Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3716/2025 24.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə, Üçüncü şəxslər Cavabdeh3 və Cavabdeh5 Heydar oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh4 və Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında və mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsızlığı, onun hüquqi nəticələrinin ləğv edilməsi və miras mülkün vərəsələr arasında bərabər paylarla bölünməsi tələblərinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Heydar oğluna və Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında və mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsızlığı, onun hüquqi nəticələrinin ləğv edilməsi və miras mülkün vərəsələr arasında bərabər paylarla bölünməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 1 saylı Notariat ofisinin xx.xx.1994-cü il tarixli, 2V-2-476 nömrəli reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmçinin xx.xx.1994-cü il tarixli, 2V-2-475 nömrəli reyestrdə qeydə alınmış mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras mülkün vərəsələr arasında bərabər paylarla bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1967-ci il tarixdə anası X3 şəhəri Ə.B.Hüseynzadə küçəsi, 1-ci döngə, ev 2 ünvanında yerləşən fərdi yaşayış evini X7 almışdır. Atası Cavabdeh4 anası X8 ilə xx.xx.1968-ci il tarixdə Gəncə şəhər Qeydiyyat Şöbəsində qeydə alınmış rəsmi nikahlarından isə İddiaçı Heydər qızı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Heydar oğlu anadan olmuşdur. X17 xx.xx.1993-cü ildə vəfat etmişdir. Anasından miras qalmış fərdi yaşayış evinə dair arxiv sənədlərinin ona verilməsi ilə bağlı 3 saylı Gəncə Ərazi idarəsinin müraciətinə xx.xx.2025-ci il tarixli cavab məktubundan sonra məlumatı oldu ki, atası Cavabdeh4 birgə nikah dövründə əldə olunmayan əmlaka, yəni anası Pəri Quliyev tərəfindən alınmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.1994-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ və mülkiyyət hüququ haqqında şəhadətnamə almış, nəticədə vərəsələri qanunla onlara çatası paydan məhrum etmişdir. Odur ki, hazırda hazırki ərizə ilə məhkəməyə müraciət edir və hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçı nümayəndəsi, vəkil Nümayəndə məhkəməyə ərizə təqdim edərək, cavabdehlərdən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Heydar oğlunun müstəqil tələb irəli sürən üçüncü şəxslər kimi, Gəncə şəhəri 1 saylı Notariat ofisinin isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi əvəz edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirak etmiş, təmsil etdiyi iddiaçının iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, sonda iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə üçüncü şəxs Cavabdeh3 iştirak etmiş, mərhum anası X4 qalmış miras əmlak barəsində atasına verilmiş şəhadətnamələrin qanunsuz verildiyini bildirmiş və mərhum anasından qalmış miras əmlakda ölənin bütün övladlarının bərabər-yəni 1/4 paylarını müəyyən edən qətnamə çıxarılmasın xahiş etmişdir. Məhkəmədə üçüncü şəxs Cavabdeh5 Heydar oğlu iştirak etmiş, mərhum anası X4 qalmış miras əmlak barəsində atasına verilmiş şəhadətnamələrin qanunsuz verildiyini bildirmiş və mərhum anasından qalmış miras əmlakda ölənin bütün övladlarının bərabəryəni 1/4 paylarını müəyyən edən qətnamə çıxarılmasın xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında üçüncü şəxs Cavabdeh2 Heydar oğlu iştirak etmiş, mərhum anası X4 qalmış miras əmlak barəsində atasına verilmiş şəhadətnamələrin qanunsuz verildiyini bildirmiş və mərhum anasından qalmış miras əmlakda ölənin bütün övladlarının bərabər-yəni 1/4 paylarını müəyyən edən qətnamə çıxarılmasın xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh4 izahatında bildirmişdir ki, iddiaçı iddia müddəti keçdikdən sonra, yəni 31 ildən sonra məhkəmədə iddia qaldırmışdır. Bu da qəbul edilməzdir. İddaçı İddiaçı Heydər qızının iddia ərizəsinin müddəti keçdiyinə görə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə məhkəməyə (etiraz) ərizə vermişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh4 və üçüncü şəxs Cavabdeh2 məhkəmənin sonuncu iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh4 və üçüncü şəxs Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Gəncə şəhəri 1 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə Cavabdeh4, üçüncü şəxslər Cavabdeh2 və Gəncə şəhəri 1 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi, vəkil Nümayəndə, üçüncü şəxslər Cavabdeh3 və Cavabdeh5 Heydar oğlunun izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 12 yanvar 1993-cü ildə ölmüşdür. İşdə olan Gəncə şəhəri 1 nömrəli dövlət notariat kontorunun xx.xx.1994-cü il tarixli ər-arvadın ümumi birgə mülkiyyətindəki pay üçün sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 12 yanvar 1993-cü ildə vəfat etmiş X1 qalmış əri Cavabdeh4 onların nikah dövründə əldə etdikləri ümumi birgə əmlak olan Gəncə şəhəri, Ə.Hüseynzadə küçəsi, döngə 1, 2 saylı evin ½ hissəsinə mülkiyyət hüququ vardır. İşdə olan Gəncə şəhəri 1 nömrəli dövlət notariat kontorunun xx.xx.1994-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 12 yanvar 1993-cü ildə vəfat etmiş X5 vərəsələri, əri Cavabdeh4, oğulları Cavabdeh2 və Cavabdeh5, qızları X6 və X9 hər biri miras əmlakdan bərabər hissələrdə irs almadır. Miras əmlak Gəncə şəhəri, Ə.Hüseynzadə küçəsi, döngə 1, 2 saylı evdən ibarətdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində işin halları kimi müəyyən edilmişdir ki, iddiaçının anası, mirasqoyan X8 12 yanvar 1993-cü ildə ölmüşdür. Həmin vaxt X2nın qanun üzrə birinci növbəli beş vərəsəsi-əri Cavabdeh4 və hazırki işdə tərəflər olan dörd övladı olmuşdur. X2 xx.xx.1967-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini X7 almışdır. Gəncə şəhəri 1 nömrəli dövlət notariat kontorunun xx.xx.1994-cü il tarixli ərarvadın ümumi birgə mülkiyyətindəki pay üçün sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə ilə 12 yanvar 1993-cü ildə vəfat etmiş X4 miras qalmış Gəncə şəhəri Ə.B.Hüseynzadə küçəsi, 1-ci döngə, 2 saylı evin 1/2 hissəsi ölənin sağ qalmış əri Cavabdeh4 əmlakı hesab edilmişdir. Gəncə şəhəri 1 nömrəli dövlət notariat kontorunun xx.xx.1994-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 12 yanvar 1993-cü ildə vəfat etmiş X4 miras qalmış Gəncə şəhəri, Ə.Hüseynzadə küçəsi, döngə 1, 2 saylı evdən ibarət miras əmlakda ölənin vərəsələri-əri Cavabdeh4, oğulları Cavabdeh2 və Cavabdeh5, qızları X6 və X9 olmaqla hər birinin bərabər miras paylarının olması barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından və tərəflərin verdiyi izahatlardan müəyyən edilir ki, Gəncə şəhəri 1 nömrəli dövlət notariat kontorunun 1994-cü ildə vermiş olduğu həmin şəhadətnamələrdən vərəsələr həmin vaxtdan məlumatlı olmuşlar və iddiaçının həmin vaxt 24 yaşı olmuşdur. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin şəhadətnamələrin etibarsız sayılmasını xahiş etmişdir. Mərhum mirasqoyan X8 12 yanvar 1993-cü ildə öldüyündan və həmin əmlak barəsində Gəncə şəhəri 1 nömrəli dövlət notariat kontorunun ər-arvadın ümumi birgə mülkiyyətindəki pay üçün sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə, həmçinin, Gəncə şəhəri 1 nömrəli dövlət notariat kontorunun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.1994-cü il tarixdə verildiyindən, həmin miras əmlak barəsində olan mübahisəyə 2000-ci ilədək qüvvədə olan (əvvəlki) Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin vaxt qüvvədə olan, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Həmin Məcəllənin 562-ci maddəsinə əsasən, vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. ` Həmin Məcəllənin 73-cü maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 77-ci maddəsinin mətn və məzmununa əsasən, iddia müddəti tərərflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən, iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Baxılan işdə iddiaçı 1993-cü ildə olmüş anasından miras qalmış əmlak barəsində xx.xx.1994-cü il tarixdə verilmiş "Sağ qalmış ərə verilən mülkiyyət hüququ haqqında Şəhadətnamənin" və "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin" etibarsız sayılması tələbinə dair hazırki iddianı qaldırmışdır. Cavabdeh4 isə hazırki iddiaya qanunla müəyyən edilmiş iddia müddətinin tətbiq edilməsini və irəli sürülən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissəsi üzrə iddiaçı əvvəlki Mülki Məcəllənin 73-cü maddəsi ilə nəzərdə tutulan üç illik iddia müddətini ötürdüyündən (cavabdeh özü də iddia tələbinin həmin hissəsinə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.) iddia tələbinin həmin hissəsinə üç illik iddia müddəti tətbiq edilməli və iddia həmin hissələrdə təmin edilməməlidir. Beləliklə, məhkəmə hazırki işin müəyyən edilən hallarına tətbiq edilməli olan, yuxarıda qeyd edilən maddi hüquq normalarının tətbiqindən belə qərara gəlir ki, iddiaçının irəli sürdüyü iddia tələbinin ünvan 4 ünvanda yerləşən miras mülkə dair xx.xx.1994-cü il tarixli " ər-arvadın ümumi birgə mülkiyyətindəki pay üçün sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin" və həmin tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin" etibarsız sayılması hissələri qanuni əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə, həmçinin nəzərə alır ki, iddia tələbinin qalan hissələri həmin şəhadətnamələrin etibarsız sayılması halında təmin oluna bilən tələblərdir ki, artıq yuxarıda qeyd edildiyi kimi, şəhadətnamələrin etibarsız sayılması tələbi hissədə iddia əsassız sayılmışdır. Ona görə də, məhkəmə hesab edir kı, qalan tələblər üzrə araşdırmaların aparılmasına zərurət qalmır və qalan tələblər də təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 357 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh4 və Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında və mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsızlığı, onun hüquqi nəticələrinin ləğv edilməsi və miras mülkün vərəsələr arasında bərabər paylarla bölünməsi tələbinə dair iddia əsassız olduğundan təmin olunmasın. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-3716/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3716/2025
24.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver