Məhkəmə qərarları › İş №2(125)-4338/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4338/2024

27.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4338/2024 27.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölüm faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi “şəxsin ölüm faktının müəyyən edilməsi barədə” ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1966-cı ildə anadan olmuş qardaşı X2 27 fevral 1996-cı il tarixdə Almaniya Respublikasında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə edərək bildirmişdir ki, qardaşı X6 29 yanvar 1966-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Bundan sonra 1995-ci ilin sonlarında X10 getmiş və bir müddət sonra ondan heç bir xəbər olmamışdır. Ailələrinin müraciətləri əsasında interpol vasitəsilə axtarış verilmişdir. Axtarışların nəticəsi olaraq xx.xx.1996-cı ildə Almaniya Respublikasının Makdeburq deyilən ərazisindən, su kanalından onun meyiti aşkar edilmişdir. Meyit çürüməyə məruz qalmasına baxmayaraq bədəni üzərində olan tatiurovkalara əsasən onun qardaşı olması müəyyən edilmişdir. Xalası oğlu Şahid bu hadisə ilə bağlı Almaniyaya getmiş və qardaşı X2 həqiqətən ölməsini təsdiq etmişdir. Mərhum qardaşı X11 Respublikasında vəfat etməsinə baxmayaraq bu barədə həmin ölkədən heç bir hüquqi sənəd əldə edə bilməmişlər. Hazırda mərhum atası X3 ölümündən sonra qalmış miras əmlakla bağlı vərəsələrin dairəsi müəyyənləşdirilərkən X13 da vərəsələr siyahısında olması müəyyən edilir. Ancaq qardaşı Ramiz Səfərov vəfat etdiyindən və onun barəsində ölüm haqda heç bir sənəd olmadığından mirasla bağlı vərəsəlik hüquqlarını həyata keçirə bilmirlər. X13 ölümü barədə sənədin məhkəmədən kənar qaydada əldə edilməsi mümkün deyildir. Bu isə onun və digər vərəsələrin mirasla bağlı vərəsəlik hüququnu həyata keçirməyə imkan vermir. Qardaşının həqiqətən Almaniya Respublikasında xx.xx.1996-cı ildə meyitinin tapıldığı gün olaraq həmin tarixdə ölməsi faktının müəyyən edilməsini təsdiq edən sənəd və şahid qismində Almaniya Respublikasına getmiş Şahid da təsdiq edə bilər. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi və vəfat etmiş şəxs onun qohumlarıdır. O, uşaq vaxtlarından X6 ilə dost olmuş və uzun illər dostluqları davam etmişdir. Vəfat etmiş şəxsin Almanya Respublikasında olduğunu bilmişdir və bir gün onun vəfat etdiyini eşitmişdir. Ərizəçi və yaxınlarının istəkləri ilə o, Almanya Respublikasına getmiş və polisə müraciət edərək X2 qohumu olduğunu bildirib vəfat etmiş şəxsin meyitini istəmiş onlar isə bildirmişlər ki, xx.xx.1966-cı il tarixdə Makdeburq yaxınlığında Saale-Estersk kanalında X2 meyiti aşkarlanmışdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X6 xx.xx.1966-cı ildə Gəncə şəhərində doğulmuşdur, atası X7, anası X8r. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Gəncə şəhərində doğulmuşdur, atası X7, anası X8r. İşdə olan məzar abidəsinin qurulması üçün icazə ərizəsinin surətindən görünür ki, məzarın üzərindəki yazı Ramiz Səfərov xx.xx.1966-xx.xx.1996 qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxsnə daxil olmuş «X6 xx.xx.1996-cı ildə vəfat etməsi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamə olmadan ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamə yazılması barədə» ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31,10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydasfnın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X1 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsinin mümkün olmadığı, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. İş materiallarında olan tərcümə olunmuş məktubdan görünür ki, xx.xx.1996-cı il tarixində Makdeburq yaxınlığında Saale-Estersk kanalında kişi meyiti aşkar edilmişdir. Meyitin xx.xx.1966-cı il tarixində doğulmuş, Azərbaycan vətəndaşı Ramiz Səfərov olması ehtimal edilir. Meyit təqribən 4 ay suda qalmışdır və demək olar ki, tamamilə çürüyüb, buna görə də ölüm səbəbi və onun zorakılıq xarakteri haqqında hər hansı fikir yürütmək mümkün deyil. Sağ qolunda bazu önü nahiyədə 2 zanbaq tutmuş əl, onun üstündə ürək təsviri, təsvirin altında isə kiril əlifbası ilə yazılmış 2 sözdən ibarət yazı var. Sol döş giləsindən 3 sm yuxarıda 5 kiril hərfi var. Sağ budunda şaquli aypara təsvir olunub. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, iş materialları və şahidin ifadəsi ilə təsdiq olundu ki, xx.xx.1966-cı ildə Gəncə şəhərində doğulmuş X6 27 fevral 1996-cı il tarixdə Almaniya Respublikasında ölmüşdür. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8-ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. Məhkəmə hesab edir ki, ərizənin təmin olunması üçün əsaslar vardır. Belə ki, işdə olan sənədlərdən müəyyən olunur ki, Ərizəçi ölməsinin fakt kimi müəyyən edilməsini xahiş etdiyi X2 qardaşıdır. Yəni, hazırki ərizə ilə məhkəməyə müraciət etmək üçün ixtiyarlı şəxsdir və ərizədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin atalarından miras qalmış əmlak üzərində hüquqlarının qeydə alinması üçün ona lazım olduğunu göstərmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. xx.xx.1966-cı ildə Gəncə şəhərində doğulmuş X2 27 fevral 1996-cı il tarixdə Almaniya Respublikasında ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçi X5 aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar