Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3821/2023 20.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2022-ci il tarixdə Ukrayna Respublikasının Donetski şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum əri X5 ilə aralarında olan nikahdan xx.xx.1975-ci il tarixdə Norvuz adlı uşaq dünyaya gəlmişdir. Novruz uşaq yaşlarından nadinc olmuş, böyüdükdən sonra da bu davranışlarını davam etdirmişdir. Təxminən, 20-21 yaşlarından işləmək üçün Rusiya Federasiyasına getmiş, orada bir neçə il yaşadıqdan sonra etdiyi cinayət hadisəsi nəticəsində həbs olunmuşdur. Həbsdən azad olunduqdan sonra Azərbaycan Respublikasına qayıtmışdır. O, bir ana kimi onun Rusiya Federasiyasına qayıtmasına narazı olduğuna görə onun Rusiya Federasiyasına qayıtmaması üçün özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 2021-ci ildə bağışlama müqaviləsi əsasında ona bağışlamışdır. Lakin, bu da onun Rusiya Fedrasiyasına getməsinə maneə yaratmamış, o, təkrar Rusiya Federasiyasına getmiş və orada təkrar cinayət törətmişdir. Rusiya Federasiyası ilə Ukrayna Respublikası arasında başlayan məlum müharibə oğlunun ölümünə səbəb olmuşdur. Belə ki, Rusiya Federasiyasının müvafiq orqanları tərəfindən oğluna döyüşlərdə iştirak etmək təklif olunmuş, ona bu döyüşlərdə iştirak edəcəyi halda, müharibədən sonra cəzasının çəkilməmiş hissəsindən azad olunacağı və məhkumluğunun ödəniləcəyi vəd edilmişdir. O da buna razılaşmış və döyüşlərdə iştirak etmək üçün döyüş bölgəsinə göndərilmişdir. O, gərgin gedən döyüşlərdə bir neçə ay iştirak etmiş və 25 noyabr 2022-ci il tarixdə başından almış olduğu güllə yarası nəticəsində vəfat etmişdir. Onun cənazəsi bir neçə ay döyüş bölgəsində qaldıqdan sonra 2023-cü ilin yanvar ayında Azərbaycan Respublikasına gətirilmiş və 12 yanvar 2023-cü il tarixdə Gəncə şəhərində yerləşən “İmamzadə” adına qəbirstanlıqda dəfn olunmuşdur. Bundan sonra oğluna el adətinə uyğun olaraq yas mərasimi təşkil etmişlər. 40 gün ərzində onun bütün yas mərasimi ilə əlaqəli və eləcə də qəbrüstü xərclərini çəkmişdir. Hazırda onun ölümündən sonra həmin yaşayış evini vərəsəlik qaydasında rəsmiləşdirə bilmir. Mərhum oğlu X1 ölməsini təsdiq edən ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat orqanı ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, oğlunun vəfat etməsini təsdiq edəcək sənədlər və şahidlər vardır. Odur ki, məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, oğlu X2 25 noyabr 2022-ci il tarixdə Ukrayna Respublikasının Donetski şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin ərizəsində göstərdiyi xüsusatların yoxlanılması məqsədilə tərəfindən X13 sorğu edilmiş və cavab alınmışdır. X12 əldə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, onun mərhum oğlu həqiqətən 25 noyabr 2022-ci il tarixdə vəfat etmişdir. Belə ki, mərhumun cənazəsinin Azərbaycan Respublikasına gətirilməsinə dair sənədlərin sırasında ölüm haqqında şəhadətnamə aşkar edilmişdir. Lakin, həmin şəhadətnamə ilə müəyyən edilmişdir ki, mərhumun ölümü Ukrayna Respublikasının qeydiyyat orqanı tərəfindən deyil, Rusiya Federasiyasının işgal etdiyi və hazırda Rusiya Federasiyası tərəfindən qondarma Luqanski Xalq Respublikasının qeydiyyat orqanı tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Ukrayna Respublikasının ərazi bütövlüyünü tanıyır və onun suverenliyinə hörmətlə yanaşır. Məhz, buna görə də ölkəmizdə bu tip sənədlərin hüquqi qüvvəsi yoxdur. Hazırki ölüm haqqında şəhadətnamə də eyni formadadır. Buna görə də hesab edir ki, baxmayaraq ki, mərhum X2 ölüm haqqında şəhadətnaməsi mövcuddur, lakin işgal olunmuş və başqa ölkə tərəfindən qanunsuz müstəqil respublika kimi elan olunmuş bir ölkənin vermiş olduğu sənəd ölkəmizdə tanına bilməz və tanınmır. Belə olan halda, Azərbaycan Respublikası ərazisində onun ölümünün qeydə alınması mümkün olmayacaqdır. Bununla da ərizəçi oğlundan miras qalmış əmlakı qəbul edə bilməyəcək və onun konstitusion hüquqları pozulmuş olacaqdır. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, X1 bacısıdır. Qardaşı Rusiya Federasiyası ilə Ukrayna Respublikası arasında gedən döyüşlərdə iştirak etmiş və 25 noyabr 2022-ci il tarixdə başından almış olduğu güllə yarası nəticəsində vəfat etmişdir. Onun cənazəsi Azərbaycan Respublikasına gətirilmiş və Gəncə şəhərində yerləşən “İmamzadə” adına qəbirstanlıqda dəfn olunmuşdur. İş materiallarında olan Gəncə şəhəri 3 saylı Notariat Kontorunda bağlanmış 4Ə-197 saylı xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Ərizəçi xx.xx.2021-ci il tarixdə **********13-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında ona məxsus sahəsi 78.5 kv.m olan ünvan 1 saylı fərdi yaşayış evi hədiyyə alan X4 bağışlanmışdır. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda 0.0432 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə **********13-10301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəsi ilə X1 adına qeydə alınmışdır. İşdə olan tanınmamış Luqanski Xalq Respublikasının qeydiyyat orqanı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən və ona əlavə olunmuş arayışdan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə ölmüşdür, ölümün səbəbi başından almış olduğu güllə yarası qeyd olunmuşdur. İşdə olan Baş daşının şəklindən görünür ki, mərhum X6 xx.xx.1975-ci ildə anadan olmuş, xx.xx.2023-cü il tarixdə ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X1 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm faktının müəyyən edilməsi üçün yaşadıqları ərazi üzrə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. İşdə olan İmamzadə Dəfn Xidmətləri MMC-nin arayışından görünür ki, mərhum X1 dəfn, qəbirüstü abidə hazırlanması və quraşdırılması ilə bağlı bütün xərcləri anası Ərizəçi tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, iş materialları ilə təsdiq olundu ki, ərizəçinin oğlu X6 25 noyabr 2022-ci il tarixdə Ukrayna Respublikasının Donetski şəhərində vəfat etmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin oğlu X6 25 noyabr 2022-ci il tarixdə Ukrayna Respublikasının Donetski şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 25 noyabr 2022-ci il tarixdə Ukrayna Respublikasının Donetski şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-3821/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3821/2023
20.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver