Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4462/2025 18.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesində bağlanmış alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizə üzrə tələb: Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesində bağlanmış alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesində 02 dekabr 2024-cü il tarixdə birgə nikahdan olan övladı – xx.xx.2022-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər ay 235 (iki yüz otuz beş) manat alimentin ödənilməsinə dair bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə üzrə işin halları: Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü Əbəlfəz adlı bir uşaqları anadan olmuşdur. Aralarında daima narazılıqlar olduğundan nikahları pozulmuşdur. Məhkəmədə işə baxılması ərəfəsində mediasiya prosesi zamanı aralarında bir çox məsələlərlə bağlı barışıq sazişi bağlanmışdır. 02 dekabr 2024-cü il tarixli barışıq sazişi ilə birgə nikahdan olan uşağının saxlanması üçün Maraqlı şəxs hər ay 235 (iki yüz otuz beş) manat aliment verəcəyini öhdəsinə götürmüşdür. Hazırda o, həmin barışıq sazişinin icra edilməsi ilə əlaqədar problemlərlə qarşılaşır. Cavabdeh ona aliment ödəməkdən imtina edir. Bununla da mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin şərtlərini yerinə yetirmir. Məhkəmə iclası iştirakçılarının izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Maraqlı şəxs ilə arasında bağlanmış 02 dekabr 2024-cü il tarixli, MŞG/1/MT/2024-02395 nömrəli barışıq sazişinə əsasən Maraqlı şəxs övladının saxlanılması üçün 235 (iki yüz otuz beş) AZN məbləğində vəsaiti ona ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs saziş üzrə öhdəliyini qismən icra edərək, cüzi ödəniş etmişdir. Lakin, sazişin mütəmadi olaraq icra edilməsini tələb edir. Həmçinin, sazişin məhkəmə qaydasında təsdiq olunaraq alimentə dair hissədə icraya yönəldilməsini istəyir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizəçi ilə arasında bağlanmış 02 dekabr 2024-cü il tarixli, MŞG/1/MT/2024-02395 nömrəli barışıq sazişinin alimentə dair hissədə təsdiq edilməsinə etiraz etmədiyini bildirərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Tədqiq edilmiş yazılı sübutlar: Gəncə Şəhər Məhkəməsinin 2(125)-2417/2025 nömrəli, 07 may 2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə 1 saylı Gəncə regional ASAN xidmət mərkəzi” qeydiyyat şöbəsində 489 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, Maraqlı şəxs dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul tutularaq Ərizəçi ödənilməsi və Maraqlı şəxs 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 02 dekabr 2024-cü il tarixli, MŞG/1/MT/2024-02395 nömrəli Barışıq Sazişindən görünür ki, - Tərəflər: birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs qarşılıqlı razılığa gəlirlər ki, xx.xx.2023-cü ildə Gəncə 1 saylı Regional “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 489 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah (AZ-İİ, № 564521) məhkəmə qaydasında məhkəmə vasitəsi ilə nikah pozulsun. - Tərəflər: birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs qarşılıqlı razılığa gəlirlər ki, birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək birinci tərəf uşağın anası Ərizəçi yanında qalmalarına və ünvan 1 ünvanında yaşamalarına ikinci tərəf uşağın atası Maraqlı şəxs etiraz etmir. - Tərəflər: birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs qarşılıqlı razılığa gəlirlər ki, birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşağa sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat aliment ödənişi birinci tərəf uşağın anası Ərizəçi müvafiq Bank Kart hesabına ödəniş edəcəyinə dair ikinci tərəf, uşağın atası Maraqlı şəxs öhdəlik götürür. - Tərəflər: birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs qarşılıqlı razılığa gəlirlər ki, birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat aliment ödənişi birinci tərəf, uşağın anası Ərizəçi müvafiq Bank Kart hesabına ödənişi xx.xx.2024-cü il tarixindən hesablanmasına, razılaşmışlar. - Tərəflər: birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs qarşılıqlı razılığa gəlirlər ki, birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək sərbəst və maneəsiz şəkildə ikinci tərəf uşağın atası Maraqlı şəxs ilə ünsiyyətdə olmalarına maneə olmayacağına dair birinci tərəf uşağın anası Ərizəçi öhdəlik götürür. Bu bənd üzrə öhdəliyin icra edilməsinə xx.xx.2024-cü il tarixdən hesablanmaqla tərəflər razılaşmışlar. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə, ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlama borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini alimentə dair hissədə könüllü şəkildə lazımınca icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında 02 dekabr 2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi alimentə dair hissədə təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında 02 dekabr 2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentə dair hissəsi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Tərəflər: birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs qarşılıqlı razılığa gəlirlər ki, birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat aliment ödənişi birinci tərəf uşağın anası Ərizəçi müvafiq Bank Kart hesabına ödəniş edəcəyinə dair ikinci tərəf, uşağın atası Maraqlı şəxs öhdəlik götürür.
2. Tərəflər: birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs qarşılıqlı razılığa gəlirlər ki, birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat aliment ödənişi birinci tərəf, uşağın anası Ərizəçi müvafiq Bank Kart hesabına ödənişi xx.xx.2024-cü il tarixindən hesablanmasına razılaşmışlar.
3. Alimentin tutulması 02 dekabr 2024-cü il tarixdən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov