Məhkəmə qərarları › İş №2(125)-3209/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3209/2023

16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3209/2023 16.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, 1* aprel 1964-cü il tarixdə anadan olmuş X4 *8 iyun 2*22-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 1* aprel 1964-cü il tarixdə anadan olmuş X4 *8 iyun 2*22-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, o, mərhum F.T.Əsgərovla *5 dekabr 1987-ci ildə nikaha girmişdir. Əsgərov Fərhad əvvələr «Azərişıq» açıq səhmdar cəmiyyətində elektrikçi işləmiş, işdən azad edildikdən sonra fərdi qaydada elektrik xətlərini düzəltməklə məşğul olmuşdur. *8 iyun 2*22-ci il tarixdə X11 şəhəri M.Axundzadə küçəsində yerləşən 42 nömrəli evin qarşısındakı elektrik dirəyində işləyərkən elektrik cərəyanının təsiri altına düşməsi nəticəsində ölmüşdür. Hadisə yerinə FHN-nin xilasetmə qrupu gəlmiş, F.T.Əsgərov elektrik dirəyindən açılaraq götürülmüşdür. Əraziyə gəlmiş «Gəncə şəhər Birləşmiş Xəstəxanası» X12 TTTYS-nin çağırış briqadası tərəfindən F.T.Əsgərova «Təcili yardıma qədər ölüm. Cərəyan vurma» diaqnozu qoyulmuş, sonradan F.T.Əsgərovun meyiti morqa aparılmışdır. Ölüm faktı ilə əlaqədar Gəncə şəhər prokurorluğunda 349-C-22 saylı araşdırma materialları olmuş, cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Maraqlı şəxs ölüm faktına dair şəhadətnamənin yalnız tibbi şəhadətnamə olduğu halda verilməsinin mümkün olduğunu bildirmişdir. Gəncə şəhər Tibbi Pataloji Anatomiya Ekspertiza Məhkəməsinin rəyinin olmaması səbəbindən ölüm hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Hazırda o, ərindən miras qalmış əmlakı qəbul edə, habelə dəfn xərclərinə görə bir dəfəlik ödəniş ala və digər hərəkətləri yerinə yetirə bilmir. Buna görə də o, ölüm faktının təsdiq olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, mərhum F.T.Əsgərov onun atasıdır. O, atasının vəfatınadək onunla və anası ilə birlikdə yaşamışdır. F.T.Əsgərov ailəsinin maddi tələbatlarını ödəyə bilmək üçün elektrik işləri ilə məşğul olmuşdur. *8 iyun 2*22-ci il tarixdə F.T.Əsgərov Gəncə şəhəri M.Axundzadə küçəsində yerləşən 42 nömrəli evin qarşısındakı elektrik dirəyində işləyərkən elektrik cərəyanının təsiri altına düşməsi nəticəsində ölmüşdür. Faktla bağlı prokurorluqda araşdırma aparılmış və müəyyən olunmuşdur ki, F.T.Əsgərov cərəyan təsirindən vəfat etmişdir. O, atasının dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan İV-ЖГ seriyalı 334468 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 1* aprel 1964-cü ildə Gəncə şəhərində anadan olmuş X6 ilə xx xxxx 1968-ci ildə Tovuz rayonunda anadan olmuş Ərizəçi arasında *5 dekabr 1987-ci ildə nikah bağlanmışdır. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 iyun 2*22-ci il tarixli qərarın surətindən görünür ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, rəsmi olaraq heç bir yerdə işləməyən mərhum X6 *8 iyun 2*22-ci il tarixdə Gəncə şəhəri, M.Y.Axundzadə küçəsindəki 42 nömrəli evin qarşısında belində *1 ədəd təhlükəsizlik kəməri, ayaqlarında *1 cüt dəmir ayaqlıq olmaqla beton elektrik dirəyinə qalxmış, həmin dirəkdə işlədiyi zaman elektrik cərəyanının təsiri altına düşərək vəfat etmişdir. Araşdırma materialı üzrə cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» «Gəncə şəhər Birləşmiş Xəstəxanası» PHŞ Cavadxan Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş *2 mart 2*22-ci il tarixli, 186 nömrəli arayışdan görünür ki, mərhum 1964-cü il təvəllüdlü X2 şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının *9 iyun 2*22-ci il tarixli 1*53 nömrəli məlumatına əsasən *8 iyun 2*22-ci il tarixdə saat 12:11-də cərəyan vurması nəticəsində vəfat etmişdir. Gəncə şəhər Tibbi Pataloji Anatomiya Ekspertiza Mərkəzinin rəyinin olmaması nəzərə alınaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2*18-ci il tarixli «İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə» *5 saylı Qərarının 4.3-cü bəninə əsasən ölüm hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 22 fevral 2*23-cü il tarixli, 3- 16-5/8-15/192-2*23 nömrəli məktubdan görünür ki, Ərizəçi *8 iyun 2*22-ci ildə vəfat etmiş X4 ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamə yazılması barədə ərizəsinə baxılmışdır. X1 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Ərizəçi ərizəsinin təmin edilməsi mümkün deyildir. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ Ərizəçi izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi ərazi X3»nin «Gəncə şəhər Birləşmiş xəstəxanası» X12nin Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının *9 iyun 2*22-ci il tarixli, 1*53 nömrəli məlumatından görünür ki, *8 iyun 2*22-ci il tarixdə saat 12:11-də M.Y.Axundzadə küçəsi ünvanına X6 adına çağırış olmuşdur. Xəstəyə təcili yardıma qədər ölüm, cərəyan vurma diaqnozu qoyulmuşdur. Meyit morqa aparılmışdır. Azərbyacan Respublikası MPM-nin 3*7.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçinin 1* aprel 1964-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X4 *8 iyun 2*22-ci il tarixdə vəfat etməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, 1* aprel 1964-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X4 *8 iyun 2*22-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməli, həmin şəxsin ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. 1* aprel 1964-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X4 *8 iyun 2*22-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. X4 ölümü barədə şəhadətnamə verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar