Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3560/2024 18.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2nun xx.xx.2014-cü ildə Rusiya Federasiyasında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, A.İsgəndərov küçəsi, 2-ci döngə ev 1-də qeydiyytada olmaqla yaşayır. Yaşadığı əmlakla bağlı vərəsəlik şəhadətnaməsi almaq məqsədi ilə notariat ofisinə müraciət etmişdir. Oradan bildirmişlər ki, X2nun ölüm haqqında şəhadətnməsi təqdim edilməlidir. X2 xx.xx.2014-cü il tarxində Rusiya Federasiyasında vəfat etmişdir. Vəfat etdikdən sonra nəşi ölkəyə gətirilmiş və Gəncə şəhəri, Səbzikar qəbirstanlığında dəfn edilmişdir. Qaraşının nəşi gətirilərkən ölümünü təsdiq edən sənədlər ailəyə təqdim edilmişdir. Həmin sənədləri qəbirstanlğın müdriyyətinə təqdim etdikdən sonra başı dəfn işlərinə qarışdığından sənədləri ordan götürmək yaddan çıxmış və sənədlər itmişdir. Hazırda X2nun ölüm haqqında şəhadətnaməsinin zərurərti yaranmışdır. Bu səbəbdən mərhum X2nun xx.xx.2014-cü ildə ölümü haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan ona məkəməyə müraciət etməyini bildirmişlər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı, 01884212 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhərində doğulmuş xx.xx.1978-ci il təvəllüdlü X5 qeydiyyat ünvanı ünvan 1395 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1978-ci il tarixdə Kirovabadda doğulmuşdur. X4, anası X3r. İş materiallarında olan 347612 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Kirovabadda doğulmuşdur. X4, anası X3r. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Gəncə şəhəri "xxxx" MMC-nin arayışından görünür ki, X9 xx.xx.2014-cü ildə, 1 nömrəli qəbirsanlıqda dəfn olunmuşdur. İş materiallarında olan Gəncə şəhəri Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Maraqlı şəxsnə daxil olmuş «X9 xx.xx.2014-cü ildə vəfat etməsi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamə olmadan ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamə yazılması barədə» ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydasfnın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X1 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənizin təmin edilməsi mümkün deyil. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X9 xx.xx.2014-cü ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, Ərizəçi onun oğludur, münasibətləri yaxşıdır. Rafiq oğlu idi, o, 2014-cü ilin oktyabr və ya noyabr ayında Rusiya Federasiyasında yol-nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. Vəfat etdiyi günü dəqiq xatırlamır. Həmin yol-nəqliyyat hadisəsi baş verərkən o, Azərbaycan Respublikasında olmuşdur, hadisədən sonradan xəbəri olmuşdur. Rafiq köhnə səbzikarda dəfn olunmuşdur. Dəfndə o, qohumlar və qonşuları iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, Ərizəçi bacısının oğludur, münasibətləri yaxşıdır. Rafiq bacısının oğlu idi. O, 2014-cü ilin oktyabr ayında Rusiya Federasiyasında yol-nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. Yol-nəqliyyat hadisəsi baş verərkən o, Azərbaycanda olmuşdur. Rafiq Gəncə şəhərində səbzikarda dəfn olunmuşdur. Dəfndə o, Rafiqin atası və qohumlar iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, Ramil qonşusudur, münasibətləri yaxşıdır. Rafiqi uşaqlıqdan tanıyırdı. O, 2014-cü ilin oktyabr ayının 04-də Rusiya Federasiyasında yol-nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. O, sonradan bu barədə eşitmişdir. Dəfndə iştirak etməmişdir, səbzikarda dəfn olunduqdan sonra ziyarətə gedərkən ölümü tarixi barədə bilmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1978-ci il təvəllüdlü X5 xx.10.2014-cü il tarixdə ölməsi sübuta yetirilmişdir. Bundan başqa, X5 2014-cü ilin oktyabr ayının 09-da və Rusiya Federasiyasında ölməsi halı tədqiq olunmuş sübutlarla müəyyən olunmur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum X2nun ölümü qeydə alınmadığı üçün vərəsəlik şəhadətnaməsi almasına maneə törətməsi səbəbindən, onun ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, xx.xx.1978-ci il təvəllüdlü X5 xx.10.2014-cü il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə qismən təmin edilməli, xx.xx.1978-ci il təvəllüdlü X5 xx.10.2014-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. xx.xx.1978-ci il təvəllüdlü X5 xx.10.2014-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-3560/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3560/2024
18.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver