Məhkəmə qərarları › İş №2(125)-3729/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3729/2025

11.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3729/2025 11.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə, Ərizəçi – mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs göstərməklə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək keçmiş həyat yoldaşı olan Maraqlı şəxs ilə ümumi övladları – xx.xx.2011ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər uşaq üçün 150 manat alimentin tutulması barədə Gəncə 1 saylı Mediasiya Təşkilatında bağladıqları barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə, Ərizəçi ilə Maraqlı şəxs rəsmi nikahından iki uşaq – xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X9 anadan olmuşdur. Yetkinlik yaşına çatmayan uşaqlar hazırda ərizəçinin yanındadır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5826/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X6 cavabdeh Maraqlı şəxs qarşı «nikahın pozulması» tələbinə dair iddia tələbinin təmin edilməsi, X10 ilə Maraqlı şəxs arasında 08 iyul 2011-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində bağlanaraq, 434 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Ərizəçi məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, keçmiş həyat yoldaşı olan Maraqlı şəxs ilə 2010-cu ildə evlənmişlər. Məhkəmənin 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikahdan Yusif və Ayxan adlı iki övladları var. Kiçik oğlu anadangəlmə əlildir. Həmçinin məhkəmədən əvvəl mediasiya sessiyasında nikahın pozulması, uşaqların onun yanında saxlanması və onların saxlanması üçün hər uşağa görə 150 manat alimentin tutulması haqqında barışıq sazişi imzalamışlar. Lakin maraqlı şəxs alimenti vaxtlı-vaxtında ödəmir və sazişi pozur. Ona görə də məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, barışıq sazişi üzrə alimenti maraqlı şəxs ödəsə də, hər dəfə ödənişlərin əldə edilməsində çətinlik yaranır, ona görə də hesab edir ki, barışıq sazişi aliment hissədə məcburi icraya yönəldilməli və aliment ona icra qaydasında ödənilməlidir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs ərizənin təmin edilməsinə, yəni barışıq sazişinin alimentlə bağlı hissədə təsdiq edilməsinə etiraz etmədi. Həmçinin izahatında bildirdi ki, alimenti artıqlamasıyla vaxtlı-vaxtında ödəyir, heç vaxt gecikməsi olmayıb. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, 02586 nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs aşağıdakı məzmunda saziş bağlamışlar:

1. Birinci tərəf; X10 və Maraqlı şəxs xasiyyətləri tutmadığı üçün könüllü olaraq nikahlarının Məhkəmə qaydasında pozulmasına və digər şərtləri öz aralarında müəyyən etməyə razılaşdılar.

2. Tərəflər Nikahın pozulmasını Məhkəmə qaydasında olmasına uşaqların ana himayəsində saxlanılmasına, iki az yaşlı uşaqların saxlanılması üçün hər birinə hər ay 150 manat cəmi 300 manat aliment pulunun ananın kartına göndərilməsinə, və atanın istədiyi vaxt uşaqları ilə görüşməsinə, ünsiyyət saxlamasına razılaşdılar.

3. İkinci tərəf sayılan Maraqlı şəxs nikahın pozulması, uşaqlarnın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər birinə 150 manat cəmi 300 manat aliment pulunu ana X2 göndərməyə, uşaqların ana himayəsində saxlanılmasına və uşaqlarla istədiyi vaxt görüşməsinə razılaşdığını bildirdi.

4. Tərəflər Nikahın pozulması Mediatorun səlahiyyətində olmadığı üçün Məhkəməyə müraciət etməyə və digər şərtləri öz aralarında müəyyən etməyə razılaşdılar.

5. Bununlada tərəflər X10 və Musayev X3 yazılanları oxudular, dinlədilər və imza atmağa razılaşdılar.

6. Tərəflər Məhkəmədən üç ay müddət və vaxt verməsini istəmirlər tez bir vaxtda nikahlarının pozulmasını istəyirlər və xahiş edirlər.

7. Tərəflər Barışıq sazişinə əsasən bir-birilərinə verdikləri sözlərə görə gəcələkdə məsuliyyətsizlik etsələr tərəf-tərəfi Məhkəməyə verə bilər. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində ərizəçi və maraqlı şəxs arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Hüseynova (Musayeva) Esmira Habil qızının xeyrinə hər ay hər bir uşağa görə 150 manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimenti ananın kartına ödəyəcəyini öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini tam olaraq könüllü icra etmədiyindən, eləcə də barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X7 aliment ödənilməsi ilə bağlı mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, 02586 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni:

1. “Tərəflər iki az yaşlı uşaqların saxlanılması üçün hər birinə hər ay 150 manat cəmi 300 manat aliment pulunun ananın kartına göndərilməsinə razılaşdılar.

2. İkinci tərəf sayılan Maraqlı şəxs uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər birinə 150 manat cəmi 300 manat aliment pulunu ana X2 göndərməyə razılaşdığını bildirdi.” hissəsində təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Hüseynova (Musayeva) Esmira Habil qızı və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, 02586 nömrəli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin:

1. “Tərəflər iki az yaşlı uşaqların saxlanılması üçün hər birinə hər ay 150 manat cəmi 300 manat aliment pulunun ananın kartına göndərilməsinə razılaşdılar.

2. İkinci tərəf sayılan Maraqlı şəxs uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər birinə 150 manat cəmi 300 manat aliment pulunu ana X2 göndərməyə razılaşdığını bildirdi.” Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar