Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3849/2025 06.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X20 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.1982-ci il tarixdə vəfat etmiş övladı xx.xx.1982-ci il təvəllüdlü X8 ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 ilə nikahları xx.xx.1981-ci il tarixdə X23 qeydiyyata alınmaqla nikaha daxil olmuşdurlar. Birgə nikahlarından xx.xx.1982-ci il təvəllüdlü X14 doğulmuşdur. O, xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. Azyaşlı olduğundan, eləcə də səhlənkarlıq nəticəsində onun ölümünü sübut edən ölüm haqqında şəhadətnamə alınmamışdır. Evlərində kiçik yas mərasimi keçirməklə qohumlarını dəvət etmişdir. Uşağın dəfn edilməsi həyat yoldaşı və qaynı X6 tərəfindən olunmuşdur. Qaynı buna şahiddir. Həyat yoldaşı X9 xx.xx.2024-cü il tarixdə rəhmətə getmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, Ərizəçi anasıdır. Ölən şəxs Babayev Cavid isə qardaşıdır. Cavid 1982-ci ildə doğulmuş, 8-10 gün sonra rəhmətə getmişdir. Vərəsəlik işi ilə əlaqədar olaraq sistemdə qardaşı Cavid də vərəsə kimi göstərildiyindən, onun ölməsi faktı müəyyən olunmalıdır. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, Ərizəçi qardaşının yoldaşıdır. Həmin vaxt eyni evdə yaşamışdırlar. Birinci övladları dünyaya gəldikdən 8-10 gün sonra vəfat etmiş, aparıb dəfn etmişdirlər. Adı Cavid olmuşdur. Ölümünü qeydə aldırmamışdırlar. X16 3 övladı olmuşdur, Cavid, Valeh və Vidadi. Cavidlə Vidadi vəfat etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, Ərizəçi əmisinin yoldaşıdır. Validənin 3 uşağı olmuş, biri 10 günlük olarkən rəhmətə getmişdir. Digər övladı Vidadi isə 20 yaşında vəfat etmişdir. Cavidi Gəncədə dəfn etmişdirlər, dəfndə iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Ərizəçi əmisinin yoldaşıdır. Cavid Validənin birinci övladı olmuş, adını babası qoymuşdur. Cavid 10 gün keçməmiş rəhmətə getmiş, nənəsinin yanında dəfn etmişdirlər. Daha sonra Validənin digər övladı Vidadi rəhmətə getmişdir, onu isə İmamzadə qəbiristanlığında dəfn etmişdirlər. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli çıxarışın surətindən görünür ki, X9 ilə X1 nikahları xx.xx.1981-ci ildə X23 1598 nömrə ilə qeydə alınmışdır. AZ-İİ 439041 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü ildə ölmüşdür. xx.xx.2009-cu il tarixli arayışdan görünür ki, xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş X8 atası X9, anası isə Ərizəçi kimi qeyd olunmuşdur. 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/09İS/056867-25 nömrəli arayışdan görünür ki, X2 (xx.xx.2024-cü ildə vəfat etmişdir) ailə tərkibi atası X10 (xx.xx.1999-cu ildə vəfat etmişdir), anası X7 (xx.xx.1992-ci ildə vəfat etmişdir), arvadı Ərizəçi, oğlu Nümayəndə və oğlu X5 (xx.xx.2009-cu ildə vəfat etmişdir) ibarət tərkibdə göstərilmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-1089 nömrəli məktubdan görünür ki, X8 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-14-1125 nömrəli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X8 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, ərizəçinin xx.xx.1982-ci ildə Gəncə şəhərində Cavid adlı oğlan uşağı anadan olmuş və 10 gün sonra vəfat etmişdir. Uşağın ölümü barədə akt qeydi aparılmadığından ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi əldə edə bilməmişdir. Ərizəçi həmin sənədi əldə edə bilmədiyi üçün vərəsəlik işlərini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. (mad.307.2.8) MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması nəticəsində ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə sübut olundu ki, ərizəçinin oğlu xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş X14 xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş X8 xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş X8 xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-3849/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3849/2025
06.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver