Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4078/2025 29.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 İsa oğlunun sədrliyi Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərlə onun arasında mərhum atasına məxsus Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 1, mənzil 2, Yeni qaydalarla: Gəncə şəhəri, Pərviz Səmədov küçəsi, giriş 64, mənzil 1, mənzil 2-nin 1 A və 3A hissə ilə real bölgünün aparılması, bu mümkün olmadıqda isə mülkün açıq hərracda satılması və pulun paylarına uyğun bölgüsünün aparılması tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərlə onun arasında mərhum atasına məxsus Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 1, mənzil 2, Yeni qaydalarla: Gəncə şəhəri, Pərviz Səmədov küçəsi, giriş 64, mənzil 1, mənzil 2-nin 1A və 3A hissə ilə real bölgünün aparılması, bu mümkün olmadıqda isə mülkün açıq hərracda satılması və pulun paylarına uyğun bölgüsünün aparılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 1, mənzil 2, Yeni qaydalarla Gəncə şəhəri, Pərviz Səmədov küçəsi, giriş 64, mənzil 1, mənzil 2-nin paylara münasib 1A və 3A hissə ilə bölgüsünün aparılması, bu mümkün olmadıqda mülkün açıq hərracda satılması və satış pulunun paylara müvafiq 1A və 3A hissə ilə onun və cavabdehlərin arasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 1, mənzil 2, Yeni qaydalarla Gəncə şəhəri, Pərviz Səmədov küçəsi, giriş 64, mənzil 1, mənzil 2-nin 1A hissəsi onun, yerdə qalan hissəsi isə mərhum atasının adınadır. O, qanun üzrə vərəsə kimi miras mülkdən 1A hissə payına dair adına çıxarış almışdır. Cavabdehlər isə mirasdan özlərinə düşən paya dair çıxarış almamışlar. O, payının mübahisəsiz bölünməsinə dair cavabdehlərə müraciət etsə də, onlar buna razı olmadılar. Ona görə də mübahisə məhkəmə qaydasında həll edilməlidir. Mülkdə bölgü aparılmalı, mülkün 1A və % hissə ilə mümkün olmadıqda mülkün hərraca çıxarılıb satılmalı, pul isə vərəsələr arasında paylarına müvafiq bölünməlidir. Gəncə şəhər Nizami rayon bələdiyyəsinin sədri Qoşqar Məmmədov cavabdeh qardaşı Cavabdeh3 ilə əlbir olub mülkün torpağını satmışlar. Torpaq sahəsi onların istifadəsində olmuşdur. Buna baxmayaraq, onlardan xəbərsiz satılmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iştirak etmiş, mübahisəli mülkdə onların payının DƏDR-də qeydə alınmadığını, ona görə də iddianın əsassız olduğunu bildirmişdir. və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iştirak etmiş, mübahisəli mülkdə onların payının DƏDR-də qeydə alınmadığını, ona görə də iddianın əsassız olduğunu bildirmişdir. Məhkəmə iddia ərizəsi üzrə məhkəməyə gəlmiş tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 1, mənzil 2, Yeni qaydalarla: AZ 2003, ünvan 1 ünvandan 1/4 hissəsi İddiaçı, 3/4 hissəsi X2 adlarına qeyd olunmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə onun arasında mərhum atası X3 məxsus Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 1, mənzil 2, Yeni qaydalarla: Gəncə şəhəri, Pərviz Səmədov küçəsi, giriş 64, mənzil 1, mənzil 2-nin 1 A və 3A hissə ilə real bölgünün aparılması, bu mümkün olmadıqda isə mülkün açıq hərracda satılması və pulun paylarına uyğun bölgüsünün aparılmasını tələb etsə də, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylarının müəyyən edilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab dir ki, iddiaçı hazırki tələblə ümumi paylı mülkiyyətdə olan əmlakda payları müəyyən olunmuş şəxslərə qarşı iddia qaldıra bilərdi. Baxılan işdə isə cavabdeh kimi göstərilən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 1, mənzil 2, Yeni qaydalarla: Gəncə şəhəri, Pərviz Səmədov küçəsi, giriş 64, mənzil 1, mənzil 2 ünvanlı daşınmaz əmlakda payları müəyyən edilməmişdir. Başqa sözlə deyilsə, onlar hazırki iddiaya cavab verməli olan şəxslər deyillər. Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 1, mənzil 2, Yeni qaydalarla: Gəncə şəhəri, Pərviz Səmədov küçəsi, giriş 64, mənzil 1, mənzil 2 ünvanlı daşınmaz əmlakda payı müəyyən olunan X4 isə ölmüşdür. Mülki prosessual qanunvericilk isə ölmüş şəxsə qarşı hər hansı bir iddianın qaldırılmasına yol vermir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə irəli sürülən iddiaya cavab verməli olan şəxslər müəyyən edilmədiyindən, ona görə də iddia tələbinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd edilənlərə əsasən, məhkəmə belə qərara gə\lir ki, Gəncə Şəhər Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərlə onun arasında mərhum atasına məxsus Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 1, mənzil 2, Yeni qaydalarla: Gəncə şəhəri, Pərviz Səmədov küçəsi, giriş 64, mənzil 1, mənzil 2-nin 1A və 3A hissə ilə real bölgünün aparılması, bu mümkün olmadıqda isə mülkün açıq hərracda satılması və pulun paylarına uyğun bölgüsünün aparılması tələbinə dair iddiası üzrə iş mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərlə onun arasında mərhum atasına məxsus Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 1, mənzil 2, Yeni qaydalarla: Gəncə şəhəri, Pərviz Səmədov küçəsi, giriş 64, mənzil 1, mənzil 2-nin 1A və 3A hissə ilə real bölgünün aparılması, bu mümkün olmadıqda isə mülkün açıq hərracda satılması və pulun paylarına uyğun bölgüsünün aparılması tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-4078/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4078/2025
29.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver