Məhkəmə qərarları › İş №2(125)-4047/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4047/2024

08.10.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4047/2024 08.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs AR ƏƏSMN X7 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsi) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 2023-cü ilin may ayının 4-dən 2023-cü ilin iyul ayının 20-nə qədər hesablanmaqla ödənilməmiş əmək haqqını, son haqq-hesabını və ona dəymiş mənəvi ziyana görə 50000 manat pulun Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, rəsmi olaraq 2021-ci ilin dekabr ayının 1-dən etibarən Cavabdehndə (X11un yanında) məhkəmə iclas katibi vəzifəsində 12 iyun 2023-cü il tarixə qədər işləmişdir. Üzərinə düşən vəzifələri qanunvericiliyə və əmək funksiyalarına uyğun olaraq, ona verilən hüquqları və üzərinə qoyulan vəzifələri vicdanla, var gücü ilə vətənin mənafeyi naminə həyata keçirmişdir. Dövlət qulluqçuları və müqavilə əsasında çalışan əməkdaşların işlərini çətinləşdirən, yaxud məhkəmənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmiş, lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görür və etik davranış qaydalarına əməl etmişdir. Bütün işlədiyi müddətdə üzərinə qoyulan iş vəzifələrini yerinə yetirmişdir. Onunla birlikdə çalışan iclas katibi Zaur Hüseynov işə laqeyd və biganə yanaşmışdır. Həmin iclas katibi ona qeyriprosessual hərəkətlər etməyini təklif etsə də, o, hər dəfə ona öz statusundan, təmsil etdikləri orqanın statusundan istifadə etməklə qeyri-prosessual hərəkətlər etməklərinin qanuna zidd olduğunu bildirmişdir. İcraatda olan cinayət işi daxil olan andan təyinatını edib, baxışa təyin qərarını hazırlayıb məhkəmə cildini açıb, icraatda olan işlərin 80-90%-ni öz üzərinə götürərək çalışırmış. Buna baxmayaraq X11 onun işə ciddi və düzgün yanaşmağına görə 15-20 təqvim günündən bir Cavabdeh sədri Natiq Əliyevə müxtəlif bəhanələrlə ondan şikayət edir, lakin Natiq Əliyev X11un xasiyyətinə bələd olduğundan onun barəsində olan şikayətini ciddi qəbul etmirdi. X9 münasibətdə əsəbi, qərəzli, kobud və qəzəbli davrandığını bildirmişdir. O, 2022-ci ilin dekabr ayının 1-də əmək məzuniyyətinə çıxmışdır. Məzuniyyətdən 2023-cü ilin yanvar ayının 5-də işə çıxdıqda icraatda olan işlərə baxdıqda görmüşdür ki, işlərin heç birinin protokolu yazılmayıb və daxil olan sənədlər əlavə edilməyib. Bundan əlavə hətta tərəflərə bildirişlər tam və düzgün göndərilməyib. İcraatda olan cinayət işlərini qaydasına salmaq üçün, icraatda olan cinayət işlərinin çoxluğu və mürəkkəbliyini nəzərə alıb şənbə, bazar və bayram günləri işə gəlib işləmişdir. 2023-cü ilin mart ayında X11 işlərin tez bir zamanda qaydasına qoymağını tələb etsə də, Zaur Hüseynov işləmək istəmədiyini bildirmişdir. 2023-cü ilin aprel ayının əvvəllərində X11 işlərin tamamlanması barədə soruşduqda o bildirmişdir ki, “Zaur Hüseynov işləmədiyinə görə icraatda olan 55 (təxminən) cinayət işləri tam hazır deyil”. X11 2023-cü ilin aprel ayının əvvəlindən başlayaraq hər gün, hətta gün ərzində bir neçə dəfə Cavabdeh sədri Natiq Əliyevə onun işlərin öhdəsindən gələ bilmədiyi barədə şikayət etmişdir. O, iş şəraitinin dözülməz hala gəldiyini görüb ona qarşı olan haqsızlığa son qoymaq üçün 18 aprel 2023-cü il tarixdə işdən azad olunmağı barədə Cavabdeh sədri Natiq Əliyevə ərizə ilə müraciət etmişdir. Natiq Əliyev ona “İşlərini yekunlaşdır baxacam” demişdir. 2023-cü ilin aprel ayının 12-nə qədər ona aidiyyəti olan cinayət işlərini nəzərdən keçirib tamamlamışdır. İsləri tamamladıqdan sonra Cavabdeh sədri cənab Natiq Əliyevə müraciət edərək onun tərəfindən işlərin tamamlandığını və işdən azad olunma ərizəsinə münasibət bildirməsini xahiş etmişdir. Cavabdeh sədri Natiq Əliyev ona “Sən narahat olma, mən sənə otaq ayırmışam, otaqda otur işdən azad olunanadək gözlə” demişdir. 2023-cü ilin iyun ayının 12-də Cavabdeh sədri Natiq Əliyev iclas zamanı onun işdən azad olduğunu bildirmişdir. O, işdən azad olunduğunu iclasda eşitdikdən sonra, Cavabdeh sədri Natiq Əliyevin qəbulunda olmuş və o, “Sən gedə bilərsən” dedikdən sonra Cavabdeh tərk etmişdir. O, Cavabdehndən dəfələrlə əmək kitabçasını və işdən çıxarılmağı barədə əmri istəsə də, ona etiraz olunmuşdur. Cavabdeh tərəfindən hüquqlarının pozulması və məhdudlaşdırılmağı ilə əlaqədar Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının rəhbəri cənab X6 müraciət etmişdir. Məhkəmə-Hüquq Şurasına müraciət etdikdən sonra ona məxsus əmək kitabçasını Cavabdehndən 20 iyul 2023-cü il tarixdə almışdır. 2 ay 17 gündən sonra əmək kitabçasının verilməsi, işçinin öz ərizəsi əsasında 57 gündən sonra işçiyə işdən azad olunmasını bildirmək şəxsin hüquqlarının kobud pozulmasıdır. İşdən azad olunmağı barədə 2023-cü ilin aprel ayının 18-də ərizə versə də, cənab Natiq Əliyev ərizəni imzalaması barədə ona heç bir məlumat verməmişdir. Onun 2023-cü ilin aprel ayının 18-də işdən azad olunmağı barədə ərizəsinə 2023-cü ilin iyun ayının 12-də münasibət bildirmişdir. O, 20 iyul 2023-cü il tarixdə əmək kitabçanı Cavabdehndən təhvil alandan sonra görmüşdür ki, Cavabdeh sədri Natiq Əliyev məni 04 may 2023-cü il tarixdə 15 nömrəli əmr ilə işdən azad etmişdir. Bu cür hüquq pozuntularına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Gəncə- Daşkəsən regional şöbəsinə ərizə ilə müraciət etdi, orada araşdırma aparılmışdır, lakin həmin şöbədən bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyi barədə hüququ olması barədə ona məktub ünvanlamışlar. Bu məsələ ilə bağlı məhkəməyə qədər X3 2 saylı Mediasiya təşkilatına müraciət etdim. Mediasiya sessiyaları xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərə təyin olundu, lakin Cavabdehnə mediasiya sessiyasının keçirilməsi, tarixi və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq mediasiya sessiyalarında Cavabdeh təmsil edəcək şəxs iştirak etməmişdir. Bundan əlavə onun xahişi ilə Gəncə şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Nüşabə Cəbrayılova Cavabdehnə işçilərin işə davamiyyət jurnalının 2023-cü ilin may-iyun ayları olan vərəqlərin təsdiq olunmuş surətini vəkil sorğusu göndərərək istəmişdir. Lakin sorğuya cavab olaraq işə davamiyyət jurnalının Cavabdehndə olmadığını bildirmişlər. Qeyd edir ki, o, Cavabdehnə 12 iyun 2023-cü il tarixə qədər işə gəlmiş, hər gəldiyi iş günü “İşçilərin davamiyyət jurnalı”-na işə gəlməyi barədə imza etmişdir. Cavabdehndən bu cür cavab verilməsinin sənədlərdə saxtalaşdırma hərəkətlərinin aparılması deməkdir. Beləliklə, Cavabdeh tərəfindən ona qarşı atılan hər addımda, deyilən söz və cümlədə hüquq pozuntusu aşkar edilir. Bundan əlavə, bu məsələ ilə bağlı Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 24 aprel 2024-cü il tarixli, 2-4/2-Q-1875/2-23-2994/2024 nömrəli məktubunda pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməyi göstərilmişdir. İşəgötürənin qanunsuz hərəkətləri ona həm mənəvi zərər vurdu, həm də mənəvi iztirabı onunla ifadə olunur ki, işdən çıxarıldıqdan sonra ona ödənilməmiş hesablaşmaya görə son dərəcədə sıxılır, buna görə də özünü pis hiss edir, sinir stressi keçirmişdir. Bundan əlavə, qanuni hüquqlarını qorumaq üçün vasitələr tapmağa məcbur olmuşdur. Mənəvi ziyanla bağlı tələbləri qanuna əsaslanır. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddianın həllini məhkəmənin mülahizəsizə buraxdıqlarını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 64 nömrəli əmri ilə İddiaçı 03 ay müdddətinə müvəqqəti olaraq məsləhətçi (məhkəmə iclas katibi) vəzifəsinə təyin edilmiş; xx.xx.2023-cü il tarixli, 15 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, zəruri sənədlərin surətlərini və müraciətdə qeyd edilən məsələ ilə bağlı (əmək kitabçasının İddiaçı vaxtında təqdim edilməməsinin səbəbi barədə) cavab məktubunu şöbəyə təqdim edilməsi məqsədilə, Cavabdehnə xx.xx.2023-cü il tarixli 3-17-5/2-31381/2023 saylı və xx.xx.2023-cü il tarixli 3-17-5/2- 33211/2023-cü il tarixli məktublar ünvanlanmış (022 265-02-53) telefon əlaqəsi yaradılmış nəticədə məhkəmə tərəfindən şöbəyə xx.xx.2023-cü il tarixli N°-22/2023-cü il tarixli məktubla İddiaçı öz xahişiylə xx.xx.2023-cü il tarixli işdən çıxma ərizənisinin surəti və xx.xx.2023-cü il tarixli 15 nömrəli, əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin” a” bəndinə əsasən xitam verilməsi barədə əmrin surəti təqdim edilmiş məktubda əmək kitabçasının gec verilməsinin səbəbi barədə heç bir məlumat qeyd edilməmişdir. X4 Alt Sistemindən əmək müqavilənizə Əmək Məcəlləsinin 68-ci maddəsinin” a” bəndinə əsasən xx.xx.2023-cü il tarixidən xitam verilməsi məlum olmuşdur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəssisə tərəfindən işçinin işdən çıxması ilə əlaqədar,Əmək kitabçasının işçiyə gec verilməsi ilə bağlı inzibati tənbeh növü nəzərdə tutulmamışdır. Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 2465 saylı 25 sentyabr 2023-cü il tarixli sorğuya əsasən bildirilmişdir ki, Cavabdehndə işə davamiyyət jurnalı olmadığından 2023-cü ilin may və an aylarına aid vərəqələrin verilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı Cavabdeh hakimi tərəfindən işlərə baxılması ilə əlaqədar qanunsuz hərəkətlərə yol verilməsi, əmək hüquqlarınızın pozulması və digər xüsusatiaria bağiı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından və Ədliyyə Nazirliyindən Məhkəmə-Hüquq Şurasına daxil olmuş təkrar müraciətlərinə baxılmışdır. Bir daha bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bununla əlaqədar izah edirik ki, pozulmuş hüquqların bərpası iiə bağiı aidiyyəti məhkəməyə müraciət edilə bilər. Həmçinin, qeyd etdiyi işlərə baxılması ilə əlaqədar hakim tərəfindən qanunsuz hərəkətlərə yol verilməsinə dair müraciətində göstərilən xüsusatlara dair konkret təsdiqedici dəlillərini Məhkəmə-X5 təqdim edə, digər xüsusatlarla bağlı isə aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinə əsasən,

2. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir.

3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Qeyd edilməlidir ki, qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 3-cü bəndində qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Həmin Qərarın 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hazırkı iş üzrə iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, əmək funksiyasını yerinə yetirməyə cəlb olunduğuna əsaslanmaqla həmin dövr üzrə əmək haqqının, son haqq-hesabın, habelə cavabdehin əməli nəticəsində ona vurulduğunu bildirdiyi mənəvi ziyanın əvəzinin ödənilməsini xahiş etmişdir. Lakin sübutetmə yükü daşıyan iddiaçı cavabdeh tərəfindən əmək qanunvericiliyi pozulmaqla işlərin yerinə yetirilməsinə cəlb olunmasını təsdiqləyən sübut(lar)ı məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, mülki işin məhkəmə araşdırması nəticəsində iddiaçının mənəvi zərərə məruz qalması müəyyən olunmamışdır. Halbuki, mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPMin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Məhkəmə nəzərə alır ki, çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər və (ya) müvafiq qaydada əsaslandırmaqla məhkəmə baxışı zamanı tələbini təsdiqləyən sübutları birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsaəsn, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia sübuta yetirilmədiyi üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs AR ƏƏSMN X7 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsi) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar