Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3824/2024 13.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Hazırkı mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, birinci tərəf Ərizəçi, ikinci tərəf Maraqlı şəxs, həmçinin mediator X1 iştirakı ilə bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən, tərəflər iddia predmeti barədə könüllü razılığa gəlmişlər: tərəflər Ərizəçi ikinci tərəf Maraqlı şəxs qarşı 7000 manat borcun ödənilməsi tələbi barədə təklif göndərmişdir; İkinci tərəf Maraqlı şəxs təklifi qismən qəbul edərək borcun 5000 manat hissəsini ödəyəcəyini bildirmişdir; Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs ona olan 7000 min manat borcun 5000 manat hissəsini qəbul etdiyinə heç bir etirazı olmamışdır; İkinci tərəf Maraqlı şəxs bildirdi ki, 5000 manat borcu may ayının 25-dən başlayaraq hər ay 40 manat olmaqla birinci tərəf Ərizəçi ödəyəcəkdir; Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs bu təklifi ilə razılaşmışdır və tərəflərin bir-birindən başqa istək və tələbləri olmamışdır. Ərizəçi (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 10 may 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilərək məcburi icraya yönəlməklə, həmin saziş üzrə qalan 4610 manat məbləğində pulun, həmçinin 100 manat məbləğində dövlət rüsumunun və 200 manat məbləğində mediasiya rüsumunun Maraqlı şəxs alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilk vaxtlar ödənişlər etsə də, sonradan ödənişləri tamamilə dayandırmış və hazırda onun telefon zənglərinə cavab vermir, borcunu ödəməkdən qərəzli şəkildə yayınmaqdadır. Sözügedən barışıq sazişi üzrə olan 5000 manat borcdan 390 manatı ödənilmiş, hazırda Maraqlı şəxs ona 4610 manat məbləğində borcu qalmışdır. 2023-cü ilin may ayından başlayaraq ödəniş etməli olduğu təqdirdə cəmi 10 dəfə ödəniş etməklə barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini icra etməkdən qərəzli şəkildə yayınmaqdadır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin imzalandığı xx.xx.2023-cü il tarixdən borcun ödənilməsi hissəsində könüllü şəkildə lazımınca icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, barışıq sazişinin təsdiq olunması ilə yanaşı, məcburi icraya yönəlməsini və habelə pulun tutulmasını xahiş etmişdir. Lakin hazırkı icraat çərçivəsində mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi məsələsi araşdırılır, digər məsələlərin araşdırılması və onlara münasibət bildirilməsi qanunvericiliyə əsasən hazırkı icraat çərçivəsində yolverilən deyil. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ərizə qismən təmin edilərək, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat və mediasiya prosesi üzrə ödənilmiş 200 manat dövlət rüsumunun əvəzi qismində 300 manat pul maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. Ərizəçi, Maraqlı şəxs, həmçinin mediator X1 iştirakı ilə bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı hissəvi məzmunda təsdiq edilsin: “1. Tərəflər Ərizəçi ikinci tərəf Maraqlı şəxs qarşı 7000 manat borcun ödənilməsi tələbi barədə təklif göndərmişdir.
2. İkinci tərəf Maraqlı şəxs təklifi qismən qəbul edərək borcun 5000 manat hissəsini ödəyəcəyini bildirmişdir.
3. Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs ona olan 7000 manat borcun 5000 manat hissəsini qəbul etdiyinə heç bir etirazı olmamışdır.
4. İkinci tərəf Maraqlı şəxs bildirdi ki, 5000 manat borcu may ayının 25-dən başlayaraq hər ay 40 manat olmaqla birinci tərəf Ərizəçi ödəyəcəkdir.
5. Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs bu təklifi ilə razılaşmışdır.” Ərizə qalan hissədə təmin edilməsin. İş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat və mediasiya prosesi üzrə ödənilmiş 200 manat dövlət rüsumunun əvəzi qismində cəmi 300 (üç yüz) manat məbləğində pul Maraqlı şəxs Ərizəçi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli