Məhkəmə qərarları › İş №2(125)-435/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-435/2024

08.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-435/2024 08.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.1993-cü il təvəllüdlü X1 xx.xx.1993-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X8 ilə 01 may 1992-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahlarından 18 mart 1993-cü ildə X5 anadan olmuşdur. Qızı qusub-işləmədən xx.xx.1993-cü ildə vəfat etmişdir. Onu Göygöl rayonunun Lüləli kənd qəbiristanlığında dəfn etmişlər. Lakin həmin zaman Təcili tibbi yardıma müraciət etməmişlər. Həmçinin, uşağa ölüm şəhadətnaməsi də almamışdır. X8 05 oktyabr 2015-ci il tarixdə ölmüşdür. Hazırda ona vərəsəlik işi ilə əlaqədar qızı X1 ölüm şəhadətnaməsinə ehtiyac var. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, lazımi sənədləşdirmə işlərinin aparılması üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZ-İ 770353 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən surətindən görünür ki, X8 xx.xx.2015-ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.1993-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X1 atası X8, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.1992-ci il tarixli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 ilə Ərizəçi arasında xx.xx.1992-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVAQ şöbəsində nikah bağlanmışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, avtomatlaşdırılmış informasiya sistemi və Qeydiyyat şöbəsində saxlanılan ölüm haqqında akt qeydi kitabları yoxlanılmış, lakin X1 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydasfnın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasi “Tibbi Ərazi Bölmələrini X11 Hüquqi Şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, tabelikdə olan Təcili və X7 şöbəsinə (bundan sonra - TTTY) və Abbbas Səhhət adına Xəstəxanaya şifahi sorğu göndərilərək xx.xx.1993-cü il təvəllüdlü X1 xx.xx.1993-cü ildə vəfat etməsi ilə əlaqədar olaraq təcili təxirə salınmaz tibbi yardım çağırışın olubolmaması və Leyla Hümbətovaya ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi barədə cavab verilməsi xahiş edilmişdir. TTTY şöbəsinin şöbə müdiri Samir Məhərrəmov xx.xx.2023-cü il tarixli 140 nömrəli rəsmi məlumatı əsasında bildirdi ki, xx.xx.1993-cü il təvəllüdlü X5 haqqında arxiv bölməsinə sorğu göndərilmiş və arxiv bölməsndə hər-hansı məlumat tapılmamışdır. A.Səhhət adına Xəstəxana üzrə direktor müavini Anar Məmmədov 03 oktyabr 2023-cü il tarixli, 654 nömrəli rəsmi məlumat əsasında bildirdi ki, xəstəxananın arxiv bölməsində 1993-cü il tarixə aid olan arxiv sənədləri ləğv olunduğu üçün X5 barədə hər-hansı məlumat tapılmamışdır. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasfnda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin ‘'Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qayda dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə” mülkiyyət formasından as olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidm; göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tit müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 4.3-cü maddəsinə əsasən tibbi müayinə\müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında “ölüm haqqında tib şəhadətnamə" patolojianatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisə tərəfindən verilir. Həmçinin həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilmə ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Belə ki, xx.xx.1993-cü il təvəllüdlü X1 ölümü ilə bağlı he bir məlumat olmadığından ölümün baş vermə səbəbi məlum deyil. Odur ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci tarixli “İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarla və qaydasf’nın təsdiq edilməsi barədə 05 saylı Qərarının 4.3 və 5.3-cü bəndinə əsasən” ölüı hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfindən xx.xx.1993-cü il təvəllüdlü X4 aid ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə imtina edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, Minarə onun qonşusudur, münasibətləri yaxşıdır, aralarında ədavət yoxdur. Minarənin bir qızı var, bir qızı da 1993-cü ilin mart ayında doğulub, 05 sentyabr 1993-cü ildə Gəncə şəhərində vəfat etmişdir. Həmin uşağın adını hazırda xatılamır. Dəfndə uşağın atası, onun qonşusu və uşağın əmisi olub. Qonşulardan eşitmişdir ki, Minarənin uşağı vəfat edib, onlara gedəndə uşağın öldüyünü özü də görüb. Uşağın yas mərasimi Minarəgilin evində oldu, orada iştirak etmişdir. Dəfndə iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, Minarə onun qonşusudur, münasibətləri yaxşıdır, aralarında ədavət yoxdur. Minarənin bir uşağı ölüb, indi bir qızı var. Ölən qızı uşağı idi. Həmin uşaq Gəncə şəhərində 05 sentyabr 1993-cü ildə vəfat etmişdi, 6 aylıq idi. Uşaq 1993-cü ilin mart ayında doğulmuşdu. Uşağın adını qoymuşdular, lakin indi xatırlamır. Dəfndə iştirak etməyib, yas Minarəgildə olmuşdu, ora getmişdir. Uşağın öldüyünü qonşular demişdi, sonra o da Minarəgilə gedərək uşağın öldüyünü bilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, Minarə onun yaxın qonşusudur, münasibətləri yaxşıdır, aralarında ədavət yoxdur. Minarənin bir qızı var, digəri isə körpə vaxtı 6 aylıq olarkən Leyla adlı qızı ölüb. 1993-cü ilin mart ayında doğulub, həmin ilin sentyabr ayında Gəncə şəhərində vəfat etmişdir. Uşaq xəstə idi, həkimə göstərdilər sağalmadı. Dəfndə iştirak etməyib, qonşusu Eyvaz, uşağın atası və onun qardaşı Lüləli qəbristanlığında uşağı dəfn etmişlər. Evdə yas mərasimi olub, orda iştirak etmişdir. Qonşulardan xəbəri eşidib, Minarə gilə gedib uşağın ölüsünü görmüşdür. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və şahid ifadələrinin izahatını və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1993-cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum övladı xx.xx.1993-cü il təvəllüdlü X3 ölüm haqqında şəhadətnamənin ala bilməməsi, X1 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1993-cü il təvəllüdlü X1 xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPMin 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü X1 xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar