Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4423/2024 20.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X21 Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci ildə anadan olmuş X9 27 iyun 2024-cü il tarixdə ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 12 may 1985-ci il təvəllüdlü X15 ilə 30 dekabr 2010-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan 2 uşaqları doğulmuşdur. X15 “katatonik şizofreniya” xəstəliyindən əziyyət çəkirdi. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(043)-643/2018 saylı qətnaməsi ilə xx.xx.1985-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş X15 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 771 saylı, 03 may 2018-ci il tarixli sərəncamı ilə o, əri X15 üzərində qəyyum təyin olunmuşdur. Həyat yoldaşı X7 qolunun dirsək nahiyəsini kəsərək intihar etmişdir. Hadisə yerinə çağırılmış “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X20 TTTYS-nin 1262 saylı xx.xx.2024-cü il tarixli arayışı ilə “həkimə qədər ölüm, intihar, sol dirsək çuxur damarlarını kəsməklə kəskin qan itirmə” diaqnozu qoyulmuşdur. Gəncə Şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı ilə X9 intihar etməsi təsdiqini tapmışdır. Maraqlı şəxs ölüm faktına dair şəhadətnamənin yalnız tibbi şəhadətnamə olduğu halda mümkün olduğunu bildirmişdir. Gəncə şəhər X3 Mərkəzinin rəyinin olmaması səbəbindən ölüm hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, mərhum Ziya Sadıqov onun əri olmuşdur. Belə ki, 2010-cu ildə evlənərək ailə həyatı qurmuş və rəsmi evliliklərindən 2 uşaqları doğulmuşdur. Ziya Sadıqov şizofreniya xəstəsi olmaqla, davranış pozuntuları mövcud idi. 10 gün evdə olanda 20 gün xəstəxanada yatırdı. Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 771 saylı, 03 may 2018-ci il tarixli sərəncamı ilə onun üzərində qəyyum təyin edilmişdir. X11rdaşı xəstə olmuş və onun yanına getmişlər. Bu zaman Ziya Sadıqov evə getdiyini bildirmişdir. Daha sonra qızı ona “atam evə gedib, bizdə gedək” demişdir. Evə çatanda Ziya Sadıqovun qollarını kəsdiyinin, qan içində uzanmasının şahidi olmuş və nəbzini yoxladıqda Ziya Sadıqovun ölməsi ona məlum olmuşdur X14 intihara cəhd etmişdir. Dərhal təcili tibbi yardım çağırmışlar. İntihar hadisəsi olduğu üçün onlara ölüm faktının müəyyən edilməsi tələbinə dair məhkəməyə müraciət etməsini bildirmişlər. Odur ki, ərizəsinin təmin edilməsini, mərhum əri X9 xx.xx.2024-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs rəisi Anar Əhmədov məhkəməyə məktub ünvanlayaraq, iş üzrə məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; X-JQ seriyalı, 422738 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 12 may 1985-ci il tarixdə doğulmuşdur. Atası: X10, anası: X1r. AZ-İ seriyalı, 601597 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 ilə X2 arasında nikah 30 dekabr 2010-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barə nikahın bağlanması haqqında akt qeydləri kitabında 30 dekabr 2010-cu il tarixdə 1021 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Sadıqov”, arvada “Sadıqova” soyadı verilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 04 iyul 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Gəncə şəhəri, Ə.Cəmil küçəsi 5a-da qeydiyyatda olmaqla Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşamış X9 özünü öldürməsi faktında kənar şəxslərin təsiri və təqsiri müəyyən edilməmişdir. Araşdırma zamanı X15 ilə amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırma halları müəyyən olunmamışdır. Ona görə də toplanmış 24-3-2-2- 415-0390 (326-c-24) nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. 09 iyul 2024-cü il tarixli, 1262 nömrəli “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Birləşmiş Xəstəxanası” X20 TTTYS tərəfindən verilmiş məlumatdan görünür ki, həqiqətən 27 iyun 2024-cü il tarixdə, saat 20:23 radələrində Avtozavod, Vişkanın yanı ünvanına X15 adına çağırış olmuşdur. Çağırış yerinə gələn TTTYS-nin çağırışçı həkimi Nuruyev Nəsib xəstəyə həkimə qədər ölüm, intihar, sol dirsək çuxuru damarlarını kəsməklə kəskin qan itirmə diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ Cavadxan Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 13 iyul 2024-cü il tarixli, 436 nömrəli arayışdan görünür ki, mərhum xx.xx.1985-ci il təvəllüdlü X4 şəhər Təcili və X6 Stansiyasının xx.xx.2024-cü il tarixli, 1262 nömrəli məlumata əsasən xx.xx.2024-cü il tarixdə saat 20:23-də həkimə qədər ölüm intihar sol dirsək çuxuru damarlarının kəsməklə kəskin qan itirmə nəticəsində vəfat etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli “İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 saylı Qərarının 4.3 bəndinə əsasən” ölüm hadisəsi ilə bağlı ambulator tibbi müəssisəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 09 iyul 2024-cü il tarixli, 3-16-5/8-115-1305 nömrəli məktubunda Ərizəçi bildirilmişdir ki, X9 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəsinin təmin edilməsi mümkün deyildir. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 03 may 2018-ci il tarixli, 771 nömrəli Sərəncamının surətindən görünür ki, Ərizəçi, əri X15 üzərində qəyyum təyin edilməsi və sərəncamın icrasına nəzarət Kəpəz Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Toğrul Həsənəliyevə həvalə edilməsi qərara alınmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-643/2018 nömrəli, 16 mart 2018ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilmiş, xx.xx.1985-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş 13 iyul 2024-cü il tarixli, 406 nömrəli məlumatından görünür ki, Gəncə şəhəri, Ə.Cəmil 5a-da yaşayan xx.xx.1985-ci il təvəllüdlü X15 xx.xx.2000-ci il tarixdən dispanserdə “Şizofreniya, katatonik forma” diaqnozu ilə qeydiyyatda olmuşdur. Bundan sonra xx.xx.2015-ci ildən məcburi ambulatoriya müalicəsində olmuşdur. Dəfələrlə stasionar müalicələr almışdır. xx.xx.2024-cü il tarixdə pulsuz dərman almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 25 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 21 noyabr 2016-cı il tarixli məlumatından görünür ki, X12 şizofreniya xəstəliyi nəticəsində baş verən psixi qüsur diaqnozuna əsasən birinci dərəcəli əlillik təyin olunmuşdur. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyərək, təqdim edilmiş sübutlara hüquqi qiymət verməklə hesab edir ki, xx.xx.1985-ci il təvəllüdlü X15 27 iyun 2024-cü il tarixdə həkimə qədər ölüm sol dirsək çuxuru damarlarını kəsməklə kəskin qanitirmə nəticəsində ölmüş, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 04 iyul 2024-cü il tarixli qərara əsasən toplanmış 24-3-2-2-415-0390 (326-c-24) nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Lakin müvafiq icra hakimiyyəti ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamə olmamasını əsas gətirərək X9 ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, xx.xx.1985-ci il təvəllüdlü X9 27 iyun 2024-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X9 vəfat etməsi (ölməsi) faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1985-ci il təvəllüdlü X9 27 iyun 2024-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı müəyyən edilsin. Qətnamə, ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(125)-4423/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4423/2024
20.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver