Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3754/2025 21.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, Ərizəçi və Maraqlı şəxs- Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü il tarixdə anadan olmuş həyat yoldaşı X4 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin həyat yoldaşı xx.xx.1963-cü il təvəllüdlü X9 qəfil ürək tutmasından xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində dünyasını dəyişmişdir. Belə ki, parkda olarkən həyat yoldaşının halı pisləşmiş, TTTY gəlsə də, yoldaşının həyatını xilas edə bilməmişdir. Lakin ərizəçi yoldaşınının ölümü ilə bağlı ölüm haqqında şəhadətnamə ala bilmir. Həm müvafiq tibb müəssisəsi, həm də Qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnaməni verməkdən imtina etmişdir. Bu səbəbdən ərizəçi həyat yoldaşının vəfatı ilə əlaqədar onun dəfn pulunu da ala bilməyib. Odur ki, məhkəməyə müraciət edərək qeyd edilən faktın doğruluğu ilə bağlı qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi iştirak edərək, ərizənin məzmununda izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə maraqlı şəxs-Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X10 iştirak etmiş və ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 Kəmaləddin qızı ifadəsində bildirmişdir ki, X9 xx.xx.2025-ci il tarixdə onunla birlikdə Gəncə şəhərində parkda gəzərkən qəflətən halı pisləşmiş və az bir müddət sonra ölmüşdür. Məhkəmədə digər Şahid1 ifadə verərək, anası X4 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində ölməsi faktını təsdiq etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.1963-cü il tarixdə Gəncə şəhərində doğulmuşdur, atası X6, anası isə X2r. Mülki işin materiallarında olan nikah haqqında şəhadətnaməynin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X9 xx.xx.1984-cü il tarixdə rəsmi nikah bağlamışlar və nikah bağlandıqdan sonra arvada Salahova soyadı verilmişdir. Qeyd edilən sübutdan müəyyən olunur ki, Ərizəçi barəsində ərizə verilən X4 əridir və hazırki ərizə ilə məhkəməyə müraciət emək üçün subyektiv hüququ vardır. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’’nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X1 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından qeydiyyat şöbəsində ərizənin təmin edilməsinin mümkün olmadığı, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. Mülki işin materiallarında olan, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Respublika Təcili və X7” Mərkəzi PHŞ Gəncə şəhər TTTYS xx.xx.2025-ci il tarixli, 904 nömrəli məlumatdan görünür ki, xx.xx.2025-ci il tarixdə saar 20:46 radələrində H.Əliyev parkında X9 adına çağırış olmuş, çağırış yerinə gələn həkim Nəbiyeva Gülnarə xəstəyə həkimə qədər ölüm diaqnozu qoymuşdur. Beləliklə, məhkəmədə iclasında ərizəçinin izahatı, ifadə vermiş şahidlərin ifadələri və iş materialları ilə təsdiq olundu ki, Ərizəçi arvadı-xx.xx.1963-cü il tarixdə anadan olmuş X9 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Maraqlı şəxs tərəfindən mərhum X4 ölümü haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8-ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. Məhkəmə hesab edir ki, ərizənin təmin olunması üçün əsaslar vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. xx.xx.1963-cü il tarixdə Gəncə şəhərində doğulmuş Salahova (İbrahimova) Yeganə Qoçax qızının 16 may 2025-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-3754/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3754/2025
21.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver