Məhkəmə qərarları › İş №2(125)-4071/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4071/2024

06.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4071/2024 06.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə- Daşkəsən Regional Təhsil İdarəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə- Daşkəsən Regional Təhsil İdarəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin 17 aprel 2*24cü il tarixli, 3-29-69/3-1-341k/2*24 nömrəli əmrinin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 15 oktyabr 2*14-cü il tarixli, 155 saylı əmri ilə Gəncə şəhəri 52 saylı Körpələr evi - Uşaq bağçasına müdir vəzifəsinə təyin olunmuşdur. 18.12.2*23-cü il tarixdə Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyinin tələb və təkidinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazmışdır. Həmin ərizəsinə əsasən əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ‘'a" bəndinə əsasən xitam verilmişdir. Bir gün sonra yenidən ərizə yazaraq, Gəncə şəhəri 52 saylı Körpələr evi - Uşaq bağçasına müdir vəzifəsinə təyin olunmuşdur. Onun işdən azad olunması barədə verilmiş 15.12.2*23-cü il tarixli, 3-29/3-1-1512k/2*23/3 nömrəli əmr və yenidən işə qəbul olunması barədə verilmiş 18.12.2*23-cü il tarixli, 3-29-69/3-l-69k/2*23 saylı əmr Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev tərəfindən imzalanaraq müəssisənin möhürü ilə təsdiq olunmuşdur. Həmin əmrlərin surəti ona verilməsə də bütün bunlar əmək kitabçasına qeyd edilməklə öz əksini tapmışdır. Göründüyü kimi 18.12.2*23cü il tarixdə Anar Qədiməliyevin əmri ilə o, yenidən işə götürülmüş və həmin şəxsin 22.12.2*23-cü il tarixli əmri ilə ona şiddətli töhmət verilmişdir. 3 günlük işə qəbul olunmuş şəxsə şiddətli töhmət necə verilə bilər? Onun yenidən işə qəbul olunmasından çox az bir müddət keçməsinə baxmayaraq, Anar Qədiməliyevin göstərişi əsasında onun müdirəsi olduğu bağçada monitorinq keçirilmişdir. Əgər onun işlədiyi bağçada hər hansı bir problemi olsaydı niyə o, ərizə yazaraq işdən çıxdığı halda yenidən həmin işə qayıdırdı? Bundan əlavə olaraq onu da qeyd edir ki, əgər onun işlədiyi müddətdə hər hansı nöqsanlar var idisə, onda niyə o, ərizəsini yazaraq işdən çıxmaq istədikdə onun fəaliyyətini yoxlamadan onu rahatlıqla işdən çıxartmışlar? Göründüyü kimi burada onunla prinsip aparılmış və onun əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilmişdir, özü də əmək müqaviləsinə xitam işə götürən tərəfindən yox, başqa şəxs tərəfindən verilmişdir. Mövcud sənədlərdən açıq-aydın görünür ki, onun işə qəbul, işdən azad, yenidən işə qəbul, töhmət, monitorinq və sair əmrlər Anar Qədiməliyev tərəfindən verilir. Lakin sonuncu əmək müqaviləsinə xitam verən isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovdur. Onun verdiyi əmr əmək kitabçasına Anar Qədiməliyev tərəfindən işlənilmişdir. O, əmək müqaviləsinə qanunsuz və əsassız xitam verildiyi üçün ilkin olaraq qanunvericiliyin tələbinə uyğun olaraq mübahisənin mediasiya vasitəsilə həll edilməsini cavabdeh tərəfə təklif etmişdir. Lakin, cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmişdir, ona görə də o, məcbur olub hazırki iddia ərizəsi ilə məhkəmə müraciət edir. Cavabdeh tərəfindən *9 fevral 2*24-cü il tarixdə Gəncə şəhəri 52 saylı körpələr evi - uşaq bağçasının Həmkarlar ittifaqı komitəsinin Arifə Mustafayevaya 3-29-31/2-1*8/2*24 saylı məktubla Gəncə şəhəri 52 saylı körpələr evi - uşaq bağçasının müdiri onun, həmin bağçanın gözətçiləri X3 və X2 əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılığın verilməsini bildirmişdir. Eyni zamanda xadimədayə vəzifəsində işləyən Ceyhunə Quliyevaya, tərbiyəçi Arifə Mustafayevaya və təsərrüfat müdiri Esmira Məmmədovaya adı məlum olmayan intizam tənbeh növünün verilməsinə münasibət bildirməsini xahiş etmişdir. X4 Təşkilatı 16 fevral 2*24-cü il tarixdə *9 fevral 2*24-cü il tarixli, 3-29-31/2-1*8/2*24 saylı məktubda göstərilən halları müzakirə edərək *2 saylı protokolla rəsmiləşdirmiş və Həmkarlar komitəsinin hər bir üzvünün yazılı münasibətlərini almaqla protokola əlavə edərək göstərilən təqdimata öz mənfi münasibətini göstərməklə adıçəkilən işçilərin ƏM-nin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verməmişdir. Göstərilənlərə baxmayaraq, cavabdehlər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 8*-ci maddəsinin (Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar) tələblərini kobud şəkildə pozulmaqla onun, həmin bağçanın gözətçiləri X3 və X2 əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh tərəfindən Qanunun tələbi pozularaq Gəncə şəhəri 52 saylı Körpələr evi Uşaq bağçasının Həmkarlar ittifaqı Komitəsinin sədri Arifə Mustafayevaya *9.*2.2*23-cü il tarixli, 3-29-31/2-1*8/2*24 saylı məktubla müraciət edərək Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi kimi iclasda iştirak etmək üçün məktəbəqədər təhsil müəssisələri üzrə işçi qrupunun rəhbəri Ülviyyə Abdullayevaya etibar edilməsi bildirilmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ünvanlandığı vəsatəti müdafiə edərək, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin Bakı şəhəri, Nərimanov rayonu, X9 1*9 ünvanında yerləşməsini nəzərə alaraq, baxılması üçün işin aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini və cavabdehin əsl cavabdehlə əvəz edilməsini, yəni Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin cavabdeh olaraq tanınmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə razı olmadığını bildirərək, vəsatətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə razı olmadığını bildirərək, vəsatətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını nəzərdən keçirib hesab edir ki, mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə hazırlıq iclası zamanı müəyyən edildi ki, İddiaçı mübahisələndirdiyi 17 aprel 2*24-cü il tarixli, 3-29-69/3-1-341k/2*24 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə əmr cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov tərəfindən verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi Bakı şəhəri, Nərimanov rayonu, X9 1*9 ünvanında yerləşdiyindən, belə olan halda hazırki iddia tələbi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Başqa sözlə, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X9 1*9-dur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin qanuna əsasən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3.-cü maddəsinə əsasən hakim özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 4*.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Qeyd olunan Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X9 1*9 olduğundan hazırki tələbə aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxıla bilməz, qeyd olunan mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 32.3, 44.2.2, 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə- Daşkəsən Regional Təhsil İdarəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra tərəflər 1* (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar