Məhkəmə qərarları › İş №2(125)-3501/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3501/2023

22.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3501/2023 22.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Əli oğlunun sədrliyi Bayramova Zöhrə Oktay qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğumun və ölümün qeydə alınma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi doğumun qeydə alınma faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X7, 03 mart 1894-cü ildə Gəncə şəhərində anadan olması və 14 avqust 1956-cı il tarixində Gəncə şəhərində ölməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 onun babası, yəni X1nun atasıdır. Mərhum babası X14 03 mart 1894-cü ildə anadan olmuş, 14 avqust 1956-cı ildə vəfat etmiş və 3 saylı İmamzadə qəbiristanlığında dəfn edilmişdir. X1 03 mart 2002-ci ildə vəfat etmişdir. Mərhum babası X7 “Doğum şəhadətnaməsini və Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün Azərbaycan Respulikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi“ Publik “Gəncə-şəhər Birləşmiş Xəstəxanası” Publik hüquqi X22 Sağlamlıq Mərkəzinə müraciət etsə də, oradan ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmçinin mərhum babası X7 doğum şəhadətnamə və ölümünə dair sənəd almaq üçün Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsinə müraciət etmiş və oradan da, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də, məcbur olub ərizə ilə təkrarən məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi tanıyır. Mətləbin babası X4 babası ilə dost olmuşdur. 1956-cı ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, evlər üçlüyü idarəsində işləyir. Ərizəçi ilə qonşudurlar. X4 1956-cı ildə vəfat etmişdir. İşdə olan Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2002ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2002-ci il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 3-16-5/4-13-2457/2023 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən 1894-cü ildə anadan olmuş X14 doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. Həmçinin Xidmətin arxivində akt qeydlərinin 1948-ci ildən saxlanıldığı qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs 05/Q-2054 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 1956-cı ildə vəfat etmiş X14 barəsində ölüm akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamənin yazılması ərizəyə Maraqlı şəxsndə baxılmışdır. X7 ölüm haqqında tibbi şəhadətnaməsinin olmaması səbəbindən qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. İşdə olan Gəncə Şəhər Birləşmiş X13 şəxs Nizami Ailə Sağlamlıq Mərkəzinin 551 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xəstəxanada X7 ölümü barədə məlumat yoxdur. Odur ki, X7 ölümü haqqında tibbi şəhadətnamənin verilməsindən imtina olunmuşdur. İşdə olan İmamzadə Dəfn Xidmətləri MMC-nin 02 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, 1894-cü ildə anadan olmuş, xx.xx.1956-cı ildə vəfat etmiş X14 3 saylı İmamzadə qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan X19 filialının 1056(710)/4 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, X5 xx.xx.1926-cı il tarixdə anadan olmuşdur. Atası 1894-cü il tarixdə anadan olmuş X14, anası X6r. İşdə olan doğum akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.1926-cı il tarixdə anadan olmuşdur. Atası 1894-cü il tarixdə anadan olmuş X14, anası X6r. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X1, anası X2r. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Ərizəçi babası X14 1894-cü il tarixdə anadan olmuş xx.xx.1956-cı ildə vəfat etmişdir. X7 doğum və ölümü barədə akt qeydi tərtib edilməmişdir. Ərizəçiyə babasının doğum və ölüm faktının müəyyən edilməsi miras əmlakın qəbulu ilə bağlıdır. Lakin, ərizəçi həmin faktları başqa qaydada əldə edə bilmədiyindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Eyni zamanda məhkəmə qeyd edir ki, ərizəçi ərizəsində X7 1894-cü ilin mart ayının 3-ü tarixində anadan olmasını qeyd etsə də, X7 mart ayının 3-ü tarixində anadan olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. Ərizəçi babası X7 1894-cü ildə Gəncə şəhərində anadan olması və 14 avqust 1956cı ildə Gəncə şəhərində ölməsi faktı müəyyən olunsun. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar