Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3744/2023 12.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin iştirakı ilə, Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, Maraqlı şəxs qismində göstərməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, uşağı - xx.xx.1990-cı il təvəllüdlü X1 xx.xx.1990-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edlməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə X2 xx.xx.1990-cı il tarixdə doğulmuşdur, atası – X3, anası - Ərizəçidır. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, o əri X3 ilə 01 dekabr 1983-cü ildə ailə həyatı quraraq nikahlarını rəsmiləşdirmişdir. Onların birgə nikahından 30 avqust 1984-cü ildə Şahin, 11 oktyabr 1985-ci ildə Nizami, 20 noyabr 1987-ci ildə Sevda və 15 yanvar 1990-cu ildə Samirə adlı uşaqları doğulmuşdur və uşaqlarının hər birinə doğum şəhadətnaməsi almışlar. Sonuncu uşaqları Samirə xəstə doğulmuşdur, Samirə bir neçə ay yaşadıqdan sonra xəstə olduğundan ölmüşdür. Uşaq vəfat etdikdən sonra əri X3 və qonşular ilə bir yerdə uşağı aparıb dəfn etmişdilər. Uşaq körpə olduğundan, yəni bir neçə aylıq olduğundan ölən uşağa ölüm haqqında şəhadətnamə almamışlar. Körpə uşaq üçün ölüm haqqında şəhadətnamə almalı olduqlarını düşünməmişlər və hazırki günədək onun ölüm haqqında şəhadətnaməsi onlara lazım olmamışdır. Mərhum əri Birinci Qarabağ müharibəsinin iştirakçısı olmaqla, ikinci qrup Qarabağ əlili idi. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Birinci Qarabağ müharibəsi əlillərinə və onların ailə üzvlərinə müəyyən məbləğdə kompensasiya verilir. İkinci qrup Qarabağ əlili olan mərhum ərinin adına olan pulu alması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmiş, ona bildirmişlər ki, mərhum ərinin bütün vərəsələri gəlməlidir. Qızları Samirə vəfat etdiyindən, lakin ona ölüm haqqında şəhadətnamə almadıqlarından o hazırda “yaşayan” kimi göstərildiyi üçün mərhum əri üçün veriləcək vəsaiti ala bilməmişdir. Belə olan halda əvvəlcə Maraqlı şəxsnə Samirə adlı uşağına ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişlər, lakin uşağın ölməsinə dair həkim arayışı olmadığından Maraqlı şəxs tərəfindən onlara imtina cavabı verilmiş və məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Odur ki, ölüm haqqında şəhadətnamənin əldə edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, qızı X2 xx.xx.1990-cı il tarixdə yarımçıq, yəni vaxtından əvvəl doğulmuş uşaq olduğundan çox yaşamamışdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs, məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, ərizəçi onun xalası qızıdır, onun yarımçıq uşağı doğulmuşdu, uşaq xəstə idi, çox yaşamadı, təxminən iki ay yaşadı, ev şəraitində öldü, Gəncə şəhərində də dəfn olunubdu. Şahid ifadəsində bildirdi ki, ərizəçi onun qardaşının arvadıdır. Qardaşının Samirə adlı uşağı xx.xx.1990-cı il tarixdə doğulmuş, təxminən 2 aydan sonra, yəni xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1990-cı il tarixdə doğulmuş X1 xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində ev şəraitində ölməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/8-15-139/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə X1 ölüm haqqında tibbi şəhadətnaməsinin olmaması səbəbindən onun ölümünün qeydə alınmasından imtina edilmişdir. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X8 cavab məktubu ilə ərizəçiyə bildirilmişdir ki, xx.xx.1990-cı il təvəllüdlü X2 haqqında arxiv sənədinin (25 il) saxlama müddəti keçdiyi üçün heç bir məlumat verilə bilmir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar – MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, xx.xx.1990-cı il təvəllüdlü X2 ərizəçinin uşağıdır və o, xx.xx.1990-cı ildə Gəncə şəhərində ev şəraitində ölmüşdür. Bu fakt, şahidlərin ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni ala bilməmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində qeyd edilməsi mümkün olmamışdır. X1 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə müvafiq sosial yardım, pensiya ilə əlaqədar lazımdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1990-cı il tarixdə doğulmuş X1 xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3744/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3744/2023
12.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver