Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-36/2024 13.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X24 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı (eyni zamanda iddiaçı Ş.Q.Şərifovun prosessual hüquqi varisi) X3, iddiaçının vəkili (Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili) Vəkil2, Cavabdehlər Cavabdeh9, onun nümayəndəsi (Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili) Vəkil1 iştirakları ilə, İddiaçılar X13 və X3 cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Gəncə “Asan Xidmət” mərkəzində notariat kontoru, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə (əvvəlki adı: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi) qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması tələbinə dair” iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar X13 və X10 cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, Cavabdeh1, Gəncə “Asan xidmət” mərkəzində notariat kontoru, müstəqil tələb sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə (əvvəlki adı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi) qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 mülkiyyətində olmuş 1.10 ha torpaq sahəsinə dair onun adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 xx.xx.2011-ci ildə bağlanmış AN- İ ******* nömrəli alqı-satqı müqaviləsinin və 0.08 ha torpaq sahəsinə dair X3 adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 xx.xx.2011-ci ildə bağlanmış AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması, həmin müqavilələrə əsasən Cavabdeh6 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 1.10 ha torpaq sahəsi üzərində xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli və 0.08 ha torpaq sahəsi üzərində xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarışların ləğv olunması, Cavabdeh6 ilə Cavabdeh8 arasında xx.xx.2018-ci il tarixdə 0,08 ha torpaq sahəsini 5000 manata satılmasına dair müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş xx.xx.2019-cu il tarixli, RX Seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, sonradan xx.xx.2019-cu il tarixli müqavilə ilə həmin torpaqdan 0,015 ha hissəsinin Cavabdeh8 tərəfindən Cavabdeh7 5000 manat müqabilində satılmasına dair müqavilənin etibarsız hesab edilməsi və xx.xx.2019-cu il tarixli RX Seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbini belə əsaslandırmışlar ki, onlar xx.xx.1971-ci ildə rəsmi nikaha daxil olmuşlar. Xanlar rayonu (indiki Göygöl rayonu) Quşqara Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 55A nömrəli qərarına əsasən Quşqara kəndi ərazisində yerləşən 2.20 ha (2.20 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün, 0.20 ha ictimai iaşə obyektinin tikintisi üçün) torpaq sahəsi Əhlidil Əliyevanın mülkiyyətinə verilmişdir. AR ƏMDK yanında DƏDRX-in Gəncə Ərazi İdarəsinin xx.xx.2007-ci ildə verdiyi daşınmaz əmlakın dövlət reyesterindən çıxarışlara əsasən Quşqara kəndində yerləşən 1.10 ha və 0.08 ha torpaq sahələri xüsusi mülkiyyət hüququ ilə Əhlidil Əliyevaya məxsus olmuşdur. İddiaçıların övladı X16 2007-ci ildə Cavabdeh5la razılığa gələrək torpağın 0.20 ha hissəsini 10000 (on min) manata satmış və alqı-satqının rəsmiləşdirilməsi üçün həmin ildə Əhlidil Əliyeva 0.20 ha torpaq sahəsinə dair Cavabdeh5 3 illik etibarnamə verilmişdir. 0.20 ha torpaq sahəsinə dair 3 illik etibarnamənin vaxtının bitməsini bəhanə edən Cavabdeh5 xx.xx.2010-cu ildə notariat ofisində aparıcı mütəxəssis işləyən X4 ilə Əhlidil Əliyevanın iş yerinə gəlmiş, Cavabdeh5 Əhlidil Əliyevanı aldadaraq 3 illik etibarnamənin vaxtının bitdiyini ona göstərib onun adından öz adına bütün mülkiyyət hüququna dair etibarnaməyə notarius Elşən Əliyevin iştirakı olmadan qol çəkdirmiş, Əhlidil Əliyeva isə həmin etibarnaməni oxumadan imza etmişdir. Həmin etibarnaməyə əsasən Ə.Əliyeva harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakı üzərində sərəncam vermək hüququnu 20 il müddətinə Cavabdeh5 etibar etmişdir. Daha sonra Göygöl rayonu, Quşqara kəndində yerləşən X3 mülkiyyətində olmuş 1.10 ha və 0.08 ha torpaq sahələrinə dair Əhlidil Əliyevanın adından Cavabdeh5 ilə anası Cavabdeh6 arasında Cavabdeh4 xx.xx.2011-ci il tarixdə AN-İ ******* və AN-İ ******* nömrəli alqı-satqı müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən Cavabdeh6 1.10 ha torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli və 0.08 ha torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli saxta çıxarışlar almışdır. Alqı-satqı obyekti olmuş torpaq sahələri Şərif Şərifov ilə Əhlidil Əliyevanın birgə nikah dövründə əldə olunduğu üçün onların payları bərabər olan ümumi birgə mülkiyyət sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.4-cü maddəsinə görə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlərin bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. X21 belə bir razılığı alınmamışdır. Notariat işində olan Şərif Şərifovun adından Gəncə şəhər 2 saylı DNK-da xx.xx.2007-ci ildə 7E-5-1340 reyestr nömrəli ərizədən görünür ki, guya o, həyat yoldaşı X5 məxsus 1.18 ha torpaq sahəsinin satılmasına razılıq vermişdir. Gəncə şəhər 2 saylı DNK-nun xx.xx.2019-cu il tarixli, 275 nömrəli məktubundan görünür ki, Şərif Şərifov arvadı Əhlidil Əliyevaya məxsus 0.20 ha və 712 ha torpaq sahələrinin satılmasına dair Gəncə şəhər 2 saylı DNK-da xx.xx.2007-ci ildə 7E-05-1940 və 7E-05-1941 reyestr nömrəli razılıq ərizələri vermişdir. Notariat kontorunda xx.xx.2007-ci ildə 7E-5-1340 saylı reyestrlə heç bir əməliyyat aparılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xətşünaslıq ekspertizasının təyin olunması haqqında xx.xx.2019-cu il tarixli, 2(104)-1808/2019 №-li qərardadına əsasən Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2019-cu il tarixli, 17329 №-li ekspert rəyinə görə 1.10 ha və 0.08 ha torpaq sahələrinin alqı-satqısına dair notariat işində olan Şərif Şərifovun adından verilmiş razılıq ərizəsinin sonunda “İmza" qrafasındakı imza və “İərifov" soyadı Şərif Şərifov tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Bundan başqa torpaq mülkiyyətçisinin soyadı Əliyeva olduğu halda həmin torpaq sahələrinin alqı-satqısına dair notariat işindəki ərizədə torpaq mülkiyyətçisinin soyadı Şərifova kimi göstərilmişdir. Qeyd olunan saxtakarlıqla bağlı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən xx.xx.2019-cu ildə xüsusi qərardad çıxarılmış və Gəncə şəhər Prokurorluğuna göndərilmiş, Gəncə şəhər prokurorluğu həmin Xüsusi Qərardad əsasında araşdırma aparılması üçün Gəncə şəhər Baş Polis İdarəsinə göndərilmiş, aparılmış təhqiqat zamanı toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, 320-ci maddəsində nəzərdə tutulmuş rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə ondan istifadə etmə maddələrində nəzərdə tutulmuş cinayət əməlinin müəyyən edilməsi əsasına görə material xx.xx.2019-cu il tarixli qərarla istintaq aidiyyətinə verilmişdir, hazırda Cavabdeh5 Azərbaycan Respublikası CM-in 178.3.2 və 320.2-ci maddələri ilə təqsirləndirilıməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilir. Göstərilən hallardan da göründüyü kimi qarşı tərəf iddiaçılara məxsus olan torpaq sahəsini öz adına saxta yolla rəsmiləşdirmək üçün sənədlərin saxtalaşdırılmasından belə istifadə etmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsində göstərilmişdir ki, daşınmaz əmlaka birgə mülkiyyət hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh4 bağlanmış qeyd edilən müqavilələrin bağlanması zamanı ər X8 heç bir razılıq ərizəsi olmamışdır, notariat işində olan razılıq ərizəsi də müvafiq ekspert rəyi ilə saxta hesab edilmişdir. Həmçinin cinayət işi üzrə Cavabdeh5 verilmiş ittihamdan məlum olur ki, o, iddiaçı Əhlidil Əliyevanı aldadaraq sonuncunun adından ümumi etibarnamə almış və həmin etibarnamə əsasında da Əhlidil Əliyevanın nümayəndəsi kimi çıxış edərək göstərilən alqı-satqı müqavilələrini bağlamışdır. Hansı ki, ittihamdan göründüyü kimi Cavabdeh5 Əhlidil Əliyevadan bütün mülkiyyət hüququna dair deyil, yalnız 20 sot torpağın üzərində mülkiyyət hüququna dair etibarnamə almalı olmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Sözügedən alqı-satqı müqavilələri bağlanarkən qanunun bu tələbi də pozulmuşdur. Belə ki, Cavabdeh5 alqı-satqı müqavilələrində təmsil etdiyi Əhlidil Əliyevanın adından sonuncunun mülkiyyətində olan 1.10 ha və 0.08 ha torpaq sahələrini anası Cavabdeh6 satmaqla həmin torpaq sahəsinə eyni ünvanda yaşadığı anası ilə birgə mülkiyyət hüququ əldə etmiş və bununla da, faktiki olaraq müqaviləni özü barəsində bağlamışdır. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, saxta alqı-satqı müqavilələri əsasında Cavabdeh6 ilə Cavabdeh8 arasında xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanaraq 0,08 ha torpaq sahəsini 5000 manata Cavabdeh8 satmış, sonuncu isə öz növbəsində xx.xx.2019-cu il tarixində həmin torpağa RX Seriyalı, ******* nömrəli çıxarış əldə etmişdir. Cavabdeh8 xx.xx.2019-cu il tarixli müqavilə ilə isə həmin torpaqdan 0,015 ha hissəsini Cavabdeh7 5000 manat müabilində satmışdır. Sonuncu isə qeyd olunan torpaq sahəsinə xx.xx.2019-cu il tarixində RX Seriyalı, ******* nömrəli çıxarış əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhlidil Əliyeva və əri Şərif Şərifov qeyd edilən torpaq sahələrinin saxta sənəd əsasında ələ keçirilmələrini, yəni, alqısatqı edilmələrini 2018-ci ildə bilmişlər, bildikdən dərhal sonra Göygöl Rayon Məhkəməsinə iddia vermişlər. Lakin verilmiş iddiada iddianın predmetini müqavilələrin etibarsız hesab edilməsi deyil, ləğvi tələbinə dair qoyulması səbəbindən iddia tələbi təmin edilməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Əhlidil Əliyevanın adından onun mülkiyyətində olan torpaq sahələrinin Cavabdeh5 tərəfindən anası Cavabdeh6 saxta sənədlər əsasında satılmasına dair müqavilələr, daha sonra Cavabdeh6 tərəfindən Cavabdeh8, Cavabdeh8 tərəfindən isə Cavabdeh7 satılmasına dair müqavilələr etibarsız sayılmalı və həmin torpaq sahələrinə mülkiyyət hüququna dair yuxarıda göstərilən şəxslərin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləvğ olunmalıdır. İşin məhkəmədə baxılmağa hazırlanması zaman iddiaçılar iddianın həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh9 və Gəncə şəhər 6 saylı notariat kontoru əlavə cavabdeh qismində cəlb edilməklə, Cavabdeh6 ilə Cavabdeh9 arasında xx.xx.2021-ci il tarixdə 1,10 ha torpaq sahəsini 20000 manata satılmasına dair müqavilənin və həmin müqavilə əsasında verilmiş xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı (eyni zamanda iddiaçı Ş.Q.Şərifovun prosessual hüquqi varisi) X10 daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, onun mülkiyyətində olmuş 1.10 ha torpaq sahəsinə dair onun adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 xx.xx.2011-ci ildə bağlanmış, 4Ə-2-227 saylı alqı-satqı müqaviləsi və 0.08 ha torpaq sahəsinə dair onun adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 xx.xx.2011-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması, həmin müqavilələrə əsasən 1.10 ha və 0.08 ha torpaq sahələrinə mülkiyyət hüququna dair Cavabdeh6 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması, Cavabdeh6 ilə Cavabdeh9 arasında xx.xx.2021-ci il tarixli 4Ə-90 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş xx.xx.2021-ci il tarixli **********22 nömrəli çıxarışın ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçı (eyni zamanda iddiaçı Ş.Q.Şərifovun prosessual hüquqi varisi) X10 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, 2005-ci ilin dekabr ayında Göygöl rayonu Quşqara kənd bələdiyyəsindən, əvvəllər Göygöl rayonunun inzibati ərazisində yerləşən, hazırda isə Gəncə şəhərinin inzibati ərazisində yerləşən 2 hektar, 20 sot olmaqla torpaq sahəsini almışdır ki, həmin torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Torpaq sahəsinin 0,20 ha hissəsi ictimai-iaşə obyekti tikmək üçün, 2 hektar hissəsi isə kənd təsərrüfatı təyinatı üçün verilmişdir. Onlar, yəni, ailə üzvləri həmin torpaq sahəsindən istifadə etmək fikrində olmuşlar, sonradan isə maddi vəziyyətlərinin pisləşməsi ilə əlaqədar olaraq həmin torpaq sahəsinin bir hissəsini satmalı olmuşlar. Belə ki, həmin torpaq sahəsi əvvəlcə dövlət aktı əsasında onlara verilmişdir. 2007-ci ildə torpaq sahəsinin bir hissəsini notarius Elşən Əliyevə yadında qalmayan qiymətə satmışlar, 20 sotunu isə xx.xx.2007-ci ildə oğlu Faiqin dostu Cavabdeh5 10000 (on min) manata 3 (üç) illik etibarnamə əsasında satmışlar. Əlavə olaraq 12 sotunu da oğlu Faiq tanımadığı hansısa şəxsə 3 (üç) illik etibarnamə əsasında satmışdır. Cavabdeh5 onlarla qonşu olduğundan, həmçinin digər 12 sotu satdıqları şəxs də oğlu Faiqin tanışı olduğundan aralarında etibar olduğu üçün, birbirilərinə inandıqları üçün alqı-satqı etməmişlər. Torpaqdan qalan 1 hektar 18 sotunu isə özlərinə saxlamışlar. Notarius Elşən və 12 sotu oğlundan almış şəxs onlara verdikləri sənədlər əsasında özləri üçün çıxarış əldə etmişlər. Həmin şəxslərə torpaq sahələrini satdıqdan sonra 1,18 hektar torpaq sahəsi qalmışdır ki, həmin torpaq sahəsinə görə də, onun 1,10 hektar və 0,08 ha olmaqla 2007-ci ildə ayrı-ayrılıqda tam mülkiyyət hüququna dair çıxarış almışdır. 2010-cu ildə oğlu Faiq cinayət əməli törətdiyindən həbs edilmiş və Gəncə şəhərində yerləşən İstintaq Təcridxanasında saxlanılmışdır. 2010-cu ilin oktyabr ayında oğlu Faiq təcridxanadan ona zəng edərək Elşənə etibarnamə əsasında verdikləri 0,20 ha torpağa dair etibarnamənin müddətinin keçdiyini, Elşənə yenidən etibarnamə verməli olduğunu ona bildirib Elşənə etibarnamə verməsini ondan xahiş etmişdir. Bundan təxminən 1 saat sonra o, iş yerində olanda Cavabdeh5 notarius Elşənin notariat kontorunda işləyən Tofiq adlı bir nümayəndə ilə onun yanına gəlmiş və 0,20 hektara görə əvvəlcədən verdikləri etibarnaməni göstərib həmin etibarnamənin müddətinin qurtardığını ona bildirmişdir. Həmin etibarnaməyə baxdıqda görmüşdür ki, həqiqətən etibarnamənin müddəti qurtarmışdır. Buna görə, həmçinin Elşənə inandığı üçün və Elşənin onu aldadacağını fikirləşmədiyi üçün ona Elşənin və notariusun işçisinin təqdim etdiyi etibarnaməni oxumadan imza etmişdir. Elə bilmişdir ki, Elşən həmin 20 sot torpağa görə ondan yenidən etibarnamə alır. Bundan sonra nə baş verdiyini o bilməmiş və 2018-ci ilin fevral ayında oğlu Faiq azadlığa çıxmışdır. Yenə də maddi vəziyyətlərinin pisləşməsi ilə əlaqədar olaraq həmin torpaq sahəsinin bir hissəsini də digər şəxsə satmaq istəmişdir. Reyestr Xidmətindən onlara bildirmişlər ki, onun adına torpaq sahəsi yoxdur və torpaq sahəsi 2011-ci ildə Cavabdeh5 anası Cavabdeh6 adına alqı-satqı edilərək satılmışdır. Araşdırma aparmağa başladıqda ona məlum olmuşdur ki, Cavabdeh5 oğlu Faiqi aldadıb etibarnamə əsasında onlardan aldığı 20 sot torpağı ayrı bir şəxsə 70000 (yetmiş min) manata satarkən guya sənədlərin saxta olduğunun ortaya çıxdığını Faiqə bildirmişdir. Faiq də öz növbəsində Elşəni torpağın sənədlərinin saxta olmamasına inandırmaq və əmin etmək üçün onun adına olan 1,10 ha və 0,08 ha torpaq sahələrinin mülkiyyət hüququna dair sənədlərinin əslini 2009-cu ildə Elşənə vermişdir ki, Elşən harda istəsə həmin sənədləri yoxlatdırsın. Elşən isə öz növbəsində ona verdikləri etibarnamənin vaxtının qurtarmasını bəhanə edərək onu aldadıb ondan ümumi mülkiyyətinə dair mülki etibarnamə almış, daha sonra əri X8 adından da ona məxsus torpağın satılmasına razılıq verilməsi ilə bağlı saxta ərizə də hazırlayaraq Cavabdeh4, onu aldadaraq aldığı etibarnamə və ərinin adına hazırlatdırmış olduğu saxta ərizə əsasında 1.18 ha torpaq sahəsini öz adından anası Cavabdeh6 aldına alqı-satqı etdirərək və anasının adına mülkiyyət hüququna dair çıxarış almaqla dələduzluq yolu ilə əmlakını ələ keçirmişdir. Cavabdeh5la bu barədə əlaqə saxlayanda Elşən onlara bildirmişdir ki, guya Faiq türmədə olanda o, həmin torpaq sahəsini qoruyub saxlamışdır, guya ərinin adından olan həmin razılıq ərizəsini oğlu Faiq ona vermişdir. Torpağı Elşəndən geri istədikdə isə Elşən müxtəlif bəhanələr gətirərək torpağı qaytarmaqdan imtina etməyə başlamışdır. Bundan sonra onlar torpaq sahəsinin saxta sənədlə ələ keçirilməsi nəticəsində Cavabdeh6 adına olan çıxarışın ləğvinə dair Göygöl rayon məhkəməsində iddia qaldırmışlar. Göygöl rayon məhkəməsi onların iddialarını təmin etməmiş, ona görə də onlar Göygöl rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən Apellyasiya şikayəti vermişlər. Gəncə Apellyasiya Məhkəməsində onların şikayəti üzrə araşdırma aparılarkən əri Şərifin imza nümunələri götürülmüş, keçirilmiş ekspertiza zamanı məlum olmuşdur ki, əri Şərifin imzasını, həmçinin Gəncə şəhəri 2 saylı notariat kontorunun adından verilmiş ərizə saxtalaşdırılıbdır. Lakin buna baxmayaraq Gəncə Apellyasiya Məhkəməsi Göygöl Rayon Məhkəməsinin qətnaməsini formal cəhətdən ləğv etsə də yenə də onların iddialarını təmin etməmişdir. Lakin saxta sənədlə bağlı xüsusi qərardad çıxararaq cinayətin araşdırılması üçün həmin qərardadı Gəncə şəhər prokurorluğuna göndərmişdir. Oğlu Faiq ona zəng edəndən sonra Elşən də ona zəng etmiş və o, Elşənə səhhətinin pis olmasını bildirmişdir. Elşən də guya onun əziyyət çəkməməsinə görə notariusun işçisi Tofiq adlı şəxsi onun iş yerinə gətizdirmiş, lakin o, notariusun işçilərinə sənədləri hazırlayaraq iş yerinə gəlmələrini deməmiş, həmin sənədləri hazırlamaq üçün əvvəlcədən şəxsiyyət vəsiqəsini notariusa və ya işçilərinə verməmiş və hansı məzmunda etibarnamə verilməsi ilə bağlı fikrini heç kimə bildirməmişdir. Onlar hər şeyi əvvəlcədən fikirləşərək və hazırlayıb yazaraq onun yanına gəlmişlər. Elşən özünü müdafiə etmək üçün həmin saxta ərizəni oğlu Faiqin ona verdiyini bildirir. Əgər həmin sənədi oğlu Faiq Elşənə versəydi həmin ərizədə onun soyadı Şərifova kimi deyil, Əliyeva kimi göstərərdi. Həmçinin oğlunun həmin sənədi Elşənə verməkdə heç bir marağı olmamışdır. Bu tamamilə məntiqsizdir. Həmin torpağın 1 sotunun 2011-ci ildə orta bazar dəyəri təxminən 3000 (üç min) manat təşkil etmişdir, hal-hazırda isə 5000 (beş min) manat təşkil edir. Cavabdeh5 etibarnamə əsasında satmış olduqları 0,20 ha torpaq sahəsi adına olmuş 1,18 ha torpaq sahəsinin tərkibinə daxil deyildir. Elşənin onu aldadaraq dələduzluq yolu ilə ələ keçirdiyi 1,18 ha torpaq sahəsi tam olaraq ona məxsus olmuşdur. O, ona məxsus olan həmin torpaq sahəsi, 2006-cı ildə bələdiyyədən alan zaman yararsız vəziyyətdə olmuş, onun tərəfindən orada xeyli torpaq işləri aparılmış və ərazi yararlı hala salınmışdır. 2010-2018-ci illərdə torpaq sahəsinə getmək istəsə də icra hakimiyyətinin işçiləri onu həmin əraziyə buraxmamışlar. O, yalnız 2018-ci ildə qeyd edilən məsələlər barədə xəbərdar olmuş və bundan sonra məhkəmədə iddia qaldırmışdır. Cavabdeh5 ona qarşı dələduzluq etməsi və onun adından saxta sənəddən istifadə edərək əqd bağlaması qanuni qüvvədə olan məhkəmə hökmü və qərarları, ekspertiza rəyi ilə tamamilə sübut olunur. Odur ki, onun torpaq sahələri ilə bağlı bağlanmış bütün alqı-satqı müqavilələrinin etibarsız sayılması, çıxarışların isə ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh9 izahatında göstərdi ki, o, Əhlidil Əliyeva və onun ailə üzvlərini tanımamışdır. 2021-ci ildə torpaq almaq üçün maraqlandıqda Elşən adlı şəxsin torpaq sahəsi satdığını öyrənmişdir. Bu məqsədlə Elşənə müraciət etmiş və Elşən anasına məxsus torpaq sahəsini satdığını demişdir. Bundan sonra torpaq sahəsinə baxmış və həmin torpaq sahəsini 20000 manata almaq barədə razılaşmışdır. Sonra onlar alqı-satqı müqaviləsi bağlamaq üçün Cavabdeh2na getmişlər. Orada Cavabdeh6 adından Cavabdeh5 Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.10 ha torpaq sahəsini ona 20000 manata satmış və aralarında Gəncə şəhər 6 saylı notariat ofisində 24 dekabr 2021-ci il tarixli, 4Ə-90 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Daha sonra onun müraciəti əsasında həmin torpaq sahəsinə dair çıxarış verilmişdir. O, torpaq sahəsini alan zaman bu barədə Cavabdeh2 notariusu tərəfindən araşdırma aparılmış və torpaq sahəsi üzərində hər hansı həbs, yaxud qadağa olması müəyyən olunmamışdır. Ümumiyyətlə, Cavabdeh6 aldığı 1.10 ha torpaq sahəsinin əvvəllər Əhlidil Əliyevaya məxsus olmasından, Elşənin Əhlidili dələduzluq edib aldadaraq, həmin torpaq sahəsini ələ keçirməsindən heç bir xəbəri olmamışdır. Bu səbəbdən hesab edir ki, o, vicdanlı alıcı olduğuna görə hüquqları qorunmaqla və üzərinə hər hansı mülki hüquqi öhdəliklər qoyula bilməz. Odur ki, iddia tələbinin ona münasibətdə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh9 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbini qəbul etməyib Cavabdeh9 göstərdiklərinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh9 Cavabdeh5 torpaq sahəsi alan zaman vicdanlı alıcı olmuş, həmin torpaq sahəsinin Əhlidil Əliyevaya məxsus olmasından, Elşənin Əhlidili aldadaraq torpağını ələ keçirməsindən Zaurun xəbəri olmamışdır. Ümumiyyətlə, Cavabdeh9 Cavabdeh5 torpaq alan zaman həmin torpaq sahəsinin üzərində heç bir məhdudiyyət olmamışdır. Zaur da qanuni yolla, yəni notarius vasitəsilə torpaq sahəsini Elşənin iştirakı ilə Rəbiyyədən almışdır. İş materialları ilə müəyyən olunur ki, 1.10 ha mübahisəli torpaq sahəsi Cavabdeh9 tərəfindən satın alınmamışdan əvvəl Gəncə Apellyasiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli hökmü ilə Cavabdeh5 barəsində bəraət hökmü olmuş, həmin bəraət hökmü ilə Cavabdeh5 əməlində heç bir cinayətin tərkibinin olmaması qənaətinə gəlinmiş və eyni zamanda hökmlə 1.10 ha torpaq sahəsinin üzərindən bütün həbs, məhdudiyyət və qadağalar götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin hökmü isə elan olunduğu tarixdən qüvvədə olmuşdur. Torpaq sahəsi isə həmin bəraət hökmündən bir neçə gün sonra satılmışdır ki, burada heç bir qanun pozuntusuna yol verilməmişdir. Bu hallar bir daha sübut edir ki, Cavabdeh9 1.10 ha torpaq sahəsini Cavabdeh5 iştirakı ilə Cavabdeh6 alan zaman vicdanlı olmuşdur. Hesab edir ki, Cavabdeh9 vicdanlı alıcı olduğuna görə hüquqları qorunmaqla və üzərinə hər hansı mülki hüquqi öhdəliklər qoyula bilməz. Odur ki, iddia tələbinin ona münasibətdə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bu səbəbdən məhkəmə gəlməyən cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə digər cavabdehlər olan Cavabdeh1, Cavabdeh2 və Gəncə “Asan Xidmət” mərkəzində notariat kontoruna məlumat verilmiş, lakin həmin cavabdehlər məhkəməyə yazılı ərizə göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını,məhkəmə tərəfindən qanuna uyğun qaydada çıxarılacaq hər hansı bir qərara heç bir etirazlarının olmadığını bildirmişlər. Məhkəmə işə həmin cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bundan başqa, həmçinin məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə digər Cavabdeh4 nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh4 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eləcə də iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə (əvvəlki adı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi) məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə sözügedən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, məhkəmə iclasında iştirak etmiş tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Torpağa Mülkiyyət Hüququna dair, 25 aprel 2006-cı il tarixli, Kod 50806018, JN 496 saylı dövlət aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Xanlar rayonu, Quşqara Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 55A saylı qərarı ilə həmin akta əlavə edilmiş cizgidə göstərilən sərhəd daxilində 2.20 hektar (0,20 ha ictimai iaşə obyektinin tikintisi və 2.0 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli) torpaq sahəsi X1. Seriya MH, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********* olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.08 ha tikinti məqsədli ehtiyat fondu təyinatlı torpaq sahəsi 18 aprel 2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində X3 adına mülkiyyət hüququ qeydə alınmışdır. Seriya MH, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********22, qeydiyyat nömrəsi ********* olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 18 aprel 2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində X3 adına mülkiyyət hüququ qeydə alınmışdır. 16 may 2011-ci il tarixli, 4Ə-2-225 reyestr nömrəli (AN-İ 0235474) Göygöl rayon dövlət notariat kontorunda başlanmış alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən 1,10 ha torpaq sahəsi 7E-20-17815 nömrəli etibarnamə əsasında X3 adından Cavabdeh5 iştirakı ilə Cavabdeh6 3000 (üç min) manata satılmışdır. 16 may 2011-ci il tarixli, 4Ə-2-226 reyestr nömrəli (AN-İ 0235473) Göygöl rayon dövlət notariat kontorunda başlanmış alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,08 ha torpaq sahəsi 7E-20-17815 nömrəli etibarnamə əsasında X3 adından Cavabdeh5 iştirakı ilə Cavabdeh6 6000 (altı min) manata satılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(104)-1808/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X13 və X3 cavabdehlər Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4na (maraqlı şəxs DƏDRX-nin 3 saylı Ərazi İdarəsi) qarşı alqısatqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Seriya MH, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,08 ha ehtiyat fondu təyinatlı torpaq sahəsi 24 iyun 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində Cavabdeh6 adına mülkiyyət hüququ qeydə alınmışdır. Seriya MH, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********22, qeydiyyat nömrəsi ********** olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 24 iyun 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində Cavabdeh6 adına mülkiyyət hüququ qeydə alınmışdır. Gəncə “Asan Xidmət” mərkəzində notariat kontorunda bağlanmış 20 noyabr 2018ci il tarixli, 4Ə-3330 reyestr nömrəli (AN-İ ******* nömrəli) alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh6 Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,08 ha torpaq sahəsini Cavabdeh8 5000 (beş min) manata satmışdır. Seriya MH, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan Gəncə şəhəri, Nizami rayonunda yerləşən 0.015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 17 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində Cavabdeh7 adına mülkiyyət hüququ qeydə alınmışdır. Gəncə şəhər 5 saylı notariat ofisində bağlanmış 03 aprel 2019-cu il tarixli, 4Ə-157 reyestr nömrəli (AN-İ ******* nömrəli) alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh8 Gəncə şəhəri, Nizami rayonunda yerləşən 0,08 ha torpaq sahəsinin 0,015 ha Cavabdeh7 5000 (beş min) manata satmışdır. Seriya MH, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********36, qeydiyyat nömrəsi ********** olan Gəncə şəhəri, Nizami rayonunda yerləşən 0.08 ha ehtiyat fondu təyinatlı torpaq sahəsi 17 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində Cavabdeh8 adına mülkiyyət hüququ qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi ********** olan Gəncə şəhəri, Nizami rayonunda yerləşən 0.65 ha ehtiyat fondu təyinatlı torpaq sahəsi 29 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində Cavabdeh8 adına mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə 24 mart 2020-ci il tarixli ittiham aktının nəticə hissəsindən görünür ki, Cavabdeh5 X2 etibarnamə əsasında satın aldığı 0.20 ha torpaq sahəsinə dair 3 il müddətinə verilmiş və 24 fevral 2010-cu il tarixdə qüvvədən düşmüş 24 fevral 2007-ci il tarixli etibarnamənin əvəzinə həmin 0.20 ha torpaq sahəsinə dair yeni etibarnamə almaq adı ilə 07 oktyabr 2010-cu il tarixdə Əhlidil Əliyevanı aldadaraq bütün əmlakını idarə etmək, üzərində sərəncam vermək v.s hüquqlara dair öz adına ƏN-İ 178272 nömrəli etibarnamə almış, bundan sonra istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan şəxs tərəfindən hazırlanmış daşınmaz əmlaka birgə mülkiyyət hüququ olan X8 arvadı Əhlidil Əliyevanın adına olan Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşən 1,18 hektar torpaq sahəsinin satılmasına razılıq verilməsinə dair hüquq verən 24 fevral 2007-ci il tarixli saxta ərizəni əldə edib həmin etibarnamədən və saxta ərizədən, həmçinin həqiqiliyini yoxlatdırmaq üçün X9 müvəqqəti olaraq 2009-cu ildə aldığı və özündə saxladığı Əhlidil Əliyevanın adına Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşmiş, hazırda Gəncə şəhəri, Nizami rayonu ərazisində yerləşən 1,10 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli və 0.08 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışlardan bilə-bilə istifadə etməklə xx.xx.2011-ci il tarixdə Göygöl rayon dövlət notariat kontoruna təqdim edib orada Əhlidil Əliyevanın nümayəndəsi kimi xx.xx.2011-ci il tarixdə AN-İ ******* və AN-İ ******* nömrəli alqı-satqı müqavilələri əsasında torpaq sahəsini anası Cavabdeh6 satıb həmin hüquq verən saxta müqavilələri qanunsuz olaraq əldə edib, biləbilə həmin saxta alqı-satqı müqavilələrindən istifadə etməklə həmin saxta müqavilələri xx.xx.2011-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə təqdim etməklə oradan Cavabdeh6 adına 1.10 ha torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli və 0.08 ha torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli saxta çıxarışları qanunsuz olaraq əldə edib ər-arvad olan Əhlidil Əliyevaya və Şərif Şərifova məxsus 1 sotunun dəyəri 1420 (min dörd yüz iyirmi) manat, ümumi dəyəri isə külli miqdar, yəni 167560 (yüz altmış yeddi min beş yüz altmış manat) manat təşkil edən 1,10 ha və 0,08 ha torpaq sahələrinə dair əmlak hüququnu vahid niyyətlə ələ keçirməklə dələduzluq etmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 1(100)-21/2021 nömrəli hökmündən görünür ki, Cavabdeh5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirli bilinib müddətin keçməsi ilə bağlı Cavabdeh5 CM-in 320.2-ci maddəsi ilə cəza təyin edilməmiş, lakin o, CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh5 həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 5 il 11 ay 28 müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cavabdeh5 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə 04 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Hökmə əsasən zərərçəkmiş şəxs X3 mülki iddiası baxılmamış saxlanılmış və ona mülki iddianı mülki-mühakimə icraatı qaydasında verə biləcəyinə dair hüququnun olması izah edilmişdir. Həmçinin hökmlə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən, köhnə “MERO”-nun arxası deyilən ərazidə olan 1.10 ha və 0.08 ha torpaq sahəsinin üzərinə həbs qoyulması, həmin əmlakın özgəninkiləşdirilməsi ilə bağlı sərəncam vermək cavabdehə və üçüncü şəxsə qadağan edilməsi və həmin ünvanda cavabdehlər, həm də üçüncü şəxslər tərəfindən tikinti işləri aparılmasına müvəqqəti olaraq qadağa qoyulması barədə qərarın qüvvədə saxlanılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 1(104)-464/2021 nömrəli hökmünün surətindən görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 1(100)-21/2021 nömrəli hökmü Cavabdeh5 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, Cavabdeh5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə bəraət verilmiş və o Azərbaycan Respublikası adından təqsirsiz elan edilmişdir. Cavabdeh5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Həmçinin həmin hökmə əsasən: - Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə bəraət verilmiş Cavabdeh5 onun həmin maddələrlə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz tutulması, barəsində qanunsuz qətimkan tədbiri seçilməsi, qanunsuz məhkəməyə verilməsi, barəsində qanunsuz hökmün çıxarılması nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi izah edilmiş; - Mülki iddia geri qaytarılmış; - Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən, köhnə “MERO”-nun arxası deyilən ərazidə olan 1,10 ha və 0,08 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına, həmin əmlakın özgəninkiləşdirilməsi ilə bağlı sərəncam verilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsinə və həmin ünvanda həm cavabdehlər, həm də üçüncü şəxslər tərəfindən tikinti işlərinin aparılmasına müvəqqəti olaraq qadağa qoyulmasına dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(100)-21/2021 nömrəli qərarı ləğv edilmiş; - Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən, köhnə “MERO”-nun arxası deyilən ərazidə olan 1,10 ha və 0,08 ha torpaq sahəsinin üzərinə həbs götürülmüş və həmin torpaq sahəsi ilə bağlı bütün məhdudiyyətlər ləğv edilmişdir. Hökm elan edildiyi andan qanuni qüvvəyə minmişdir. Gəncə şəhər 6 saylı notariat ofisində bağlanmış 24 dekabr 2021-ci il tarixli, 4Ə-90 reyestr nömrəli (AN-İ ******* nömrəli) alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh6 adından Cavabdeh5 Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.1 ha torpaq sahəsini Cavabdeh9 20000 (iyirmi min) manata satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********22, qeydiyyat nömrəsi ********** olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 27 dekabr 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh9 adına mülkiyyət hüququ qeydə alınmışdır. 17 iyun 2022-ci il tarixli, AZ-İİ 280364 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 02 iyun 2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 1(102)-939/2022 nömrəli qərarından görünür ki, Cavabdeh5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə bəraət verilməsi haqqında Gəncə Apellyasiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 1(104)-464/2021 nömrəli hökmü ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 06 dekabr 2023-ci il tarixli, 1(104)-229/2023 nömrəli qərarından görünür ki, Cavabdeh5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 1(100)-21/2021 nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Zərərçəkmiş şəxs X3 nümayəndəsi Vəkil2 və zərərçəkmiş şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Hökm həmin apellyasiya protestinə və apellyasiya şikayətinə, habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsinə əsasən cəza təyin olunması hissəsində dəyişdirilmiş, cinayət məsuliyyətinə cəlb olunma müddəti keçdiyinə görə Cinayət-Prosessual Məcəllənin 39.1.3 və 42.2-ci maddələrinə əsasən, Cavabdeh5 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza təyin edilməsi və CM-in 70-ci maddəsinin tətbiq olunmasına dair müddəalar hökmdən xaric edilmişdir. Hökm apellyasiya protestinə və apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmış, qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minmişdir. İş üzrə cavabdehlər Cavabdeh5 və Cavabdeh6 məhkəməyə ünvanladıqları iddia tələbinə dair etiraz ərizəsindən görünür ki, iddiaçı X3 vəkili Vəkil2 İnqilab oğlu tərəfindən xx.xx.2024-cü il tarixdə vahid məhkəmə portalında yaradılmış şəxsi kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilmişdir. İddia tələbini dəqiqləşdirilməsi barədə ərizədə xahiş edilir ki, onun mülkiyyətində olan 1.10 ha torpaq sahəsinə dair onun adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 xx.xx.2011-ci ildə bağlanmış, 4Ə-2-227 saylı alqı-satqı müqaviləsi və 0.08 ha torpaq sahəsinə dair onun adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 xx.xx.2011-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması, həmin müqaviləyə əsasən 1.10 ha və 0.08 ha torpaq sahələrinə mülkiyyət hüququna dair Cavabdeh6 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması, Cavabdeh6 ilə Cavabdeh9 arasında xx.xx.2021-ci il tarixli 4Ə- 90 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş xx.xx.2021-ci il tarixli, **********22 nömrəli çıxarış ləğv edilməsi xahiş olunmuşdur. İddia tələbi əsassızdır və iddia tələbinə aşağıdakı qaydada etiraz edirlər. 1. İddiaçı X3 özünün və mərhum həyat yoldaşı X8 adından 1.10 ha torpaq sahəsi ilə bağlı aparılmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, iddiaçılar X13 ilə X10 arasında bağlanmış nikah Xanlar rayonu, Sərkar kənd sovetliyində xx.xx.1971-ci il tarixdə qeydə alınmışdır. Mübahisə predmeti Göygöl (Xanlar) rayonu Quşqara kəndində yerləşən 1.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların birgə nikahı dövründə, yəni xx.xx.2007-ci il tarixdə əldə edilmiş və iddiaçı X3 adına rəsmiləşdirilmişdir. Sonradan iddiaçı X10 harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi xx.xx.2030-cu ilə kimi Cavabdeh5 etibar etmişdir. Bundan sonra Cavabdeh5 xx.xx.2011 -ci il tarixdə mülkiyyətçi X3 adından çıxış edərək mübahisəli torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında digər Cavabdeh6 salmış və mübahisəli torpaq sahəsi sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hal-hazırda iddiaçı X3 öz adından mübahisələndirdiyi torpaq sahəsinin alqı-satqısı ilə bağlı hər hansı qanun pozuntusu yoxdur. Yəni, iddiaçı X10 yalnız 1.10 ha sahəsinin yarısına dair əri X8 prosessual hüquqi varisi olaraq iddia qaldıra bilər. 2. Mübahisəli torpaq sahəsi üzərində hüquqlarının olduğunu iddia edən Ş.Şərifov prosessual hüquqi varisi X10 bu əmlakın başqa şəxsin mülkiyyətinə keçməsini qanunsuz hesab edirsə və bu halın aradan qaldırılması, yəni özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək istəyirsə, o məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir və bu zaman, həmin şəxs özünün bu tələbi irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmasını sübuta yetirməlidir. Mübahisəli torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəflər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmiş və müqavilənin bağlanmasından keçən 13 il ərzində müqavilənin etibarsızlığı ilə bağlı hər hansı iddia qaldırmamışdır. Bundan başqa, mübahisələndirilən alqı-satqı müqaviləsi xx.xx.2011-ci il tarixdə bağlansa da, iddiaçı Ə.Əliyeva həmin müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni müqavilənin bağlanmasından 13 ildən artıq müddət keçdikdən sonra müraciət etmiş, bununla da, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətini ötürmüşdür. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni, qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. 3. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə mahiyyət etibari ilə iddiaçıların Göygöl Rayon Məhkəməsində qaldırdıqları iddia ilə eynidir. Fərq ondan ibarətdir ki, ilk iddia alqı-satqı müqaviləsinin ləğvi, hal-hazırki iddia isə etibarsızlığıdır. Birinci iddia üzrə yekun məhkəmə qərarları qəbul edilərək iddiaçıların iddia tələbi rədd edilmişdir. Bu əsasa görə də, iddia tələbi üzrə MPM-nin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Torpağa Mülkiyyət Hüququna dair 25 aprel 2006-cı il tarixli, Kod 50806018, JN 496 saylı dövlət aktına əsasən keçmiş Xanlar rayonu, Quşqara Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 55A saylı qərarı ilə həmin akta əlavə edilmiş cizgidə göstərilən sərhəd daxilində 2.20 hektar (0,20 ha ictimai iaşə obyektinin tikintisi və 2.0 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli) torpaq sahəsi X1. 18 aprel 2007-ci il tarixdə Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.08 ha tikinti məqsədli ehtiyat fondu təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeydə alınmışdır. 18 aprel 2007-ci il tarixdə isə Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeydə alınmışdır. 16 may 2011-ci il tarixli, 4Ə-2-225 reyestr nömrəli (AN-İ 0235474) Göygöl rayon dövlət notariat kontorunda başlanmış alqı-satqı müqaviləsinə əsasən Göygöl rayonu, Quşqara kəndində yerləşən 1,10 ha torpaq sahəsi 7E-20-17815 nömrəli etibarnamə əsasında X3 adından Cavabdeh5 iştirakı ilə Cavabdeh6 3000 (üç min) manata satılmışdır. 16 may 2011-ci il tarixli, 4Ə-2-226 reyestr nömrəli (AN-İ 0235473) Göygöl rayon dövlət notariat kontorunda başlanmış alqısatqı müqaviləsinə əsasən Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,08 ha torpaq sahəsi 7E-20-17815 nömrəli etibarnamə əsasında X3 adından Cavabdeh5 iştirakı ilə Cavabdeh6 6000 (altı min) manata satılmışdır. Bundan sonra X10 və X13 tərəfindən həmin alqı-satqı müqavilələri Göygöl Rayon Məhkəməsində mübahisələndirilərək həmin müqavilələrin ləğvini xahiş etmişlər. Lakin iddia tələbi iddia müddətinin keçməsi əsası ilə rədd edilmişdir. Bundan sonra iddiaçı Göygöl Rayon Məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(104)-1808/2019 nömrəli qətnaməsinə əsasən iddiaçılar X13 və X3 cavabdehlər Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4na (maraqlı şəxs DƏDRX-nin 3 saylı Ərazi İdarəsi) qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Lakin həmin icraat zamanı xüsusi qərar çıxarılaraq araşdırılması üçün hüquq mühafizə onqanlarına göndərilmişdir. Daha sonra məhkəmə iclası zamanı həmçinin müəyyən edilmişdir ki, Seriya MH, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,08 ha ehtiyat fondu təyinatlı torpaq sahəsi 24 iyun 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində Cavabdeh6 adına mülkiyyət hüququ qeydə alınmışdır. Seriya MH, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, reyestr nömrəsi **********22, qeydiyyat nömrəsi ********** olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 24 iyun 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində Cavabdeh6 adına mülkiyyət hüququ qeydə alınmışdır. Gəncə “Asan Xidmət” mərkəzində notariat kontorunda bağlanmış 20 noyabr 2018-ci il tarixli, 4Ə-3330 reyestr nömrəli (AN-İ ******* nömrəli) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh6 Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,08 ha torpaq sahəsini Cavabdeh8 5000 (beş min) manata satmışdır. Seriya MH, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, reyestr nömrəsi **********36, qeydiyyat nömrəsi ********** olan Gəncə şəhəri, Nizami rayonunda yerləşən 0.08 ha ehtiyat fondu təyinatlı torpaq sahəsi 17 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində Cavabdeh8 adına mülkiyyət hüququ qeydə alınmışdır. Gəncə şəhər 5 saylı notariat ofisində bağlanmış 03 aprel 2019-cu il tarixli, 4Ə-157 reyestr nömrəli (AN-İ ******* nömrəli) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh8 Gəncə şəhəri, Nizami rayonunda yerləşən 0,08 ha torpaq sahəsinin 0,015 ha hissəsini Cavabdeh7 5000 (beş min) manata satmışdır. Seriya MH, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan Gəncə şəhəri, Nizami rayonunda yerləşən 0.015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 17 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində Cavabdeh7 adına mülkiyyət hüququ qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi ********** olan Gəncə şəhəri, Nizami rayonunda yerləşən 0.65 ha ehtiyat fondu təyinatlı torpaq sahəsi 29 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində Cavabdeh8 adına mülkiyyət hüququ qeydə alınmışdır. Həmçinin, Cavabdeh5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə 24 mart 2020-ci il tarixli ittiham aktına əsasən Cavabdeh5 X2 etibarnamə əsasında satın aldığı 0.20 ha torpaq sahəsinə dair 3 il müddətinə verilmiş və 24 fevral 2010-cu il tarixdə qüvvədən düşmüş 24 fevral 2007-ci il tarixli etibarnamənin əvəzinə həmin 0.20 ha torpaq sahəsinə dair yeni etibarnamə almaq adı ilə 07 oktyabr 2010-cu il tarixdə Əhlidil Əliyevanı aldadaraq bütün əmlakını idarə etmək, üzərində sərəncam vermək v.s hüquqlara dair öz adına ƏN-İ 178272 nömrəli etibarnamə almış, bundan sonra istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan şəxs tərəfindən hazırlanmış daşınmaz əmlaka birgə mülkiyyət hüququ olan X8 arvadı Əhlidil Əliyevanın adına olan Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşən 1,18 hektar torpaq sahəsinin satılmasına razılıq verilməsinə dair hüquq verən 24 fevral 2007-ci il tarixli saxta ərizəni əldə edib həmin etibarnamədən və saxta ərizədən, həmçinin həqiqiliyini yoxlatdırmaq üçün X9 müvəqqəti olaraq 2009-cu ildə aldığı və özündə saxladığı Əhlidil Əliyevanın adına Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşmiş, hazırda Gəncə şəhəri, Nizami rayonu ərazisində yerləşən 1,10 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli və 0.08 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışlardan bilə-bilə istifadə etməklə xx.xx.2011-ci il tarixdə Göygöl rayon dövlət notariat kontoruna təqdim edib orada Əhlidil Əliyevanın nümayəndəsi kimi xx.xx.2011-ci il tarixdə AN-İ ******* və AN-İ ******* nömrəli alqı-satqı müqavilələri əsasında torpaq sahəsini anası Cavabdeh6 satıb həmin hüquq verən saxta müqavilələri qanunsuz olaraq əldə edib, bilə-bilə həmin saxta alqı-satqı müqavilələrindən istifadə etməklə həmin saxta müqavilələri xx.xx.2011-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə təqdim etməklə oradan Cavabdeh6 adına 1.10 ha torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli və 0.08 ha torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli saxta çıxarışları qanunsuz olaraq əldə edib ər-arvad olan Əhlidil Əliyevaya və Şərif Şərifova məxsus 1 sotunun dəyəri 1420 (min dörd yüz iyirmi) manat, ümumi dəyəri isə külli miqdar, yəni 167560 (yüz altmış yeddi min beş yüz altmış manat) manat təşkil edən 1,10 ha və 0,08 ha torpaq sahələrinə dair əmlak hüququnu vahid niyyətlə ələ keçirməklə dələduzluq etmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 1(100)-21/2021 nömrəli hökmünə əsasən Cavabdeh5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirli bilinib müddətin keçməsi ilə bağlı Cavabdeh5 CM-in 320.2-ci maddəsi ilə cəza təyin edilməmiş, lakin o, CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh5 həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 5 il 11 ay 28 müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cavabdeh5 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə 04 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Hökmə əsasən zərərçəkmiş şəxs X3 mülki iddiası baxılmamış saxlanılmış və ona mülki iddianı mülkimühakimə icraatı qaydasında verə biləcəyinə dair hüququnun olması izah edilmişdir. Həmçinin hökmlə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən, köhnə “MERO”-nun arxası deyilən ərazidə olan 1.10 ha və 0.08 ha torpaq sahəsinin üzərinə həbs qoyulması, həmin əmlakın özgəninkiləşdirilməsi ilə bağlı sərəncam vermək cavabdehə və üçüncü şəxsə qadağan edilməsi və həmin ünvanda cavabdehlər, həm də üçüncü şəxslər tərəfindən tikinti işləri aparılmasına müvəqqəti olaraq qadağa qoyulması barədə qərarın qüvvədə saxlanılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 1(104)- 464/2021 nömrəli hökmününə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2021ci il tarixli, 1(100)-21/2021 nömrəli hökmü Cavabdeh5 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, Cavabdeh5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə bəraət verilmiş və o Azərbaycan Respublikası adından təqsirsiz elan edilmişdir. Cavabdeh5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Həmin hökmə görə: - Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə bəraət verilmiş Cavabdeh5 onun həmin maddələrlə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz tutulması, barəsində qanunsuz qətimkan tədbiri seçilməsi, qanunsuz məhkəməyə verilməsi, barəsində qanunsuz hökmün çıxarılması nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi izah edilmiş; - Mülki iddia geri qaytarılmış; - Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən, köhnə “MERO”-nun arxası deyilən ərazidə olan 1,10 ha və 0,08 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına, həmin əmlakın özgəninkiləşdirilməsi ilə bağlı sərəncam verilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsinə və həmin ünvanda həm cavabdehlər, həm də üçüncü şəxslər tərəfindən tikinti işlərinin aparılmasına müvəqqəti olaraq qadağa qoyulmasına dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(100)- 21/2021 nömrəli qərarı ləğv edilmiş; - Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən, köhnə “MERO”-nun arxası deyilən ərazidə olan 1,10 ha və 0,08 ha torpaq sahəsinin üzərinə həbs götürülmüş və həmin torpaq sahəsi ilə bağlı bütün məhdudiyyətlər ləğv edilmişdir. Hökm elan edildiyi andan qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 1(102)-939/2022 nömrəli qərarına əsasən Cavabdeh5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə bəraət verilməsi haqqında Gəncə Apellyasiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 1(104)-464/2021 nömrəli hökmü ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 06 dekabr 2023-ci il tarixli, 1(104)-229/2023 nömrəli qərarına əsasən Cavabdeh5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 1(100)-21/2021 nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Zərərçəkmiş şəxs X3 nümayəndəsi Vəkil2 və zərərçəkmiş şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Hökm həmin apellyasiya protestinə və apellyasiya şikayətinə, habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsinə əsasən cəza təyin olunması hissəsində dəyişdirilmiş, cinayət məsuliyyətinə cəlb olunma müddəti keçdiyinə görə Cinayət-Prosessual Məcəllənin 39.1.3 və 42.2-ci maddələrinə əsasən, Cavabdeh5 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza təyin edilməsi və CM-in 70-ci maddəsinin tətbiq olunmasına dair müddəalar hökmdən xaric edilmişdir. Hökm apellyasiya protestinə və apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmış, qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minmişdir. Eləcə də məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhər 6 saylı notariat ofisində bağlanmış 24 dekabr 2021-ci il tarixli, 4Ə-90 reyestr nömrəli (AN-İ ******* nömrəli) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh6 adından Cavabdeh5 Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.1 ha torpaq sahəsini Cavabdeh9 20000 (iyirmi min) manata satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən reyestr nömrəsi **********22, qeydiyyat nömrəsi ********** olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 27 dekabr 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh9 adına mülkiyyət hüququ qeydə alınmışdır. 17 iyun 2022-ci il tarixli, AZ-İİ 280364 nömrəli ölüm haqqında şəhadətnaməsinə əsasən X13 02 iyun 2022-ci il tarixdə ölmüşdür. Ona görə də onun prosessual hüquqi varisi kimi arvadı X10 tanınmışdır. Məhkəmə iclasında iddiaçı tərəf iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, cavabdehlərdən Cavabdeh9 və onun nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbini qəbul etməmiş, cavabdehlərdən Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasında iştirak etməsələr də məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinə dair etiraz etmiş və iddianın rədd edilməsini xahiş etmişlər. Digər cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, ilk öncə mübahisənin həlli baxımından mülki qanunvericiliyinin bəzi normalarını, eləcə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hazırkı mübahisəyə dair hüquqi mövqelərini aşağıda qeyd etməyi lazım bilir. Belə ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 324.6-cı maddəsinə görə əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3 və 337.4-cü maddələrinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət, həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 362.1 və 362.2-ci maddələrinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlər əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. «Ə.İbrahimovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. «N.Əsədovanın şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Məhkəmə əqdin etibarsızlığı anlayışının nədən ibarət olmasını qeyd etməyi lazım bilir. Belə ki, svilistika doktrinasında əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı ədq kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Məsələn, vətəndaş öz bir otaqlı mənzilini qonşusuna satır. Onlar alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq etmirlər, habelə bu müqavilədən əmələ gələn hüquqlar dövlət qeydiyyatına alınmır. Bu müqavilə hüquqi nəticəyə səbəb olmur. Belə ki, həmin müqavilə alıcı rolunda çıxış edən qonşunun mənzil üzərində mülkiyyət hüququnun əmələ gəlməsinə dəlalət etmir. Ona görə ki, belə halda əqdin formasına aid tələbə riayət olunmamışdır. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqdlərin etibarsızlığı əqdlərin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticənin yaranmasına gətirib çıxarır. Etibarsız əqdlər hüquqazidd qeyri hüquqi hərəkətlərdir. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmasa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və xitam olunması ilə nəticələnmir. Əqdin etibarlı olması şərtlərindən biri iradə və iradənin vahidliyi (vəhdəti) hesab edilir. Əgər bu şərt pozularsa əqd etibarsız sayılır. Buna iradəsi qüsurlu olan əqd deyilir. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fəqləndirilir. Daxili iradə olmadan bağlanan əqdlər. Mülki qanunverciliyə görə, əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvercilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə - Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi etibarlı əqdin yaranması üçün əqdi əmələ gətirən iradə mövcud olmalıdır. Lakin mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarından görünür ki, nə zahiri ifadəyə görə, nə də başqa hallara görə X3 mülkiyyətində olmuş Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.10 ha torpaq sahəsinə dair onun adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 16 may 2011-ci ildə bağlanmış (AN-İ 0235474), 4Ə-2-225 reyestr nömrəli alqı-satqı müqaviləsi və Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair X3 adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 xx.xx.2011-ci ildə bağlanmış (AN-İ 0235473) 4Ə-2-226 reyestr nömrəli alqı-satqı müqaviləsi X10 və mərhum X8 iradəsini əks etdirməmiş, başqa sözlə onların həmin müqavilələrə dair iradələri mövcud olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Həmin Məcəllənin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Odur ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin Cavabdeh5 barəsində olan 12 iyul 2021-ci il tarixli, 1(100)-21/2021 nömrəli hökmünün sonuncunun dələduzluq əməli və sənədləri saxtalaşdırma ilə bağlı gəlmiş olduğu nəticə tamamilə öz təsdiqini tapdığından və həmin hissəyə dair məhkəmənin qənaəti qanuni qüvvədə olduğundan məhkəmə hüquqi müəyyənlik prinsipini baxımından bunu işin mübahisəsiz halı kimi qəbul edir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan insanlar qanunla müəyyən olunmuş qaydada daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının həqiqiliyinə etibad göstərməlidir. İnsanlar həmin reyestrindən əldə etdikləri məlumatları şübhə altına alan, dəyişən xarakterə malik olan və özü üçün neqativ nəticələrə səbəb olan başqa yeni məlumatları daimi olaraq gösləməməlidir. Bu baxımdan vurğulanmışdır ki, Mülki Məcəlləsinin 228.5-ci maddəsində əks olunmuş “mülkiyyətçinin razılı” müddəasının həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin ziddinə təfsiri Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi) və 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi), maddələrinin müddəaları ilə uyğunsuzluğa gətirib çıxara bilər (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı). Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin məhkəmənin başqa bir qərarı nəzərə alınaraq qeyd olunmuşdur ki, hüquqi müəyyənlik «res jurdicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz, işə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab oluna bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalmaq bu prinsipindən geri çəkilməyə haqq qazandırır. (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Rrabx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli işi) Ona görə də məhkəmə hesab edir ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.10 ha torpaq sahəsinə dair X3 adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 16 may 2011-ci ildə bağlanmış (AN-İ 0235474), 4Ə-2-225 reyestr nömrəli alqı-satqı müqaviləsi və Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair X3 adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 xx.xx.2011-ci ildə bağlanmış (AN-İ 0235473) 4Ə-2-226 reyestr nömrəli alqı-satqı müqaviləsi əhəmiyyətsiz (etibarsız) əqddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa, iddiaçı X11 hazırkı iddia tələbində yuxarıda qeyd edilən əqdlərlə yanaşı Cavabdeh6 ilə Cavabdeh8 arasında xx.xx.2018-ci il tarixdə 0,08 ha torpaq sahəsini 5000 manata satılmasına dair müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş xx.xx.2019-cu il tarixli, RX Seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, sonradan xx.xx.2019-cu il tarixli müqavilə ilə həmin torpaqdan 0,015 ha hissəsinin Cavabdeh8 tərəfindən Cavabdeh7 5000 manat müqabilində satılmasına dair müqavilənin etibarsız hesab edilməsi və xx.xx.2019-cu il tarixli RX Seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsini, həmçinin Cavabdeh6 ilə Cavabdeh9 arasında 24 dekabr 2021-ci il tarixdə 1.10 ha torpaq sahəsinin 20000 manata satılmasına dair Cavabdeh2 bağlanmış 4Ə-90 saylı alqı satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında verilmiş, xx.xx.2021-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını xahiş etmişdir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, qeyd edilən torpaq sahələrinin alqı-satqısına dair müqavilələrin etibarsız hesab edilməsini xahiş etsə də, iddiaçı Ə.D.Əliyeva iddiasının əsası kimi istinad etdiyi həmin halların həqiqliyi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan məhkəmə hesab edir ki, iddia tələbi həmin hissələrdə təmin oluna bilməz. Belə ki, məhkəmə iclasında, istər Cavabdeh6 ilə Cavabdeh8 arasında xx.xx.2018-ci il tarixdə 0,08 ha torpaq sahəsini 5000 manata satılması, istərsə də xx.xx.2019-cu il tarixli müqavilə ilə həmin torpaqdan 0,015 ha hissəsinin Cavabdeh8 tərəfindən Cavabdeh7 5000 manat müqabilində satılmasına dair müqavilənin etibarsız olmasına dəlalət edən sübutlar iş materiallarında mövcud deyildir. Başqa sözlə, mübahisələndirilən həmin alqı-satqı müqavilələri (əqdləri) üzrə alıcıların - əldə edənlərin vicdanlı olmamalarını təsdiq edən sübutları iddiaçı tərəf məhkəmə iclas zamanı sübut edə bilməmişdir. Azəbaycan Respublikası Mülki Məcəlləsinin: 4.3-cü maddəsinə görə dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.2-ci maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Göründüyü kimi, sadalanan normalar daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlak əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qorumaqdadır. Mülki Məcəllənin 140-cı maddəsindəki “prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin vicdanlı olmasının qəbul edilməli olmasıdır. Başqa sözlə, əldə edən şəxs özünün vicdanlı əldə edən olmasını isbat etməli deyil, əksinə, şəxsin vicdanlı əldə edən olmadığını bunu iddia edən tərəf sübuta yetirməlidir. Vicdanlı olmama faktının isbatı üçün əldə edən şəxsin əmlakı və ya hüququ əldə etməsinə mane olan halı (yəni iddiaçıların da torpaq üzərində hüquqlarının mövcud olduğunu) bilməsi və ya bilmək üçün ondan gözlənilən diqqəti göstərməməsinin sübut olunması tələb edir ki, belə bir sübut növü təqdim etməmişlər. Məhkəmə həmçinin Cavabdeh6 ilə Cavabdeh9 arasında 24 dekabr 2021-ci il tarixdə 1.10 ha torpaq sahəsinin 20000 manata satılmasına dair Cavabdeh2 bağlanmış 4Ə-90 saylı alqı satqı müqaviləsinin etibarsız hesab olunması ilə bağlı iddiaçının tələbinə münasibət bildirərək hesab edir ki, həmin hissədə də iddia tələbi təmin edilə bilməz. Məhkəmə bununla bağlı qənaətini Əhlidil Əliyeva ilə Cavabdeh6 arasında bağlanan etibarsız əqdlər istisna olmaqla digər əqdlərlə bağlı gəldiyi qiymətlə, yəni vicdanlılığa söykənən qənaətlə əsaslandırır. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh9 həmin torpaq sahəsini alan zaman onun əsil sahibinin kim olmasından xəbəri olmamış, nə də iddiaçı onun vicdansız davranmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə Cavabdeh9 1.10 ha torpaq sahəsini Cavabdeh6 adından Cavabdeh5 alan zaman həmin torpaq sahəsi üzərində heç bir qadağa, məhdudiyyət və ya həbs olmamış, əvvəllər qoyulmuş həbs və qadağalar isə Gəncə Apellyasiya Məhkəməsinin Cavabdeh5 barəsində çıxarmış olduğu 20 dekabr 2021-ci il tarixli bəraət hökmü ilə ləğv edilmişdir. Cavabdeh6 ilə Cavabdeh9 arasında rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi isə qanunvericiliyə uyğun olaraq notariat kontorunda tam legitim formada aparılmışdır. Bu baxımdan Cavabdeh9 da 1.10 ha torpaq sahəsini alan zaman vicdanlı əldə edən olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə etdiyi mövqeyinə görə, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmçinin, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Plenum qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə görə, Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə işin müəyyən olunmuş hallarını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, hesab edir ki, Cavabdeh9 vicdanlı əldə edən olduğundan, Cavabdeh6 ilə Cavabdeh9 arasında 24 dekabr 2021-ci il tarixdə 1.10 ha torpaq sahəsinin 20000 manata satılmasına dair Cavabdeh2 bağlanmış, 4Ə-90 saylı alqı satqı müqaviləsinin müqaviləsi etibarsız hesab edilə və həmin müqavilə əsasında sonuncuya verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarıış etibarsız edilə bilməz. Belə ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və ya bilməli olmalı, buna baxmayaraq əqdi bağlamalıdırlar. Hazırki halda isə Cavabdeh9 əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onlarda hər hansı şübhə olmamış və 1.10 ha torpaq sahəsi onun tərəfindən əvəzli şəkildə əldə edilərək, hüquqlarını qeydə aldırmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh6 ilə Cavabdeh8 arasında xx.xx.2018-ci il tarixdə 0,08 ha torpaq sahəsini 5000 manata satılmasına dair müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2019-cu il tarixli müqavilə ilə həmin torpaqdan 0,015 ha hissəsinin Cavabdeh8 tərəfindən Cavabdeh7 5000 manat müqabilində satılmasına dair müqavilənin etibarsız hesab edilməsi və həmçinin Cavabdeh6 ilə Cavabdeh9 arasında 24 dekabr 2021-ci il tarixdə 1.10 ha torpaq sahəsinin 20000 manata satılmasına dair Cavabdeh2 bağlanmış 4Ə-90 saylı alqı satqı müqaviləsinin etibarsız hesab olunması əsassız olduğundan müvafiq olaraq həmin alqı-satqı müqavilələri əsasında verilmiş çıxarışın ləğvinə dair hissədə də əsassızdır. Cavabdehlər Cavabdeh5 və Cavabdeh6 məhkəməyə ünvanladıqları iddia tələbinə dair etiraz ərizəsində iş üzrə iddiaçıların iddia müddətini ötürməsi səbəbindən iddia tələbinin rədd edilməsini, eyni zamanda iddia tələbinin onlara aid hissədə qeyd edilən məsələyə dair qüvvədə olan məhkəmə qətnamələrinin olması səbəbindən iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə, iş üzrə cavabdehlər Cavabdeh5 və Cavabdeh6 iddia müddətinin ötməsi ilə bağlı iddia tələbinin rədd edilməsinə dair dəlillərilə razışmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Lakin Etibarsız əqd arzu olunan hüquqi nəticəni yaratmadığına, habelə həmin əqd üzrə alınan maddi nemətlərdən bəziləri (məsələn, özlərinə xas fərdi-müəyyən əlamətlərinə görə fərqlənən əvəzedilməz əşyalar: avtomobil, torpaq sahəsi, mənzil və s.) əldə edənin əmlakına qarışmadığına görə onun mülkiyyətinə keçmiş sayılmır. Bu səbəbdən əmlakı verən tərəfin mülkiyyət hüququ aradan qalxmır və əldə edən tərəf varlanmış olmur. Belə olan halda, həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs mülkiyyət hüququna dayanaraq etibarsız əqd əsasında verilən daşınar əşyanın sahibliyinə qaytarılması (Mülki Məcəllə, maddə 157.2), yaxud daşınmaz əşyaya dair dövlət reyestrində düzəlişin aparılması (Mülki Məcəllə, maddə 141) barədə iddia qaldırdıqda, belə tələblərə Mülki Məcəllənin 354.1-ci maddəsindəki müddətin tətbiq edilməsi yolverilməzdir. Çünki, mülkiyyətçinin hüquqlarına münasibətdə (əşya hüquqlarının) pozuntuların aradan qaldırılması haqqında tələblərə iddia müddəti tətbiq edilmir (Mülki Məcəllə, 384.0.4). Bundan başqa, məhkəmə cavabdehlər Cavabdeh5 və Cavabdeh6 hazırkı iddia ilə bağlı məsələyə dair məhkəmə qətnamələri olduğundan icraata xitam verilməsinə dair dəlilinə də qiymət verərək qeyd edir ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 26 avqust 2019-cu il tarixli qətnaməsinə nəzər saldıqda müəyyən olunur ki, iddiaçılar X13 və X10 cavabdehlər Cavabdeh5, Cavabdeh6 Ələkbır qızına, Cavabdeh4na, maraqlı şəxs DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, X3 adından Cavabdeh5 ilə Cavabdeh6 arasında xx.xx.2011-ci il tarixdə Göygöl rayon Dövlət Notariat Kontorunda 4Ə-2-225 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin həmin məsələyə baxılaraq iddia tələbi rədd edilmişdir. Göründüyü kimi Göygöl Rayon Məhkəməsinin icraatında olan qeyd edilən tərəflər arasında 4Ə-2-225 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı olduğu halda, 4Ə-2-225 nömrəli alqı satqı müqaviləsinə münasibətdə tərəflər arasında olan hazırkı mübahisə başqa əsas, yəni əqdin etibarsızlığı ilə bağlıdır. Başqa sözlə birinci halda əqdin ləğvinə baxıldığı halda ikinci halda isə tamamilə başqa hüquqi nəticə doğuran əqdin etibarsızlığı ilə bağlı işə baxılır. Bu isə 4Ə-2-225 nömrəli alqı-satqı müqaviləsinə münasibətdə iş üzrə icraata xitam verilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, X3 mülkiyyətində olmuş Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.10 ha torpaq sahəsinə dair onun adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 16 may 2011-ci ildə bağlanmış (AN-İ 0235474) 4Ə-2-225 reyestr nömrəli alqı-satqı müqaviləsi və Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair X3 adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 xx.xx.2011-ci ildə bağlanmış (AN-İ 0235473) 4Ə-2- 226 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı X6 ona vurulmuş zərərin əvəzi qismində pul tələbinə dair cavabdehlər Cavabdeh5 və Cavabdeh6 qarşı məhkəmədə iddia qaldırmaq hüququ izah olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Odur ki, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh5 və Cavabdeh6 tutulub, iddiaçı X6 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. X3 mülkiyyətində olmuş Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.10 ha torpaq sahəsinə dair onun adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 16 may 2011-ci ildə bağlanmış (AN-İ 0235474), 4Ə-2-225 reyestr nömrəli alqı-satqı müqaviləsi və Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair X3 adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 xx.xx.2011-ci ildə bağlanmış (AN-İ 0235473) 4Ə-2-226 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı X6 ona vurulmuş zərərin əvəzi qismində pul tələbinə dair cavabdehlər Cavabdeh5 və Cavabdeh6 qarşı məhkəmədə iddia qaldırmaq hüququ izah olunsun. Məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh5 və Cavabdeh6 tutulub, iddiaçı X6 ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-36/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-36/2024
13.08.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver