Məhkəmə qərarları › İş №2(125)-3475/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3475/2024

24.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3475/2024 24.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi Maraqlı şəxs qarşı tərəflər arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, o, Maraqlı şəxs ilə xx.xx.2021-ci il tarixdə nikaha girmiş və onların birgə nikahından xx.xx.2021-ci il tarixdə X4 anadan olmuşdur. xx.xx.2024-cü il tarixdə Mediasiya Təşkilatında nikahın pozulması və aliment tələbinə dair onların aralarında barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən onların hər ikisi nikahın dərhal pozulmasına razı olmuşlar. Eyni zamanda Maraqlı şəxs Ərizəçi ilə birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ayın 1-dən 5-ə kimi 180 manat sabit pul məbləğində alimentin Ərizəçi ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür.Lakin bu öhdəliyi yerinə yetirməmiş, uşağın saxlanması üçün ona maddi və mənəvi hər hansı dəstək göstərməmişdir. Buna görə də qeyd edilən barışıq sazişinin alimentə dair hissədə icraya yönəldilməsində zərurət yaranmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, o, bir ata kimi məsuliyyətini və vəzifəsini dərk edir. Birgə nikahdan doğulmuş uşağın saxlanması üçün razılaşdırılmış məbləğdə alimentin ödənilməməsi yalnız maddi imkansızlıqdan irəli gəlmişdir. Onunla Ü.P.Seyidova arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesində bağlanmış barışıq sazişi onun həqiqi iradəsinə uyğun olmuş, ona kənar təsir, hədə qorxu və digər müdaxilə, habelə aldatma və yanılma halı olmamışdır. Sonda Maraqlı şəxs ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, AZ-İV seriyalı 694220 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. Həmin uşağın atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İşdə olan Ərizəçi və Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişindən görünür ki, birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X2 18 yaşına çatana kimi saxlanması üçün hər ay 180 manat olmaqla, 2024-cü ilin mart ayından başlayaraq hər ayın 1-dən 5-ə kimi olan tarixdə Maraqlı şəxs tərəfindən Ərizəçi adına olan bank kartı hesabına ödənilməsinə dair qarşılıqlı razılaşma əldə etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1.1 və 355-26.1.2ci maddələrinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda, məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesində bağlanmış barışıq sazişinin alimentə dair hissəsi qanuna zidd deyildir və barışıq sazişinin həmin hissəsi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqularına toxunmur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesində bağlanılmış barışıq sazişi alimentə dair hissədə təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesində bağlanılmış barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: «Birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X2 18 yaşına çatana kimi saxlanması üçün hər ay 180 (bir yüz səksən) manat olmaqla, 2024-cü ilin mart ayından başlayaraq hər ayın 1-dən 5-ə kimi olan tarixdə ata Maraqlı şəxs tərəfindən ana Ərizəçi adına olan bank kartı hesabına ödənilməsinə dair tərəflər qarşılıqlı razılaşma əldə etdilər». Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar