Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-329/2023 26.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Əli oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi, eyni zamanda vəkili Vəkil, Üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəliyin tanınması və miras evin bölünüb payın pulla əvəz olunması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəliyin tanınması və miras evin bölünüb payın pulla əvəz olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mərhum X8ndan miras qalmış, saxta sənədlər əsasında Cavabdeh1 tərəfindən Cavabdeh2 adına xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş “A” yaşayış binası ümumi sahəsi 983 kv.m, yaşayış sahəsi 63.2 kv.m, köməkçi sahəsi 35.1 kv.m 3 otaqdan ibarət olan evin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəliyin tanınması və mirasın bölünüb payın pulla əvəz olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 onun qardaşı, Cavabdeh2 isə qardaşının oğludur. İrs qoyan X8 25 sentyabr 2014-cü ildə vəfat etmişdir. Bundan sonra isə anası X14 01 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Valideynlərinin vəfatından sonra onların xüsusi mülkiyyət hüququ əsasında ünvan 2 ünvanda “A” yaşayış binası ümumi sahəsi 98,3 kv.m, yaşayış sahəsi 63.2 kv.m, köməkçi sahəsi 35.1 kv.m 3 otaqdan ibarət olan evi qalmışdır. X8 xəstə olarkən cavabdeh qardaşı Cavabdeh1 arvadı ilə əlbir olub atasının xəstəliyindən sui-istifadə edərək dörd bacısı və digər qardaşlarının xəbəri olmadan gizli olaraq Gəncə şəhər 1 saylı notariat ofisinin notariusu Elşən Əliyevin vasitəsi ilə saxta sənədlər əsasında vəsiyyətnamə tərtib etdirmiş və 10 avqust 2012-ci il tarixdə reyestrdə 4Ə-2-334 nömrə ilə qeyd olunaraq müqavilə bağlanmış, mərhum X8nun adından mülkün dəyəri 5000 (beş min) manata qiymətləndirilərək qardaşı Cavabdeh1 oğlu Cavabdeh2 adına bağışlanmışdır. Onlar ataları X1, eləcə də vəfat etdiyi vaxtda bundan xəbərsiz olmuşlar. X5 01 aprel 2021-ci il tarixdə vəfat edəndə onun dəfn mərasimində onlara məlum olmuşdur ki, qardaşı Cavabdeh1 saxta sənədlərlə ata mülkünü oğlu Cavabdeh2 adına bağışlama müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında 3 saylı Gəncə ərazi idarəsindən xx.xx.2012-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarış və ARƏMDK yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********5910301 xx.xx.2012-ci il tarixli texniki pasport alaraq Cavabdeh2 adına rəsmiləşdirmişdir. Bundan sonra aralarında mübahisələr kəskin şəkildə artmağa bağlamış və Cavabdeh1 onları söyüb təhqir etmiş, onlara uzun illərdir bu sənədlərin düzəlməsinə xeyli vəsait xərclədiyini, hara şikayət etmək istəyirlərsə şikayət etmələrini bildirmiş, onların ata mülkünə gedib-gəlmələrinə qadağa qoymuşdur. Onlar 1 saylı Gəncə notariat ofisinə ardıcıl müraciətlər etmişlər, lakin notarius Elşən Əliyev ona vərəsəlik şəhadətnaməsini bilərəkdən verməmişdir. Bundan sonra ölkə rəhbərinə və ədliyyə nazirliyinə dəfərlərlə rəsmi müraciət etmişlər və onlara məhkəməyə müraciət etmələri bildirilmişdir. Qeyd etmişdir ki, 6 nəfər atalarının vərəsələridirlər, ata-analarının dəfnini onlar təşkil etmiş, onların xəstə olduqları vaxtdan vəfat edənə kimi valideynlərinə dörd bacı olaraq onlar qulluq etmişlər. Cavabdeh1 və onun arvadı onları hər dəfə təqib etsələr də, onlar yenə də valideynlərinə vaxtaşırı qulluq etmişlər. Buna baxmayaraq Cavabdeh1 valideynləri ağır xəstə yatarkən onların, xəstəliyindən, əqli zəifliklərindən suiistifadə etməklə onların xəbəri və məlumatı olmadan qeyd olunan ünvandakı ata mülkünü gizli və saxta yolla oğlu Cavabdeh2 adına rəsmiləşdirmişdir. Cavabdeh1 öz hərəkətləri ilə bacı-qardaşlar arasında kəskin münasibətlər yaratmış, onların daim ata mülkünə gəlibgetmələrini istəməmişdir. Səbəbi isə saxta və gizli yolla miras mülkü yalnız özünün mənafeyinə uyğun rəsmiləşdirərək digər vərəsələri həmin mülkdən qanunsuz məhrum etmək olmuşdur. Cavabdehə müraciət edərək ona düşən miras payın pulla əvəz olunmasını tələb etsə də, qərəzli olaraq imtina etmişdir. Hər dəfə cavab olaraq ona bildirmişdir ki, həmin mülk atasının sağlığında bağışlama müqaviləsi ilə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Bağışlama müqaviləsi isə saxtadır. Çünki 2012-ci ildən bəri digər vərəsələr bundan xəbərsiz idilər. Mərhum ataları Qulu Rzayev uzun müddət xəstə yatmış, xəstəliyi ilə əlaqədar yersiz fikirlər və hərəkətlərə yol vermiş, əqli zəiflikdən, psixotik xəstəlikdən əziyyət çəkmişdir. Cavabdeh1 məhz bu vəziyyətdən və bütün imkanlardan suiistifadə edərək ata mülkünü saxta yolla rəsmiləşdirmişdir. Bundan başqa qeyd olunan ata mülkündə bacısı X16 həmin mənzildə qeydiyyatda olsa da, onu da xəbəri olmadan saxta yolla cavabdeh qeydiyyatdan çıxarmışdır. Lakin hal-hazırda da bacısı Zümrüd Rzayeva həmin mənzildə yaşayır, xəstəlikdən əziyyət çəkir. Cavabdeh1 4 nəfər bacı və qardaşlarının xəbəri olmadan, onlara heç bir məlumat vermədən saxta sənədlərlə ata mülkünü əvvəl öz adına, sonra isə oğlu Cavabdeh2 adına rəsmiləşdirmişdir. Cavabdeh2 isə əvvəl mərhum anası X14 28 may 1994-cü il təvəllüdlü nəticəsi X3 qəyyum təyin edilmişdir. Bu barədə də sənədlər cavabdehlər tərəfindən üzə çıxarılmamışdır. Yalnız çətinliklə də olsa sənədlərin fotosurətini əldə edə bilmişlər. Cavabdeh1 mərhum X8nun adından verilən bağışlanma müqaviləsindən sui-istifadə etmiş, həm vərəsəliklə, həm də bağışlanma müqaviləsi ilə əlaqədar onu təmsil edərkən digər tərəflərə tamah məqsədilə, yəni pis niyyətlə hərəkət etmiş, mübahisəli mülkü oğlu Cavabdeh2 mülkiyyətinə keçirmişdir. Odur ki, ünvan 1 ünvanda yerləşən mərhum X8ndan miras qalmış, saxta sənədlər əsasında Cavabdeh1 tərəfindən Cavabdeh2 adına xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş “A” yaşayış binası ümumi sahəsi 983 kv.m, yaşayış sahəsi 63.2 kv.m, köməkçi sahəsi 35.1 kv.m 3 otaqdan ibarət olan evin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəliyin tanınması və mirasın bölünüb payın pulla əvəz olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi, eyni zamanda vəkili Vəkil iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi ilə razı deyillər, ərizədə göstərilənlərlə əlaqədar iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bağışlama müqaviləsi əmlakı hədiyyə edənin sağlığında Gəncə şəhər Notariat ofisində qanunvericliyin tələbinə uyğun rəsmiləşdirilmiş, hədiyyəni cavabdeh qəbul edərək müvafiq çıxarışlar almışdır. İddiaçı vərəsəliklə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X17 iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxs Quliyeva(Rzayeva) Rahilə Qulu qızı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, 10 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, X15 adında olmuş mülkün ünvanı ünvan 3dirmişlər ki, Kirovabad şəhər notariat kontorunun xx.xx.1960-cı il tarixli 12-2575 saylı alqı-satqı müqaviləsinə əsasən X9 ona məxsus Kirovabad şəhəri, Nizami küçəsi, 5-ci döngə, 8 saylı fərdi yaşayış evini X2. Alıcının adına ünvanı Nizami küçəsi, 252 olan bu mülkün yerləşdiyi 428.0 kvm torpaq sahəsinə dair xx.xx.1960-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. Kirovabad şəhəri Gəncə rayon Maliyyə şöbəsinin xx.xx.1983-cü il tarixli 05-145 saylı məktubunda və xx.xx.1983-cü il tarixli aktında Kirovabad şəhər xalq məhkəməsinin xx.xx.1983-cü il tarixli 2-283 saylı icra vərəqəsinə əsasən bu əmlakın müsadirə edilərək Mənzil İstismar İdarəsinin balansına verildiyi göstərilmişdir. Azərbaycan SSR X6 qərarında bu mülkün sahibinə, X18 qaytarılması göstərilmişdir. X18 ünvanı Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 14-cü dalan, 7 olan bu fərdi yaşayış evinə xx.xx.1992-ci il tarixli 6253 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 1 saylı notariat kontorunun xx.xx.2012-ci il tarixli 4Ə-2-334 saylı bağışlama müqaviləsinə əsasən bu mülk X24 tərəfindən Cavabdeh2 bağışlanmışdır. Cavabdeh2 bu əmlaka xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Notariat Kontorunda bağlanmış 4Ə-2- 334 saylı xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Gəncə şəhər TİB-nun xx.xx.1992-ci il tarixli 6353 nömrəli qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli 1608 №-li arayışına əsasən X18 məxsus olan ünvan 2 ünvanda “A” yaşayış binası ümumi sahəsi 98,3 kv.m, yaşayış sahəsi 63.2 kv.m, köməkçi sahəsi 35.1 kv.m 3 otaqdan ibarət olan ev X24 tərəfindən Cavabdeh2 bağışlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X14 ilə X15 birgə nikahlarından 7 may 1955-ci il tarixdə İddiaçı, xx.xx.1957-ci il tarixdə X19, xx.xx.1965-ci il tarixdə X17, xx.xx.1960-cı il tarixdə X20, xx.xx.1967-ci il tarixdə X22 anadan olmuşdur. İş materiallarında olan Gəncə şəhəri İcra Hakimiyyəti başçısının 29 dekabr 2003-cü il tarixli sərəncamından görünür ki, X14 nəticəsi azyaşlı 28 may 1994-cü il təvəllüdlü X4 qəyyum təyin edilmişdir. İş materiallarında olan Gəncə şəhər Nizami rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 142378 seriyalı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 05 aprel 2021-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. İş materiallarında olan Gəncə şəhər Nizami rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 659958 seriyalı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X24 24 sentyabr 2014-cü il tarixdə Gəncə şəhərində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı, xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanda “A” yaşayış binası ümumi sahəsi 98,3 kv.m, yaşayış sahəsi 63.2 kv.m, köməkçi sahəsi 35.1 kv.m 3 otaqdan ibarət olan ev xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 tam mülkiyyətinə verilmiş və adına dövlət reyestrində 63 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli texniki pasport vərəqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ev Cavabdeh2 adına qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 14-cü dalan, 7 olan bu fərdi yaşayış ev xx.xx.1992-ci il tarixli 6253 nömrəli qeydiyyat vəsiqəsi əsasında X15 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Həmin mülk 1 saylı notariat kontorunun xx.xx.2012-ci il tarixli 4Ə-2-334 saylı bağışlama müqaviləsinə əsasən bu mülk X24 tərəfindən Cavabdeh2 bağışlanmış və Cavabdeh2 bu əmlaka dair xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı ünvan 1 ünvanda yerləşən mərhum X8ndan miras qalmış, saxta sənədlər əsasında Cavabdeh1 tərəfindən Cavabdeh2 adına xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş “A” yaşayış binası ümumi sahəsi 983 kv.m, yaşayış sahəsi 63.2 kv.m, köməkçi sahəsi 35.1 kv.m 3 otaqdan ibarət olan evin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəliyin tanınması və mirasın bölünüb payın pulla əvəz olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin bağışlama müqaviləsinin formasına dair müddəalar müəyyən edən 668.1.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı hesab edilir. Göründüyü kimi qanunvericilik daşınmaz əşyalara dair bağlanacaq bağışlama müqaviləsinin formasının yazılı şəkildə notariat qaydada təsdiqlənməklə bağlanılmalı olduğunu imperativ qaydada müəyyən edir. Bu mənada, hazırki mübahisə üzrə bağışlama müqaviləsinin forma tələbinə əməl edilmişdir. Bundan başqa, qanunvericilik bağışlama müqaviləsinin şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsinin və ya edilməməsinin mümkünlüyünü nəzərdə tutur. İddiaçılar bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair tələbini həmin müqaviləni mərhum X8nun xəstə olması və əqli zəiflikdən istifadə edərək bağlanması ilə əsaslandırmışlar. Bununla bağlı olaraq məhkəmə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 346.1-cı maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarınada qeyd edirlir ki, müraciətdə şərh edilməsi xahiş olunan Mülki Məcəllənin 346.1-ci maddəsi isə fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. Beləliklə, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir. Qeyd edilən normanın məqsədi anlaqlılığını müvəqqəti itirən şəxslərin mənafeyini qorumaq olduğundan, həmin şəxslərin bağladıqları əqd sonradan bəyənilməklə etibarlı hala gətirilə bilər. İddiaçı mərhum X8nun xəstə olması və əqli zəiflikdən əziyyət çəkməsini qeyd etsə də, nə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər, nə də ki, məhkəmə baxışında X15 xəstə olması və əqli zəifliyi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edə bilməmişlər. Digər tərəfdən iddiaçı mərhum X8na məxsus evin qardaşı Cavabdeh1 saxta sənədlərlə ata mülkünü oğlu Cavabdeh2 adına bağışlama müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında 3 saylı Gəncə ərazi idarəsindən xx.xx.2012-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarış və DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********5910301 xx.xx.2012-ci il tarixli texniki pasport alaraq rəsmiləşdirməsi barədə X5 01 aprel 2021-ci il tarixdə vəfat edəndə, onun dəfn mərasimində məlumatı olduğunu qeyd etmişdir. Lakin iş materiallarından görünür ki, X24 24 sentyabr 2014-cü il tarixdə vəfat etmişdir. İddiaçı həmin vaxtdan nə notariat orqanına ərizə verərək, nə faktiki olaraq miras əmlakı qəbul etməklərini təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Bununla bağlı məhkəmə iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ malik olub-olmaması məsələsinə qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1–ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəasından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd edilmşdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması məhkəmə tərəfindən araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1200-cü maddəsinə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. İddiaçı ünvan 2 ünvanda yerləşən evi atasının mirası kimi mübahisləndirsə də, X24 24 sentyabr 2014-cü ildə öldüyündən və həmin əmlak xx.xx.2012-ci il tarixdə bağışlandığından, qanunvericiliyin tələbinə uyğun olaraq mübahisəli ev miras açıldığı vaxt miras kütləsinə daxil olmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı miras əmlakı qəbul etmədiyindən ümumiyyətlə atasına məxsus olmuş və atasının sağlığında bağışlanmış əmlakla bağlı iddia qaldırmağa subyektiv hüquqa malik olmamışdır. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi barədə təqdim edilmiş ərizə ilə bağlı qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə müraciət etməklə bağlı subyektiv hüquqa malik olmadığından müddətin keçməsi ilə bağlı məsələyə qiymət verilməməlidir. Belə ki, L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qəraında qeyd edilir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia qaldırmağa subyektiv hüquqa malik olmadığından, yəni iddiaçının subyektiv hüququ pozulmadığından və bu baxımdan iddia tələbi əsassız olduğundan iddia müddətinin tətbiqinə zərurət yoxdur. Məhkəmə həmçinin iddia tələbinin ünvan 1 ünvanda yerləşən mərhum X8ndan miras qalmış, saxta sənədlər əsasında Cavabdeh1 tərəfindən Cavabdeh2 adına xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş “A” yaşayış binası ümumi sahəsi 983 kv.m, yaşayış sahəsi 63.2 kv.m, köməkçi sahəsi 35.1 kv.m 3 otaqdan ibarət olan evə dair vərəsəliyin tanınması və mirasın bölünüb payın pulla əvəz olunması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi ünvan 1 ünvanda yerləşən mərhum X8ndan miras qalmış, saxta sənədlər əsasında Cavabdeh1 tərəfindən Cavabdeh2 adına xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş “A” yaşayış binası ümumi sahəsi 983 kv.m, yaşayış sahəsi 63.2 kv.m, köməkçi sahəsi 35.1 kv.m 3 otaqdan ibarət olan evin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən və bu səbəbdən digər hissədə əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüquqa malik olmadığından və bu baxımdan iddia tələbi əsassız olduğundan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəliyin tanınması və miras evin bölünüb payın pulla əvəz olunması» tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəliyin tanınması və miras evin bölünüb payın pulla əvəz olunması» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-329/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-329/2023
26.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver