Məhkəmə qərarları › İş №2(125)-3750/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3750/2023

19.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3750/2023 19.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçin Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş anası mərhum X5 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, mərhum anası X7 xx.xx.1941-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Anası ürək çatışmazlığından və digər xəstəliklərdən əziyyət çəkərək 12.03.203-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Gəncə şəhərində yerləşən 4 nömrəli qəbiristanlıqda dəfn olunmuşdur. O, anasının vərəsəsi kimi tanınıb vərəsəlik şəhadətnaməsini əldə etmək üçün notariat orqanına müraciət etmiş, ancaq anasının ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Buna görə də, anasının ölüm haqqında şəhadətnaməsinin alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən müraciəti təmin edilməmiş və ona bildirilmişdir ki, ölümün qeydiyyatı tibb müəssisəsi tərəfindən verilmiş ölüm faktını təsdiq edən tibbi şəhadətnamə əsasında qeydə alına bilər.Tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə ala bilmədiyi üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X3 izahatında göstərdi ki, Ərizəçi bibisi qızı, mərhum Əhmədli Mina isə bibisidir.Bibisi Mina mart ayında Bakıda vəfat etmiş, ancaq Gəncədə dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- Xİİİ-JQ 350976 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 anası X2 qeyd edilmişdir. MedServis özəl tibb mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2022-ci il tarixində ambulator olaraq «MedServis» özəl tibb mərkəzinə müraciət etmiş, həkim-terapevtin qəbulunda olmuş, müayinələrdən keçmiş və ÜİX:Gərginlik stenokardiya funksional sinif İİİ, səyrici aritmiya taxisistolik forma, hipertoniya xəstəliyi İİ dərəcə və ürək çatışmazlığı İİ mərhələ diaqnozları qoyulmuşdur. Təcili və X4 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:43-də X5 həkimə qədər ölümü müəyyən edilmişdir. Gəncə şəhəri "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 07 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2023-cü il tarixdə 4 nömrəli qəbiristanlıqda dəfn olunmuşdur. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-367/2023 nömrəli məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X5 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. AZE 03668379 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1941-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Qəbirüstü abidənin fotoşəklindən görünür ki, X5 2023-cü ildə öldüyü qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadəsi və təqdim olunmuş sənədlərlə sübut olundu ki, ərizəçinin anası X7 12 mart 2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Göründüyü kimi, ərizəçi anası X5 ölməsi faktını təsdiq edən lazımı sənədi əldə edə bilmir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməli, ərizəçinin anası X5 12 mart 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. 31 mart 1941-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X5 12 mart 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar