Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3723/2025 22.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, Ərizəçi və Maraqlı şəxs-Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, Müəyyənetdi: Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu, xx.xx.1977-ci il təvəllüdlü X9 Bakı şəhərində TTTY şöbəsində ağır vəziyyətində olduğu üçün ürək dayanması nəticəsində (bioloji ölüm) ölüm faktının müəyyən edilməsi və onun adına "X8‘"nin verilməsi barədə qətnamə qəbul edilməsini və həmin qətnamənin icrasını AR Ədliyyə Nazirliyi Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə (VVAQ) həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək, oğlu-X9 03 fevral 2025-ci il tarixdə ölməsi faktı müəyyən edilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, O Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olaraq orada yaşayır. Məhkəməyə ərizə ilə müraciət etmə səbəbi oğlu xx.xx.1977-ci il tarixdə doğulmuş X12 qarın ön divarında yırtığı, yoğun bağırsağın damar xəstəliyi, bağırsaq əməliyyatından sonra vəzyətin ağırlaşması və şəkərli diabetdən xəstəxanada müalicələr alaraq digər xəstəxanaya köçürülərkən dünyasını dəyişməsi ilə bağlıdır. Belə ki, oğlu X19 şəhər Abbas Səhhət xəstəxənasında müalicə aldığı zaman oğlunun vəzziyəti ağırlaşdığından və damar mənşəli problemlərin olmasını nəzərə alaraq xx.xx.2025-ci il tarixində Bakı şəhərinə başqa tibb müəssəsinə göndərilmişdir. Oğlu xx.xx.2025-ci il tarixində saat 07:20 radələrində Gəncədən KTM təcili tibbi yardım şöbəsinə daxil olmuşdur. Daxil olarkən ümumi vəziyyəti ağır qiymətləndirilmişdir. Oğlunun ümumi vəziyətini nəzərə alaraq reanimasiya şöbəsinə yatışa verilməsi qərara alınsa da, təcili yardım şöbəsində ürək dəyanması baş vermişdir. Həyat dəstəyinin 45 dəqiqə davam etdirilməsinə baxmayaraq bioloji ölüm baş vermişdir. Bununla bağlı TTTY şöbəsinin həkimi Şəhla Qasımova tərəfindən akt tərtib edilmişdir. Bu xronoloji hadisə tibbi sənədlərlə öz tədiqini tapır. Orada oğlu Ceyhunun ölümünün səbəbini müayinə etmək üçün onun meyidini ekspertiza şöbəsinə aparmışdılar. O, dini inancları ilə bağlı meyitin yarılmasına razılıq verməmişdir. Ona görə ölümün səbəbi barədə rəsmi sənəd verilməmişdir. Buna dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekpertiza və X7" X20tərəfindən №1573 xx.xx.2020 il və №1862 2309.2020 il tarixli məktubları ilə "Meyitin yalnız xarici müayinəsi əsasında ölümün səbəbini təyini və "X8"nin (Forma 106) verilməsi məhkəmə-tibb ekspertinə qadağandır" əsasını göstərərək aidiyyəti üzrə məhkəməyə müraciət etməsini bildirmişlər. Daha sonra Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, xx.xx.2025-ci il tarixli №3-16-5/8-1 5-959 saylı məktub ilə qeydiyyat şöbəsi tərəfindən "Forma 106" təqdim edilmədiyi səbəbindən VVAQ tərəfindən ölümün qeydə alınması və bu barədə "X8" verilməsinin mümkün olmadığı, "ölüm faktının müəyyən edilməsi" məqsədi ilə məhkəmə orqanına müraciət etməsini bildirmişlər. Hal-hazırda oğlu xx.xx.1977-ci il təvəllüdlü X9 ölüm faktının müəyyən edilməsi və VVAQ şöbəsində bu faktın qeydə alınması üçün aidiyyati məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bu səbəbdən Azərbaycan Respublikası MPM-də təsbit olunmuş hüquqlarından istifadə edərək “Xüsusi icraat qaydasında" ərizə vermək məcburiyyətindədir. Belə ki, AR MPM əsasən məhkəmə xüsusi icraat qaydasında "hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında" işlərə baxır. Odur ki, məhkəməyə müraciət edərək qeyd edilən faktın doğruluğu ilə bağlı qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi iştirak edərək, ərizənin məzmununda izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs nümayəndəsi X10 iştirak edərək, ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, onun atasıxx.xx.1977-ci il təvəllüdlü X12 02 fevral 2025-ci il tarixdə ölmüşdür. Məhkəmədə digər Şahid2 ifadəsində bildirmişdir ki, onun atası-xx.xx.1977-ci il təvəllüdlü X12 02 fevral 2025-ci il tarixdə ölmüşdür. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 1 saylı Gəncə “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1977ci il tarixdə doğulmuş X9 atası Ərizəçi, anası isə X2r. Qeyd edilən sübutdan müəyyən olunur ki, Ərizəçi barəsində ərizə verilən X9 atasıdır və hazırki ərizə ilə məhkəməyə müraciət emək hüququ vardır. İşdə olan Maraqlı şəxs tərəfindən X6 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’’nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X1 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından qeydiyyat şöbəsində ərizənin təmin edilməsinin mümkün olmadığı, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. Mülki işin materiallarında olan, Gəncə şəhəri "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, X12 03 fevral 2025-ci il tarixdə 4 nömrəli qəbiristanlıqda dəfn edilmişdir. Mülki işin materiallarında olan, xx.xx.2025-ci il tarixli aktdan görünür ki, mərhum X12 03 fevral 2025-ci il tarixdə ölmüşdür. X4 tərəfindən verilmiş məlumata əsasən mərhum xx.xx.1977-ci il təvəllüdlü X3 şəhər Abbas Səhhət xəstəxanasına müraciət etmişdir. Və mərhuma “qarının ön divarının yırtığı,yoğun bağırsağın damar xəstəliyi,bağırsağın infaktı,əməliyyatdan sonrakı vəziyyəti şəkərli diabet, K43, K550, E11” diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmədə iclasında ərizəçinin izahatı, ifadə vermiş şahidlərin ifadələri və iş materialları ilə təsdiq olundu ki, Ərizəçi övladı-xx.xx.1977-ci il tarixdə anadan olmuş X12 03 fevral 2025-ci il tarixdə ölmüş və Gəncə şəhərinin 4 nömrəli qəbiristanlığında dəfn edilmişdir. Maraqlı şəxs tərəfindən mərhum X9 ölümü haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8-ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. Məhkəmə hesab edir ki, ərizənin təmin olunması üçün əsaslar vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində doğulmuş X9 03 fevral 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-3723/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3723/2025
22.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver