Məhkəmə qərarları › İş №2(125)-4501/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4501/2024

04.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4501/2024 04.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı işə bərpa və məcburi boşdayanma ilə əlaqədar əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.*6.2*24-cü il tarixli, 233 nömrəli əmrin ləğv olunmasını, işə bərpası və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, *1.*7.1983-cü il tarixdən 2*24-cü ilin iyun aymadək pedaqoji fəaliyyətlə məşğul olmuşdur. İxtisası Azərbaycan dili və ədəbiyyatının tədrisi olduğu üçün digər fənn sahələrinə nisbətdə ən azından minlərlə şagirdlərin yazma və oxuma kimi ilkin elm vərdişlərinin mənimsənilməsinə köməklik edilməsində xidməti daha çox olmuşdur. Ali təhsil müəssisələrinə qəbul olunan şagidlər isə əməyinin bariz nümunəsidir. Zaman keçir, dövr dəyişir, ictimai münasibətlər isə dövrün və zamanın dəyişiliklərinə adekvat olaraq inkişaf edir. Dövrün tələbi hər kəsdən informasiya texnologiyalarını mənimsəmək və tətbiq etmək bacarığının minimum səviyyədə mənimsənilməsini tələb edir. Əsas qayə və məramı insan yetişdirmək olan peşə sahəsinin mütəxəssisi olaraq bu tələbin icra edilməsi onlar üçün daha çox məsuliyyət tələb edir və etməkdədir. Ali təhsilli şəxs olaraq informasiya texnologiyalarına yiyələnmək və onun verdiyi imkanlardan maksimum səviyyədə istifadə edərək gənclərin maariflənməsi üçün əlindən gələn imkanlardan hüdudsuz səviyyədə istifadə etmişdir. Belə ki, “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi” üzrə ixtisasartırma haqqında *1.1*.2*14-cü il tarixdə sertifikat almışdır. Müəllimlik peşəsinin dürüst və milli-mənəvi dəyərlər üzərində icra edilməsi üçün 4* ildən artıq əmək fəaliyyətində sözün əsl mənasında canını fəda etmişdir. Uzun illər zehni əməklə məşğul olmaq insan sağlamlığına təsirsiz ötüşməyə bilməz. Elmin inkişaf etsə də, bioloji olaraq qocalırsan. O, qocalıq ki, hər bir insanda fərqli cür fəsadlar yaradır. Onun da taleyində qarşısına çıxan xəstəlik hələlik şəkər xəstəliyidir. Bu xəstəliyin insanda yaratdıqlar təsirlər məlum məsələdir. Hal-hazırda şəkər xəstəliyinin ilkin fəsadları olaraq görmə qabiliyyəti zəifləmişdir. Hamıya məlumdur ki, sertifikatlaşdırma zamanı kompüter vasitəsilə imtahan verirsən. Suala cavab vermək üçün əsas şərt ondan ibarətdir ki, sualı oxuyub onun mahiyyətini başa düşəsən. Kompüter vasitəsilə verilən bəzi sualların şrifti o qədər kiçik olurdu ki, bu vəziyyətdə həmin sualların oxunulması mümkün olmamışdır. *8.*6.2*24-cü il tarixində keçirilmiş təkrar sertifıkatlaşdırılmadan şəkər xəstəliyi səbəbindən keçməmişdir. Cavabdeh direktoru X3 27.*6.2*24-cü il tarixli, 233 saylı əmri ilə işdən azad edilmişdir. İşdən çıxarılması qanunsuz və əsassızdır. Belə ki, işdən çıxarılma əsası dolayısı ilə şəkər xəstəliyinin olmasıdır. İşçi olaraq hüquqları pozulmuşdur. İşdən çıxarılmamışdan qabaq üzvü oldğu Azərbaycan Təhsil İşçiləri X6 razılığı alınmamışdır. Ona görə də, məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun çıxış edib əlavə olaraq göstərdi ki, iddiaçı uzun illər həmin məktəbdə müəllimə işləmişdir. İmtahanda nəticə əldə edə bilməməsinin səbəbi səhhətində problemlər olması ilə bağlı olmuşdur. Buna görə də onu işdən çıxarmışdırlar. İddiaçının deməsinə əsasən 1-ci sertifikasiya zamanı 6* yaşı olmuşdur, 2-ci sertifikasiya imtahanında isə iştirak etməmişdir. Məktəbin müdürünün iddiaçını işdən azad etmək səlahiyyəti yoxdur. İşə götürən Gəncə Regional Təhsil İdarəsi olduğundan işdən çıxarmaq səlahiyyəti də ona məxsusdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının xəstəliyinə görə yox, sertifikasiya imtahanından keçə bilməməsinə görə işdən çıxarılmışdır. Sertifikasiyadan keçə bilmədikdə təhsilverənlərin fəaliyyətinə xitam verilir. Bunun üçün Həmkarlar İttifaqının razılığı tələb olunmur. Sertfikatlaşmadan təkrar keçməyən müəllimlərin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Ağentliyinin əmri əsasında məktəb direktorunun əmri əilə əmək müqaviləsi ləğv edilir. İddianın əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- İT-İ ******* nömrəli əmək kitabçasının 45-ci və 47-ci vərəqələrindən görünür ki, İddiaçı 21.*1.1997-ci il tarixli, 62 nömrəli əmrə əsasən 21.*1.1997-ci il tarixdən 7 saylıorta məktəbdə ixtisası üzrə Azərbaycan dili və ədəbiyyat nüəllimi təyin edilmiş, 27.*6.2*24-cü il tarixli, 233 nömrəli əmrə əsasən əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «c» bəndinə əsasən 27.*6.2*24-cü il tarixdən ləğv edilmişdir. Gəncə şəhər 7 nömrəli tam orta məktəbin direktoru X7 tərəfindən imzalanmış 27.*6.2*24-cü il tarixli, 233 nömrəli əmrdən görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanması məqsədi ilə 2 iyun 2*24-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada «Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə müqnasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılma Qaydası» ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Cavabdeh Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2*24-cü il tarixdən ləğv edilmişdir. Əmrin verilməsinə əsas *8 iyun 2*24-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Ağentliyinin 27 iyun 2*24-cü il tarixli 3-29-69/3-2-13 F/2*24 əmri olmuşdur. Gəncə şəhər X4 Səhhət adına xəstəxanın poliklinika şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 2*24-cü ildən mütəmadi olaraq şəkərsalıcı dərman preparatları ilə təmin olunur. (E11 şəkərli diabet) Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının əmək müqaviləsi 27.*6.2*24-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra- Əmək Məcəlləsi) 7*-ci maddəsinin «c» bəndinə əsasən ləğv edilmişdir. Əmək müqaviləsinin ləğv edilməsinə səbəb «Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə müqnasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılma Qaydası» ilə müəyyən olunmuş keçid balını toplaya bilməməsi ilə əlaqədar olmuşdur. İddiaçı işdən çıxarılmasını qanunsuz hesab edərək *8.*6.2*24-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırılmadan şəkər xəstəliyi səbəbindən keçmədiyinə görə Cavabdeh direktoru X3 27.*6.2*24-cü il tarixli, 233 saylı əmri ilə işdən azad edilməsinin qanunsuz və əsassız olduğunu, işdən çıxarılma əsasının dolayısı ilə şəkər xəstəliyinin olması ilə bağlı olduğunu, işçi olaraq hüquqları pozulduğunu, həmçinin işdən çıxarılmamışdan qabaq üzvü olduğu Azərbaycan Təhsil İşçiləri X6 razılığının alınmadığını əsas gətirməklə işə bərpa və məcburi boşdayanma ilə əlaqədar əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılma Qaydası”nın təsdiq edilməsi haqqında 3*.*4.2*2*-ci il tarixli, 155 nömrəli qərarının 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 4-cü bəndinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından bəhs edən Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsidir. Göründüyü kimi tərəflər arasında bağlanmış əmək müqaviləsi iddiaçının qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçmədəiyi üçün pedaqoji fəaliyyətə buraxılmaması səbəbindən ləğv olunmuşdur. İddiaçının şəkər xəstəsi olması və məktəbin direktoru tərəfindən müqavilənin ləğv olunmasında səlahiyyətinin olmaması barədə göstərdiyi dəlillərlə bağlı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallardan bəhs edən 79-cu maddəsinə əsasən işçinin şəkərli diabetlə xəstə olması səbəbi ilə yəni işçinin şəkəli diabet xəstəsi olduğu üçün onunla əmək müqaviləsinin ləğ olunması qadağan edilmişdir. Hazırki iş üzrə iddiaçı şəkərli diabet xəstəsi olması səbəbi ilə deyil onun qanunla müəyyən olunmuş qaydada sertifikatlaşdırmadan təkrar keçmədiyi üçün pedaqoji fəaliyyətə buraxılmaması səbəbindən ləğv edilmişdir. Bununla belə iddiaçıya məxsus əmək kitabçasından görünür ki, onun işlədiyi məktəbdə işə təyin olunarakən müvafiq əmr həmin məktəbin direktoru tərəfindən verilmişdir və müqavilənin ləğv edilməsi barədə də əmr məhz məktəbin direktoru tərəfindən verilmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının əmək müqaviləsinin ləğ edilməsinin qanunsuz olması ilə əlaqədar göstərdiyi dəlillər əsassız olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM)14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 358 və 36*-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı işə bərpa və məcburi boşdayanma ilə əlaqədar əmək haqqı tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar