Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4431/2024 17.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X4, Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesində bağlanmış alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesində bağlanmış alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesində 31 may 2024-cü il tarixdə birgə nikahlarından olan övladları – 10 sentyabr 2015-ci il təvəllüdlü X3 və 01 may 2021-ci il təvəllüdlü X1 üçün hər uşaq üçün 375 (üç yüz yetmiş beş) manat ümumilikdə 750 (yeddi yüz əlli) manat ödənilməsinə dair bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən ərizəyə 100 (bir yüz) manat dövlət rüsumunun ödənilməsi barədə qəbzin əsli deyil, kserosurəti əlavə edilmişdir. Əlavə olunan qəbz isə başqa iş üzrə dövlət rüsumu kimi ödənilməklə artıq istifadə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə və ya bu Məcəllənin 150.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108, 149-152, 263-264, 267-268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldım: Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesində bağlanmış alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4431/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4431/2024
17.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver