Məhkəmə qərarları › İş №2(125)-3997/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3997/2023

12.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3997/2023 12.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin iştirakı ilə, Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, Maraqlı şəxs qismində göstərməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə, sonradan dəqiqləşdirilmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı - xx.xx.1957-ci il təvəllüdlü X4 xx.xx.1957-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edlməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə X7 xx.xx.1957-ci il tarixdə doğulmuşdur, atası – X10, anası – X3r. X7 ərizəçinin qardaşıdır. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, mərhum atası X10 ilə anası X2 birgə nikahından beş uşaq – dörd oğlan və bir qız doğulmuşdur. Qardaşları Məhəmməd, Məsim və bacıları Akifə vəfat etmişlər. xx.xx.1957-ci il təvəllüdlü X7 lap körpə ikən – 3 aylığında vəfat etmişdir. Bu barədə ataları onlara danışanda eşitmişlər. Lakin həmin vaxt valideynləri səhlənkarlıq edərək uşağın ölümü haqqında şəhadətnamə almayıblar. Mərhum atası X5 ünvan 1 ünvanda yerləşən mülk miras qalmışdır. Həmin mülkə dair vərəsəlik əməliyyatı aparmaq üçün notariat ofisinə müraciət etmişlər, notariat ofisi tərəfindən bildirilmişdir ki, bunun üçün zəruri olan sənədlərdən körpə yaşda dünyasını dəyişmiş Məhəmmədin ölüm şəhadətnaməsi də tələb olunur. Məhəmmədin ölüm şəhadətnaməsi olmadığından bununla bağlı Maraqlı şəxsnə müraciət etsələr də, onlara imtina cavabı verilərək məhkəmə qaydasında bu faktın müəyyən edilməli olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs, məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, mərhum X7 və ərizəçi onun qardaşlarıdır. Atası onlara Məhəmməd adlı qardaşlarının olduğunu demişdir. Qardaşı Məhəmməd xx.xx.1957-ci ildə Gəncə şəhərindəki evlərində vəfat etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadəsini dinləyib və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1957-ci ildə doğulmuş X4 xx.xx.1957-ci il tarixdə Gəncə şəhərində ev şəraitində vəfat etməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/8-675/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə X4 ölüm haqqında tibbi şəhadətnaməsinin olmaması səbəbindən onun ölümünün qeydə alınmasından imtina edilmişdir. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X11 cavab məktubu ilə ərizəçiyə bildirilmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü X1 və X6 stansiyasında qeydiyyatda deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar – MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, xx.xx.1957-ci il təvəllüdlü X7 ərizəçinin qardaşıdır və o, xx.xx.1957-ci il tarixdə Gəncə şəhərində ev şəraitində ölmüşdür. Bu fakt, şahidin ərizəçinin izahatı ilə üst-üstə düşən ifadəsi ilə təsdiq olunur. Ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni ala bilməmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində qeyd edilməsi mümkün olmamışdır. X4 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum atasından miras qalmış əmlakın qəbul edilməsi üçün lazımdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1957-ci il tarixdə doğulmuş X4 xx.xx.1957-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar