Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3433/2025 08.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Ərizə üzrə tələb: Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü ildə anadan olmuş X5 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə üzə işin halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X2 xx.xx.1963-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunun Nərimanlı kəndində anadan olmuşdur. O, xx.xx.2024-cü il tarixdə Ukrayna Respublikasının Paltava şəhərində vəfat etmişdir. O, Mokva şəhərində bunu eşitmişdir. Anası ilə atası boşanmışlar. Atasının meyitini orada yaşayan qohumları Gəncə şəhərinə göndərmişdir. Meyiti Gəncədə əmisi X6 qəbul etmişdir. O, isə yas mərasimi vaxtı tək olduğu üçün vaxtında həkimdən ölüm haqqında tibbi şəhadətnamə götürməmişdir. Atası X1 rayon 1 saylı qəbiristanlıqda dəfn olunmuşdur. Hazırda o, atasından miras qalmış əmlaka dair notariat kontoruna müraciət etmək istəyir. Lakin, onun ölüm haqqında şəhadətnaməsi olmadığına görə miras əmlaka dair o, qanun üzrə vərəsəlik şəhadətnaməsi ala bilmir. O, atasının ölümü haqqında qeydiyyat aparılması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, şöbə atasının ölümü haqqında tibbi şəhadətnamə olmadığına görə ölüm qeydi aparmaqdan imtina etmiş və bu barədə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdir. Beləliklə, o, hüquqlarımdan istifadə edə bilmir. X5 xx.xx.2024-cü il tarixdə Ukrayna Respublikasının Paltava şəhərində vəfat etməsini məhkəməyə dəvət edəcəyi şahidlər də təsdiq edə bilər. Məhkəmə iclası iştirakçılarının izahatları: Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə ərizənin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, xx.xx.1963-cü il təvəllüdlü Bədəl Tağıyev xx.xx.2024-cü ildə Ukrayna Respublikasında ürəktutmadan ölmüşdür. Mərhumun adına miras əmlak qalmış və ölüm haqqında şəhadətnamə olmadığı üçün ərizəçi olan qızı Ərizəçi həmin miras əmlaka dair vərəsəliklə bağlı sənəd ala bilmir. Odur ki, ərizənin təmin edilməsi, yəni mərhum X5 06 noyabr 2024-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasına gəlməməsinin səbəblərinin üzrlü olması barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ifadəsi: Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Ərizəçi onun bacısının qızı olmaqla, mərhum X8 onun yeznəsi olmuşdur. Bədəl Tağıyev xx.xx.2024-cü ildə Ukrayna Respublikasında ürəktutmadan vəfat etmiş və Göygöl rayon 1 saylı qəbiristanlıqda dəfn edilmişdir. Mərhumun dəfn və yas mərasimində şəxsən iştirak etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: - V-SL seriyalı, 436375 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə doğulmuşdur. Atası – X8, anası – Nümayəndədır. - AZ-İ seriyalı, 321889 nömrəli, 24 may 2019-cu il tarixli, Kəpəz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Tağıyev Bədəl ilə Nümayəndə ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 106 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə - Tağıyev, arvada – Tağıyeva soyadı verilmişdir. - Məzar daşını əks etdirən fotoşəkildən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X8 vəfat etmişdir. - Azərbaycan Respublikası Göygöl rayonu Göygöl Bələdiyyəsi tərəfindən verilmiş 12 mart 2025-ci il tarixli, 63 nömrəli arayışdan görünür ki, mərhum X8 xx.xx.2024-cü il tarixdə Göygöl rayon 1 saylı qəbiristanlıqda dəfn edilmişdir. X5 dəfn xərci qızı Ərizəçi tərəfindən aparılmışdır. Dəfnin aparılması haqqında məlumat Göygöl bələdiyyəsinin mühasibatlığında 213 sıra sayı ilə qeydiyyata alınmışdır. - xx.xx.2024-cü il tarixli, 501 nömrəli ölümün səbəbi barədə sənəddən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə Ukrayna Respublikasında ürəktutmadan ölmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 14 mart 2025-ci il tarixli, 3- 16-5/8-15-682 nömrəli məktubunda vətəndaş Ərizəçi bildirilmişdir ki, hazırda X5 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadəsini dinləyərək, təqdim edilmiş sübutlara hüquqi qiymət verməklə hesab edir ki, xx.xx.1963-cü il təvəllüdlü X8 xx.xx.2024-cü il tarixdə Ukrayna Respublikasında vəfat etmişdir. Lakin müvafiq icra hakimiyyəti ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamə olmamasını əsas gətirərək X5 ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, xx.xx.1963-cü il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə Ukrayna Respublikasında vəfat etməsi (ölməsi) faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X5 vəfat etməsi (ölməsi) faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1963-cü il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə Ukrayna Respublikasında vəfat etməsi (ölməsi) faktı müəyyən edilsin. Qətnamə, ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-3433/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3433/2025
08.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver