Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3255/2024 10.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçılar Qanuni nümayəndə və digərlərinin Cavabdeh qarşı «əmlak» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar Qanuni nümayəndə, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən “Qazel” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin (bundan sonra – mübahisəli avtomobil) alınaraq ona qaytarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 həyat yoldaşı olmuşdur. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü İddiaçı2 və xx.xx.2018-ci il təvəllüdlü İddiaçı3 doğulmuşdur. Həyat yoldaşı vəfat etdikdən sonra onlar notariusa müraciət etmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Lakin qaynı cavabdeh X11 mərhum həyat yoldaşı X3 qalmış **-SM-*** dövlət qeydiyyat nişanlı “Qazel” markalı nəqliyyat vasitəsini qanunsuz olaraq aparmış və geri qaytarmamışdır. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq, iddianın rədd olunmaısnı xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, rəhmətlik qardaşı Ruslan Nəsibovdan miras qalmış **- SM-*** dövlət qeydiyyat nişanlı "Qazel" markalı nəqliyyat vasitəsinə atası-X8 və anası-X4 hər birinə 1/5 irs almışlar, miras əmlakın qalan hissəsni 6/10 hissədə payı iddiaçının, qalan paylar isə azyaşlı uşaqların adına açıq saxlanılmışdır. Hazırda sözügedən nəqliyyat vasitəsi atası-X2r. Bundan başqa, iddiaçı sözügedən daşınar əmlaka mülkiyyət hüququnu almamışdır və onun miras əmlaka digər vərəsələrlə birlikdə payı vardır. Belə olan halda iddiaçı mübahisə edilən daşmar əmlakın onun mülkiyyəti hesab etməkdə haqlı deyil. **- SM-*** dövlət qeydiyyat nişanlı "Qazel” markalı avtomobilinə dair iddiaçıların mülkiyyət hüququ olmadığınından onun tərəfindən həmin nəqliyyat vasitəsinin digər şəxslərən tələb etmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, mübahisəli avtomobil mərhum ərinin qardaşı olan cavabdehin və mərhum ərinin atasının faktiki istifadəsindədir, lakin bu halları təsdiqləyən sübutu təqdim edə bilmir. İddiaçı iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Gəncə “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X6 arasında nikah bağlanmışdır. Nikahdan sonra arvada Nəsibova soyadı verilmişdir. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 2 saylı Gəncə “Asan xidmət” mərkəzinin notariat kontoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022ci ildə vəfat etmiş X1 qalmış əri (arvadı) Gəncə Şəhəri, Nizami rayonu, Aida İmanquliyeva küçəsi, ev 16, mənzil 38 qeydiyyatda olan Qanuni nümayəndə onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Qanuni nümayəndə mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı -Gəncə RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD083191 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi **********9353, mühərrikin nömrəsi 40630C63132906 və buraxılış ili 2006-cı il olan QAZ 3302-18 Yük markalı **-SM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. O cümlədən ölmüş ərin (arvadın) ümumi əmlakdan payı QAZ 3302-18 Yük markalı **-SM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ½ hissəsindən ibarətdir. İş materiallarında olan 2 saylı Gəncə “Asan xidmət” mərkəzinin notariat kontoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci ildə vəfat etmiş X5 vərəsələri: Arvadı Gəncə Şəhəri, Nizami rayonu, Aida İmanquliyeva küçəsi, ev 16, mənzil 38 qeydiyyatda olan Qanuni nümayəndə, Gəncə şəhəri, 4-MİK, Yataqxana-2 ünvanında qeydiyyatda olan oğlu- İddiaçı2 və Gəncə şəhəri, 4-MİK, Yataqxana-2 ünvanında qeydiyyatda olan oğlu İddiaçı3 onların hər biri miras əmlakdan 1/5 irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: - Gəncə RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD083191 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən miras qoyan X7 məxsus ban nömrəsi **********9353, mühərrikin nömrəsi 40630C63132906 və buraxılış ili 2006-cı il olan QAZ 3302-18 Yük markalı **-SM- *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin ½ hissəsindən ibarətdir. Qeyd: Göstərilən miras əmlakın 2/10 hissəsinə dair xx.xx.2023 il tarixdə 2V-171 reyestrlə təsdiq olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib) əmlakın onda olduğu bütün vaxt ərzində onun, götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı tərəf qanun üzrə vərəsəlik hüququ əsasında onlara məxsus olduğunu bildirdiyi mübahisəli avtomobilin cavabdehdan alınaraq onlara geri qaytarılmasını xahiş etmişdir. Lakin iddiaçı tərəf həmin nəqliyyat vasitəsinin cavabdehin qanunsuz sahiblik və istifadəsində olmasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, iddia sübuta yetirilmiş hesab edilə və təmin edilə bilməz. Əks halda, iddianın təmin olunması barədə qətnamə icra edilərkən cavabdeh sahiblik və istifadəsində olması müəyyən edilməyən avtomobili iddiaçı tərəfə geri qaytarmaq öhdəliyi daşıyacaqdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı tərəfə aid olunmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar Qanuni nümayəndə və digərlərinin Cavabdeh qarşı «əmlak» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-3255/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3255/2024
10.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver