Məhkəmə qərarları › İş №2(125)-3790/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3790/2025

04.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3790/2025 04.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərlə onun arasında mərhum atasına məxsus miras əmlakın ¼ və ¾ hissə ilə real bölgüsünün aparılması, bu mümkün olmadıqda isə mülkün açıq hərracda satılması və pulun paylarına uyğun bölgüsünün aparılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 1, mənzil 2, Yeni qaydalarla Gəncə şəhəri, Pərviz Səmədov küçəsi, giriş 64, mənzil 1, mənzil 2-nin paylara münasib ¼ və ¾ hissə ilə bölgüsünün aparılması, bu mümkün olmadıqda mülkün açıq hərracda satılması və satış pulunun paylara müvafiq ¼ və ¾ hissə ilə onunla cavabdehlərin arasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3206/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərlə onun arasında mərhum atasına məxsus miras əmlakın ¼ və ¾ hissə ilə real bölgüsünün aparılması, bu mümkün olmadıqda isə mülkün açıq hərracda satılması və pulun paylarına uyğun bölgüsünün aparılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verilməmiş, yenidən eyniməzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, əvvəlki məhkəmə qərardadında göstərilən nöqsanlar tam aradan qaldırılmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 150.1.5-ci maddəsinin tələbinə görə iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir İddia ərizəsinə iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilməmişdir. Belə ki, iddiaçı cavabdehlərin həmin əmlaka aidiyyəti ilə bağlı hər hansı sübutunu iddia ərizəsinə əlavə etməmişdir. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərlə onun arasında mərhum atasına məxsus miras əmlakın ¼ və ¾ hissə ilə real bölgüsünün aparılması, bu mümkün olmadıqda isə mülkün açıq hərracda satılması və pulun paylarına uyğun bölgüsünün aparılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərlə onun arasında mərhum atasına məxsus miras əmlakın ¼ və ¾ hissə ilə real bölgüsünün aparılması, bu mümkün olmadıqda isə mülkün açıq hərracda satılması və pulun paylarına uyğun bölgüsünün aparılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim:Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar