Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3420/2024 04.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pulun tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bütün avadanlığı ilə istilik sistemi - 2075 manat, hamamın su qızdırıcısı hissələri ilə - 180 manat, əl-üz yumaq üçün avadanlıqlar – 120 manat, dörd gözlü qaz plitkası (sobası) hissələri ilə - 350 manat, işıq çilçıraqları (06 ədəd) – 600 manat olmaqla, göstərilən əmlakların (əşyaların) dəyərinin - 3325 manat pulun və 60 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, həyat yoldaşı 2018-ci ildə vəfat etmişdir, birgə nikah dövründə ünvan 1 ünvanda olan mənzili o almışdır və yoldaşının adına rəsmiləşdirmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra məhkəmənin qərarı ilə həmin mənzildən övladlarına (Mehman, Şirin və Reyhan) və ona pay (vərəsə kimi) bölgüsü aparılıb. Şirin ailə üzvləri ilə həmin mənzildə yaşadığı üçün ona demişdir ki, istədiyi makleri gətirsin mənzilə qiymət qoysun. Lakin Şirinin təkidi ilə məhkəmə tərəfindən evin hərracda satılmasına qərar verilmişdir. Qeyd edilən mənzili o, hərrac vasitəsilə almışa və 4 min manatdan artıq pul xərcləmişdir. 2021-ci ildə evin onun adına olmasına dair çıxarış almış və Şirinin payına düşən 15832 manat pulu həmin ildə Kapital bank vasitəsilə ona ödəmişdir. Cavabdeh payına düşən pulu almağına baxmayaraq onun həmin mənzildə qeydiyyatda olan ailə üzvlərini (arvadı, oğlu, qızı) mənzildən çıxarmaq əvəzinə ondan kompensasiya tələb edib. 1989-cu ildə Daşkəsən rayonu, Bayan kəndində erməni ailəsindən aldığı məhlə evini (iki mərtəbəli- 2 otaq birinci və 2 otaq 2-ci mərtəbədə qabağında geniş balkonu olan) Şirinin arvadının (Pərvanə Tağıyevanın) adına rəsmiləşdirmişdir. Erməni ailəsindən aldığı ev çox bərbad vəziyyətdə olduğu üçün həmin evi əsaslı təmir etdirmişdir və ona bitişik alt-üst əlavə 2 otaq tikidirmişdir. Dağın zirvəsində olan bulağın suyunu (5 km məsafədən) boru ilə (daşlı, qayalı torpaq və meşə ağaclarının köklərini kəsərək arx çəkilib) məhləyə çəkdirmiş, hamam (kanalizasiya xətti ilə) tikdirmiş, evin dam örtüyünü söküb təzə materiallarla yenidən tikdirmişdir. Məhlənin ətrafına ağ kubik daşı ilə 3...4 metr hündürlükdə hasar çəkdirmişdir, abadlıq işləri gördürmüşdür, məhləyə maşınla daxil olmaq üçün yol çəkdirmiş, meyvə bağı salmış, məhlədə 15 maşını saxlamaq üçün meydança tikdirmiş, və s. Həmin evdə Şirin və onun ailə üzvləri yaşayır və o, həmin evdə yaşamır. Yüksək şərait yaratdığı məhlə evində (3 otaq birinci və 3 otaq ikinci mərtəbə də yerləşən, tam təmir edilmiş) Şirinin ailə üzvülərinin hamısının həmin evdə yaşamasına baxmayaraq Gəncə şəhər məhkəməsi onların Gəncədəki mənzildən çıxarılması ilə əlaqədar yazdığı ərizəyə imtina qərarı vermişdir. İmtina qərarı ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət etmiş və onun apellyasiya şikayəti təmin edilmişdir. Buna baxmayaraq Şirin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına etiraz ərizəsi yazıb və onun kassasiya şikayətinin təmin edilməməsi barədə qərar verilmişdir (29 noyabr İş 2(102)-3919/2023). O, onları qış fəslində mənzildən çıxarmamış və yaz fəslində mənzili boşaltmasına razılıq vermişdir. Şirin 2021-ci ildə vərəsəlik payını almasına baxmayaraq 2024-cü ilin aprel ayının 14-də mənzili boşaldıb və ona mənəvi və maddi ziyan vermişdir. Cavabdeh ailə üzvləri 1996-cı ildən 2024-cü ilin aprel ayının 14-ə qədər (28 il) həmin mənzildə kirayə vermədən yaşayıblar. 2024-cü ilin aprel ayının 16-da, Gəncə şəhər İcra İdarəsinin böyük icra məmuru Anar Cəfərov, o və hal şahidi Tağıyev Tural mənzilə daxil olmuş və əşyaların sökülüb aparıldığını görmüşlər. Həmin əşyalar: 2075 manat dəyərində-istilik sistemi (bütün avadanlığı ilə), 180 manat dəyərində- hamamın su qızdırıcısı (hissələri ilə), 120 manat dəyərində- əl-üz yumaq üçün avadanlıqlar, 350 manat dəyərində- dörd gözlü qaz plitkası (hissələri ilə) və 600 manat dəyərində- işıq çilçıraqları (6 ədəd). Mənzilin qiymətləndirilməsi Bakı şəhərindən göndərilən ekspert tərəfindən həyata keçirilmişdir. Mənzilə qiymət qoyulanda adları göstərilən və sökülüb aparılan əşyaların hamısı mənzildə olub və mənzilə qiymət qoyularkən sökülən həmin əyaşalar nəzərə alınmışdır. İddiaçı məhkəməyə yazılı qaydada məlumat təqdim edərək göstərmişdir ki, Cavabdeh etirazında yazdığı və aşağıda göstərdiyim məlumatlar yalandır: Yazır ki, Təbriz küçəsi ev 1-də yerləşən mənzil 48 anama məxsus olmuşdur. Bildirir ki, mənzili oğlu Mehmanın göndərdiyi pul ilə almışdır və həyat yoldaşı Tamella Əliyevanın adına rəsmləşdirmişdir. Yoldaşı onunla yaşadığı 50 il ərzində 6 il işləyib (1972,.1977-ci illərdə) və cəmi 4739,37 manat əmək haqqı alıb. Yazır ki, 1996-cı ildən ailəsiylə birlikdə həmin ünvanda yaşamışdır. Tamamilə yalandr. Belə ki, 1996-2001-ci illərdə o ailə üzvləri ilə birlikdə Rusiyanın İjevsk şəhərində oğlu Mehman Əliyevin himayəsində yaşayıb. Orada da o heç bir faydalı işlə məşğul olmayıb və pul qazanmayıb. Onun ailəsi ilə birlikdə bütün xərclərini Mehman ödəyib. Yazır ki, “o (yəni mən) mənzilin açıq hərracda satışa çıxarılmasına nail oldu”. Bu fikirdə tamimlə yalandır. Belə ki, şəxsən mən Məhkəmə iclasında ona dedim ki, “tanıdığın makleri gətir mənzilə qiymət qoysun və biz sənin payına düşən pyly verək siz evdən çıxm, yaxud sən bizim (3 nəfər) payımıza düşən pulu ver biz çıxaq və siz mənzildə yaşayın. Şirin razı olmadı və qəti tələb etdi ki, mənzil hərrac vasitəsilə satılsın. Bu zaman mən bildirdim ki, hərracla mənzil satılanda Bakıdan Ekspert gəlməli və mənzilə qiymət qoymalıdır. Bundan sonra mənzil hərraca çıxarılmalı və onun satışı aparılmalıdır. Eyni zamanda bildirdim ki, hər iki problem uzun müddət (aylarla) vaxt ərzində həll olunacaq, bundan başqa hərracla satış zamanı ora xeyli pul verilməlidir. Lakin yenə təkid etdi ki, hərracla satılsın və məhkəmə bu barədə qərar verdi. Hərracın keçirilməsi ilə əlaqədar mən xeyli pul ödədim. Cavabdeh mənə pul vermədi. Həm də onun payına düşən vəsaiti tezliklə ödədik. Yazır ki, “İddia ərizəsində yazılan əşyaların hamısı mənə məxsusdur”. Bu da yalamdr. Əgər mənzil təzə tikilib istifadəyə verilsəydi o lazım olan əşyaları almalı idi. Mənzilin sahibi (satan) mənim iş yoldaşım və yaxın dostum olub, Kafedra müdiri və dekan işləmiş hörmətli alim İsmayıl Əliyev mənzildə olan və siyahıda göstərdiyim əşyaların bir neçəsini mənim yaxın münasibətinə görə mənzildən çıxarmayıblar. Yazır ki, lüsturlar həyat yoldaşımın və gəlinimin cehiz əşyalarıdır. Məntiqi olmayan yalan yazmaq nə qədər nankorluqdur! Belə ki, onun arvadı ərə gələndə bilirdi ki, 15 il qayınatanın evində yaşayacaq. Sonra qayınatanın aldığı 4 otaqlı mənzilə köçürüləcək və 5 ədəd lüstürü cehizi ilə gətirib? Yazır ki, ailəmlə birlikdə 1996-cı ildən 2018-ci ilədək həmin mənzildə yaşamışıq. Atalar sözü var: “Yalan ayaq tutar, amma yeriməz”. Bu insan nə qədər yalanlar danışır. Cavabdehin yazdığı bu məlumatın yalan olduğunu Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini Əhməd Cəlilovun xx.xx.2023-cü il tarixli 3-13- 57/2-Ə- 44xx/xx/2023 saylı məktubu subut edir (məktubu əlavə edirəm). Onlar mənzilə xx.xx.2003cü ildə qeydiyyata salınıblar və həmin tarixdən orada yaşayıblar. Hətta cavabdeh mən yaşadığım məhlə evindən 2024-cü ildə qeydiyyatdan çıxarılıb (məhkəmənin qərarı ilə). Ondan soruşmaq lazımdır ki, sən nə üçün ailə üzvlərin mənzilə qeydiyyata salmanda onlarla birlikdə qeydiyyata düşmədin və sonra məhkəmənin qərarı ilə məcburən iddiaçının evindən çıxarıldın? Yazır ki, 2018-ci ildən sonra mənzilə vərəsəlik mülkiyyət hüququm yaranmışdır. Cavbdehdən soruşmaq lazımdır ki, həmin mənzil alınanda sən Rusiyada olubsan və mənzilin alınmasından xəbərin olmayıbsa nə üçün sən mülkiyyətin sahibi ola bilərsən? Sənə subut oldu ki, mülkiyyətçi deyilsən. Məhkəmədə dedin ki, evi anam mənim qazandığım pul ilə mənə alıb, bu yalanını subut etməyəndə dedi ki, evi qayınam alıb, sonra dedi ki, dayım alıb. Hakim ona dedi subut üçün sənət gətir, o, 3 dəfə məhkəmə iclasını təxirə saldırdı və bu yalan baş tutmadı. Yazır ki, mənzildə mən yaşaya-yaşaya iddiaçı nəyə görə mənzilə istilik sistemi çəkdirməli, su qızdırıcısı, qaz plitəsi, lüstur və s. almalı idi? Yazır ki, “həmni əşyaları nə zaman hansı şəraitdə alıb mənzilə quraşdırması barədə heç nə yazmayıb. Halbuki istilik sistemini mənim tərəfimdən alınmasını və quraşdırılmasmı qonşularım təsdiq edə bilər.” Cavab: Cavabdehin yazdığı məlumatlar məntiqə uyğun deyil. Onlar mənzilə köçənə qədər həmin əşyaların hamısını, o cümlədən kombi sistemini mən almışam və mənzildə quraşdırılmasma nail olmuşam. Kombi sisteminin təzəsini quraşdırıb özü üçün daha yaxşı şərait yaratması təbii haldır. Çünki çoxdan adam minik avtomobilini, mebelini, evini, başqa əşyalarını və s. təzəsi (yenisi) ilə əvəz edir. Kombi sisteminin təzəsini alıb (mənzil alanda 1 manat pul verməyib) və rahat kirə vermədən yaşayıb, payımda alıb. Yazır ki, mənzildə bir sıra yaxşılaşdırma aparmışam. Mənzildə yaşayn adam (hətta kirayəçi) özü üçün lazım olan şəraiti yaradır. 3 toyuq üçün “damça” (hin) tikməyibsə və utanmadan Bayanda yaşadığı və mənim aldığım evdə gördüyüm işləri özüm gördürmüşəm deyibsə (yalan), o yaxşılaşdırmanı necə apara bilər? Utanmadan dedi ki, evi qayınatam alıb və s. Mənzildə aparılan “yaxşılaşdırmaları” mənim vəsaitim ilə aparıb. Çünki onun heç vaxt pulu olmayıb. Cavabdeh bu günə qədər hətta 3 toyuq saxlamaq üçün yaxşılaşdırma aparmayıb. Anası xəstə olanda (reanimasiyada uzun müddət yatıb), vəfat edəndə yas mərasiminə, dəfninə və s. 1 manat kömək etməyən oğul, hətta anasına görə vərəsə payı almalı deyil. Aşağıda yazdığım məlumat onun kim olduğunu bir daha subut edir. Gəncə şəhərinin mərkəzində (H.Əliyev prospektində) cavabdehə 2 otaqdan ibarət obyekt aldım, əsaslı təmir etdirdim obyektdən ofis və maqazin kimi 15 il istifadə etdi. Maqazində fəaliyyətə başlaması üçün Bakı şəhərindən lazım olan malları almaqdan ötəri Zahid Həsənov ona mənim xahişim 7 min ABŞ dolları verdi. 20 il vaxt keçməsinə baxmayaraq bu günə qədər ona verilən vəsaiti qaytarmır. Z.Həsənovun bu barədə rəsmi ərizəsini əlavə edirəm. Eyni zamanda məndən borc aldığı pulları da qaytarmır və utanmadan yazır ki, özü (yəni mən) mən ona yaxşıladırmalar üçün pul ödəməliyəm. Gəncə şəhər Təbriz küçəsi 1, 48 saylı mənzilin hərrac yolu ilə satılması üçün Bakı şəhərindən dəvət edilmiş ekspert Gəncə İcra İdarəsinin məsul işçisi kapitan Anar Cəfərovla birlikdə adı göstərilən mənzildə olublar. Ekspert mənzilin bütün şəraitini (mövcud olan və istifafdə edilən avadanlıqları, təmirini, yerləşdiyi mərtəbəni və s.) nəzərə alaraq mənzilə qiymət qoymuşdur. Həmin qiymətə uyğun olaraq Cavabdeh vərəsəlik payı (15832 manat) 2021-ci ildə ödənilmişdir. Odur ki, onun mənzildə olan əşyaları söküb aparmasına ixtiyarı yoxdur. Evdən sökülüb aparılan əşyalar haqqında Gəncə şəhər İcra İdarəsinin məsul işçisinin tərtib etdiyi aktı əlavə edirəm. Etrirazımda göstərdiklərimə əsasən məkhəmədən Cavabdeh mənə qarşı yazdığı etirazda göstərdiyi məlumatların rədd edilməsinə dair qətnamə çıxarasınız və mənzildən söküb aparılan əşyaların qaytarılmasına, yaxud əşyaların təzəsini alıb yerinə quraşdırılmasını təmin edəsiniz. Cavabdeh iddiaya etiraz verərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı mənə qarşı “Əmlak tələbi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, 2075 (iki min yetmiş beş) manat dəyərində istilik sisteminin, 180 (yüz səksən) manat dəyərində su qızdırıcısının, 120 manat dəyərində əl-üz yumaq üçün avadanlıqların, 350(üç yüz əlli) manat dəyərində dörd gözlü qaz plitkasının, 600 (altı yüz) manat dəyərində işıq çilçıraqlarının ümumi dəyəri olan 3325 (üç min üç yüz iyirmi beş) manat pulun və 60 (altmış) manat dövlət rüsumunun əvəzinin məndən alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mən iddianı qəbul etmirəm və iddia ərizəsinə etirazımı aşağıdakılarla bildirirəm. Belə ki, İddiaçı atamdır. ünvan 2 ünvanında yerləşən mənzil mərhum anam X2 məxsus olmuşdur. 1996-cı ildən etibarən mən ailəmlə (həyat yoldaşım və iki övladım) birlikdə həmin ünvanda yaşamışam. İddiaçı və eləcədə mənzilin mülkiyyətçisi olan anam heç vaxt həmin mənzildə yaşamamışlar. Bu faktlar qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində öz təsdiqini tapmışdır. 2018-ci ildə anam X6 vəfat etdi. Bundan sonra iddiaçı ilə münasibətlərimiz pozuldu. İddiaçı anamdan miras qalmış, mənim ailəmlə birlikdə yaşadığımız mənzildən payını məhkəmə qaydasında müəyyən etdirərək, mənzilin açıq hərracdan satışa çıxarılmasına nail oldu. Hərracda mənzili özü alaraq, mirasdan payıma düşən vəsaiti depozitə qoydu. Bundan sonra məhkəməyə müraciət edərək bizim mənzildən çıxarılmağımıza nail oldu. 10 aprel 2024-cü il tarixdə mən ailəmlə mənzili boşaltdıq. İddiaçı iddia ərizəsində qeyd edir ki, mən mənzili boşaldan zaman ona maddi və mənəvi ziyan vurmuşam. Bunu da məndən tələb etdiyi əşyaların tərəfimdən sökülüb aparılması ilə əsaslandırıb. İddiaçının tələbi tamamilə əsassızdır, mən ailəmlə birlikdə mənzili boşaldarkən ona hər hansı ziyan vurmamışıq. İddiaçının təqdim etdiyi siyahıdakı əşyaların hamısı mənə məxsus əşyalardır. Belə ki, yuxarıda qeyd etdiyim kimi, 1996-cı ildən mənzildə ailəmlə mən yaşayıram. Qeyd edilən əşyaların hamısını özüm öz vəsaitimlə alıb mənzilə quraşdırmışdım, lüstralar isə həyat yoldaşımın və gəlinimin cehiz əşyalarıdır. Buna görə mənzildən çıxarkən onları söküb aparmışam. Sual olunur ki, mənzildə mən yaşaya-yaşaya iddiaçı nəyə görə mənzilə istilik sistemi çəkdirməli, su qızdırıcısı, qaz plitəsi, lüstr və s. almalı idi? Həmçinin iddiaçı məndən pulunu tələb etdiyi əşyaları iddia ərizəsində qeyd etsə də, həmin əşyaları nə zaman, hansı şəraitdə alıb mənzilə quraşdırması barədə heç nə yazmayıb. Halbuki, istilik sisteminin (kombi) mənim tərəfimdən alınmasını və quraşdırılmasmı qonşularım təsdiq edə bilərlər. Həmçinin aldığım kombinin qarantiya talonu var və orada kombinin nə zaman, kim tərəfindən alınması göstərilib. Bir də ki, maraqlısı budur ki, iddiaçı məndən “sökülüb aparılmış” əşyaların özlərini deyil, onların puluni istəyir. Əgər həmin əşyalar həqiqətən də iddiaçıya məxsusdursa niyə onların özlərini istəmir, məndən pul tələb edir? Bir də ki, iddiaçı tələbin adını əmlak tələbi qoyub özü məndən pul tələb edir. Bundan başqa iddiaçı iddia ərizəsində qeyd edir ki, biz həmin mənzildə yaşamağımızı görə heç bir kirayə haqqı ödəməmişik. Belə çıxır ki, iddiaçı həmin əşyaların pulunu məndən kirayə haqqı kimi istəyir. Lakin iddiaçıya xatırlatmaq istəyirəm ki, mən ailəmlə birlikdə 1996-cı ildən 2018-ci ilədək həmin mənzildə mənzilin mülkiyyətçisinin razılığı ilə yaşamışıq, mənzildən istifadə hüququmuz olub, 2018-ci ildən sonra isə mənim mənzilə vərəsəlik hüququm və bundan irəli gələn mülkiyyət hüququm yaranmışdır. Belə olan halda mən niyə kirayə pulu verməli idim? Qeyd etmək istəyirəm ki, mənzildə yaşadığım dövrdə bir sıra yaxşılaşdırmalar etmişəm. Məsələn taxtadan olan balkonu söküb dekor kərpicdən hördürmüşəm, iki ədəd böyük plastik pəncərələr qoydurmuşam, parket döşəmə vurdurmuşam, giriş qapısını seyf qapı ilə əvəz etmişəm, 3 dəfə mənzili təmir etdirmişəm. Əgər mən kirayəçi olsaydım həmin işləri gördürməzdim. Yaxud əgər iddiaçı məndən mənzil onun mülkiyyətinə düşdüyü dövrdən sonrakı dövr üçün kirayə haqqı istəyirsə, belə olan halda özü də mənə mənzildə etdiyim yaxşılaşdırmaların pulunu ödəməlidir. Bundan başqa iddiaçı Daşkəsən rayonu Bayan kəndində yerləşən evin onu tərəfindən alınmasını və s. qeyd etmişdir. Bununla bağlı qeyd etmək istəyirəm ki, əvvəla, Bayandakı evin hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur. İkincisi, Bayan kəndindəki evlə bağlı məhkəmə araşdırmaları olub, iddiaçının qeyd etdikləri öz təsdiqini tapmayıb və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri var. Qeyd etdiyim kimi, iddiaçının pulunu məndən tələb etdiyi əşyaları mən quraşdırmışdım, buna görə mənim mülkiyyətimdir. Bu əlavələr ayrıla biləndir və onların ayrılması nəticəsində mənzilə, onun ümumi təyinatına heç bir zərər yetirilməmişdir. Yəni mənim öz əlavələrimi mənzildən ayırıb aparmam nəticəsində iddiaçıya heç bir maddi və mənəvi ziyan dəyməmişdir. Göründüyü kimi, iddiaçının tələbi tamamilə əsassızdır, buna görə rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin və yazılı məlumatın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3919/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı cavabdehlər X3, X11, X4 və Əliyeva Pərvanə Əli qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mənzilindən əşyaları ilə birlikdə çıxarılması və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)-505/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1124/2023 nömrəli iş üzrə 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)- 505/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməsi qət edilmişdir. Cavabdehlər X7, X12, X8 və Əliyeva Pərvanə Əli qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3919/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1124/2023 nömrəli iş üzrə 08 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X12 xx.xx.2003-cü il tarixdən hal-hazıradək, Əliyeva Pərvanə Əli qızı xx.xx.2003-cü il tarixdən hal-hazıradək, X9 xx.xx.2022-ci il tarixdən hal-hazıradək, X8 xx.xx.2003-cü il tarixdən halhazıradək və X7 xx.xx.2014-cü il tarixdən hal-hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 hal şahidlərinin iştirakı ilə tərtib etdiyi aktdan görünür ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1124/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatda tələbkarın nümayəndəsi və hal hal şaidləri İddiaçı, X10 və X1 iştirakları ilə Gəncə şəhəri, Təbriz küçəsi, bina 1, m 48 ünvanına gəlmişlər. Tərəfindən borclulara bildirilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1124/2023 saylı, xx.xx.2023-cü il tarixli tarixli icra vərəqəsinə əsasən adları icra vərəqəsində qeyd edilən borcluların Gəncə şəhəri Təbriz küçəsi, bina 1, mənzil 48 saylı evdən istifadə hüquqlarına xitam verilmələri və həmin evdən əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir. Gəncə şəhəri Təbriz küçəsi, bina 1, mənzil 48 saylı evin açarları tələbkar İddiaçı təhvil verilmişdir. ünvan 1 ünvanı təhvil verilərkən, mənzilin kombi və radiaotorları sökülmüşdür, hamamın minutkası (istilik üçün) və istilik peçi, əl-üz yuyan sökülmüşdür. Dörd gözlü qaz plitkası və istilik sistemi qızdırıcı boruları sökülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Hazırkı iş üzrə iddiaçı ona məxsus olduğunu və cavabdehin qanunsuz sahbliyində olduğunu bildirdiyi əşyaların dəyərinin tutulmasını xahiş etmişdir. Lakin iddiaçı həmin əşyaların mövcud olmasını, ona məxsus olmasını, tələb etdiyi dəyərdə olmasını, cavabdehin qanunsuz sahiblik və istifadəsində olmasını sübutları təqdim etməmişdir. Sübutların birinci instansiya məhkəməsinə təqdim edilməli olmasını nəzərə alan məhkəmə çəkişmə prinsipini təmin etsə də, tələbin tam və ya qismən əsaslı olması sübuta yetirilə bilməmişdir, buna görə iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddia təmin edilmədiyindən ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı «pulun tutulması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 60 (altmış) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-3420/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3420/2024
04.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver