərdə tutulmuşdur. Qanunun mənasına görə qanun üzrə vərəsəliyin yaranması üçün ilk növbədə əmlaka malik olan şəxsin ölməsi, ölən şəxsin vərəsə hesab edilən şəxslə qohumluq bağının mövcud olması, miras qoyanın ölümünədək vərəsənin sağ olması, habelə miras qoyan tərəfindən vəsiyyətnamənin verilməməsi (yaxud tamamilə və ya qismən etibarsız hesab edilməsi) əsas şərtdir. İddiaçının miras qoyan mərhum Yaşar Sarıyev ilə qohumluq bağının olması – arvadı olması işin mübahisəsiz halıdır. Həmçinin işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının vərəsəlik hüququnun yaranması üçün sadalanan digər dispozitiv şərtlər də mövcuddur. Beləliklə məhkəmə şərh edilənlər əsasında belə qənaətə gəlir ki, iddiaçının mərhum Yaşar Sarıyevdən qalan miras əmlaka dair vərəsəlik hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı mərhum əri Yaşar Sarıyevdən miras qalmış yeni qaydalarla Gəncə şəhəri, Sadıllı qəsəbəsi, X20 küçəsi, 8 (köhnə qaydada Gəncə şəhəri, Sadıllı qəsəbəsi, kvartal B-4, sahə 21) ünvanında yerləşən 0,04 ha torpaq sahəsində əri vəfat etdikdən əvvəl və onun vəfatından sonra yaşamış, istifadə etmiş, miras qalmış mülkü idarə etmişdir. Hal-hazırda da mübahisəli əmlakda yaşayır. Eyni zamanda İddiaçı mərhum ərindən miras qalmış əmlakı faktiki qəbul etməsi barədə notariat ofisinə müraciət etmiş lakin, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin “notariat hərəkətlərinin aparılmasından imtina edilməsi” barədə 07 aprel 2024-cü il tarixli qərarı ilə mirasqoyan X7 adına qalmış miras əmlakın qəbulu müddətini ötürdüyü üçün İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır. İşin bu halı da iddiaçının mirası faktiki qəbul etdiyini təsdiq edir, çünki qanun mirasın vərəsələr tərəfindən qəbul edilməsi şərtlərindən biri kimi həm də onun vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün müvafiq notariat ofisinə müraciət etməsini nəzərdə tutur. Odur ki, İddiaçı mərhum əri Yaşar Sarıyevdən miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmiş və həmin əmlakı faktiki qəbul etmişdir. Məhkəmə mərhum Yaşar Sarıyevin digər birinci növbə vərəsələri - cavabdeh olan övladları Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mərhum atalarından miras qalmış əmlaka paylarının müəyyən edilməsini araşdıraraq qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər biri ayrı-ayrılıqda ərizə ilə notariat ofisinə müraciət edərək ataları – X7 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan onlara çatası miras payı qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etmədiklərini, indi də etmədiklərini və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmədiklərini bildirmişlər. Başqa sözlə, onlar miras əmlakdan onlara çatası paydan imtina etməklə miras əmlaka dair iradələrini artıq ifadə etmişlər. Belə olan halda miras əmlak yalnız iddiaçıya qalmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X1 miras qalmış - yeni qaydalarla Gəncə şəhəri, Sadıllı qəsəbəsi, X20 küçəsi, 8 (köhnə qaydada Gəncə şəhəri, Sadıllı qəsəbəsi, kvartal B-4, sahə 21) ünvanında yerləşən 0,04 ha torpaq sahəsindən ibarət miras əmlaka İddiaçı tam hissədə miras payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. X1 miras qalmış - yeni qaydalarla Gəncə şəhəri, Sadıllı qəsəbəsi, X20 küçəsi, 8 (köhnə qaydada Gəncə şəhəri, Sadıllı qəsəbəsi, kvartal B-4, sahə 21) ünvanında yerləşən 0,04 ha torpaq sahəsindən ibarət miras əmlaka İddiaçı tam hissədə miras payı müəyyən edilsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-3182/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3182/2024
01.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver