Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3458/2024 24.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Məmmədov Ədil İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Maraqlı şəxs ilə o, 2015-ci ildə el adəti ilə evlənərək, 2018-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X4 və xx.xx.2021-ci il tarixdə X5 adlı iki övladları anadan olmuşdur. Lakin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, övladları Əbəlfəzin və Nurlananın onun yanında saxlanmaları qət edilmişdir. O, qanunvericiliyə əsasən əvvəlcə mediasiya təklifi göndərmiş və Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya prosesi nəticəsində cavabdeh hər uşaq üçün 125 manat olmaqla, iki uşaq üçün ümumilikdə 250 manat aliment ödəməyə razılaşmışdır. Beləliklə onlar birgə nikahlarından dünyaya gəlmiş övladlarıxx.xx.2016-cı il tarixdə anadan olmuş X2 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 üçün hər uşağa görə 125 manat olmaqla, iki uşaq üçün ümumilikdə 250 manat alimentin tutulması haqda xx.xx.2023-cü il tarixdə mediasiyada Barışıq Sazişi bağlamışlar. X6 bağlanmasından 5 aydan artıq vaxt keçməsinə baxmayaraq Maraqlı şəxs sazişi aliment hissəsində icra etmir. Ona görə də məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs ərizə təqdim edərək bildirmişdir ki, aralarında barışıq sazişi olmuş və iki uşağın saxlanması üçün hər uşağa görə 125 manat olmaqla, ümumilikdə 250 manat alimenti ödəməyi öhdəsinə götürmüşdür. Hazırda ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X4 və xx.xx.2021-ci il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. İşdə olan Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, barışıq sazişinə əsasən tərəflər nikahlarının pozulmasına qarşılıqlı razılaşmışlar. İkinci tərəf, yəni Maraqlı şəxs birinci tərəfin, yəni Ərizəçi ilə birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 125 (yüz iyirmi beş) manat, cəmi 250 (iki yüz əlli) manat alimenti birinci tərəfə, yəni Ərizəçi xeyrinə ödəməyi öz öhdəsinə götürmüşdür. Birinci tərəfin, yəni birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək ataları ilə, yəni ikinci tərəf Maraqlı şəxs ilə hər iki tərəfə uyğun olan vaxta məhdudiyyətsiz görüşüb-ünsiyyətdə olmasına şərait yaradacağını öhdəsinə götürmüşdür. İşdə olan Gəncə Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(125)-1919/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında 27 dekabr 2018-ci il tarixdə Gəncə “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanaraq, 2954 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra anaları Ərizəçi yanında saxlanılmaları qət edilmişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X4 və xx.xx.2021-ci il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Birgə nikahdan doğulmuş uşaqlar isə ərizəçinin himayəsindədir. Ərizəçi aliment tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və tərəflərin arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinin tələblərinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun alimentlə bağlı hissəsi könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs xx.xx.2016-cı il tarixdə doğulmuş X2 və xx.xx.2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 125 (yüz iyirmi beş) manat, cəmi 250 (iki yüz əlli) manat alimentin tutularaq Ərizəçi verilməsinə dair hissədə barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi birgə nikahından xx.xx.2016-cı il tarixdə doğulmuş X2 və xx.xx.2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 125 (yüz iyirmi beş) manat, cəmi 250 (iki yüz əlli) manat alimentin Maraqlı şəxs tutularaq Ərizəçi verilməsinə dair Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-3458/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3458/2024
24.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver