Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3674/2025 14.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, xx.xx.1991-ci il tarixdə anadan olmuş X1 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xx.xx.1991-ci il tarixdə anadan olmuş X1 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.1991-ci il tarixdə anadan olmuş X5 onun qardaşıdır. Belə ki, mərhum qardaşı X5 xx.xx.2025-ci il tarixdə yaşadığı Gəncə şəhəri, Ə.Məmmədov küçəsi, 2-ci döngə, ev 5A ünvanında yerləşən fərdi yaşayış evinin sahəsində yerlışən çardağın talvarından təsərüffat təyinatlı iplə özünü asaraq öldürmüş və Gəncə şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bununla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılmış, X1 ölməsi faktı üzrə toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Buna görə də ərizəçi «Gəncə Şəhər Birləşmiş Xəstəxanası» X11 müraciət edərək X2 «ölüm haqqında tibbi şəhadətnamə»nin verilməsini xahiş etmişdir. «Gəncə Şəhər Birləşmiş Xəstəxanası» X10 xx.xx.20258-ci il tarixli 18-1-37/3-2344/2025 nömrəli məktubla «ölüm haqqında tibbi şəhadətnamə»nin verilməsindən imtina etmişdir. Bundan sonra o, Maraqlı şəxsnə müraciət edərək ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Maraqlı şəxs cavab olaraq ölüm haqqında şəhadnamənin verilməsindən imtina etmişdir. Hazırda ölüm haqqında şəhadətnamə olmadığı üçün X1 29 adına olan bəzi sənədləşmə işlərini həyata keçə bilmir. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xİİ-ЖГ seriyalı 320752 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1987-ci il tarixdə anadan olmuş Abdullayeva (Cəfərova) Yasəmən Hümbət qızının atası X6, anası isə X3r. İşdə olan XVİ-ЖГ seriyalı 312706 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci il tarixdə anadan olmuş X1 atası X6, anası isə X3r. İşdə olan Azərbaycan Respublikası «Tibbi ərazi X4»nin «Gəncə şəhər Birləşmiş xəstəxanası» X10 xx.xx.2025-ci il tarixli, 18-1-37/3-2344/2025 nömrəli məktubundan görünür ki, «Əhalinin sağlamlığının qorunması» haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin Qaydanın 4-cü bəndində «ölüm haqqında tibbi şəhadətnamə»nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. «Ölüm haqqında tibbi şəhadətnamə» mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 4.3-cü maddəsinə əsasən tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında «ölüm haqqında tibbi şəhadətnamə» patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Həmçinin həmin Qaydaların 5.3-cü cəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Odur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli «İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın təsdiq edilməsi barədə 05 saylı Qərarının 4.3 və 5.3-cü bəndinə əsasən ölüm hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfindən xx.xx.1991-ci il təvəllüdlü X2 aid ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə imtina edilir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli, 25-3-2-2-415-0269-4 nömrəli qərarın surətindən görünür ki, ünvan 1 ünvanda yaşayan X1 xx.xx.2025-ci il tarixdə yaşadığı evin həyətyanı sahəsində yerləşən çardaqdan təsərrüfat təyinatlı iplə özünü asaraq intihar etməsi faktı üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından rədd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16- 5/8-15-1223 nömrəli məktubdan görünür ki, X1 ölümü haqqında tibbi şəhadətnaməsinin olmaması nəzərə alınaraq, qeydiyyat şöbəsində Ərizəçi ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ Ərizəçi izah edilmişdir. Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə görə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X1 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Lakin ərizəçinin həmin faktı təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X1 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X1 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3674/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3674/2025
14.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver